" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   2   3   4   5   6   7   8   9   ...   25

qəhrəmanlıq  və  məhəbbət  dolu  həyatı,  təmiz  mənəvi  dəyərləri 
məhəbbət dastanlarını yaratdı. Ona görə qəhrəmanlar həm də əli 
sazlı  «haqq  aşiq»ləri  və  «haqq  aşığ»larıdır.  Ölümü  tanımayan 
ölümsüz haqq aşığı ilk rişələrini ozan repertuarlarında atsa da, ən 
böyük  zirvəyə  aşıq  sənətində  çatmışdır.  «Haqq  aşiqi»  və  ya 
«haqq  aşığı»  ifadəsi  ağız  ədəbiyyatımızın  hələ  tam  açılmamış 
sirlərindəndir.  «Haqq  aşığı»  Dədə  Qorqud  sirrinin  yeni  təzahür 
formasıdır.  Dədə  Qorqud  hər  şeyi  öncədən  xəbər  verən  bilici, 
ozan  olduğu  kimi,  haqq  aşığı  da  sevgilisinə,  özünə  qarşı 
yönəlmiş  hiylə  dolu  sirləri  qabaqcadan  duyan  aşıq-şairdir. 
Fol
klorşünas alim M.Qasımlı «haqq aşığı» barəsində yazır: 
«Folklor yaddaşı və yazılı qaynaqlar göstərir ki, «haqq aşığı» – 
istedad vergisi olan sənətkardır. Ona aşıqlıq haqq-ilahi tərəfindən 
vergi  kimi  verilmişdir.  Bədahətən  çalıb-çağırmaq,  sinədən  söz 
söyləmək, müşkül mətləbləri yüngül eləməyə qadir olmaq «haqq 
aşığı»nın  əsas  əlamətləridir.  Haqq  aşıqlarının  ilham  mənbəyi 
ilahi-
qudsal  (müqəddəs)  aləm  olduğu  üçün  onları  heç  kəs 
bağlaya bilmir. Bu qisim sənətkarların üzərində haqq nuru, Tanrı 


nəzəri dayandığına görə dünyadan köçdükdən sonra onların dəfn 
olunduqları  yer  müqəddəs  ocaq  sayılır.  Belə  bir  diqqət  çəkən 
cəhətə  də  nəzər  yetirmək  yerinə  düşər  ki,  «haqq  aşığı»  ad-
tituluna  yiyələnmiş  klassik  sənətkarların  əksəriyyəti  barədə 
dastan yaradılmışdır. Həmin dastanlarda aşiqlik (sevgi) və aşıqlıq 
(sənətkarlıq)  onlara  yuxuda  ikən  buta  kimi,  vergi  kimi  ilahi 
tərəfindən (bəzi dastanlarda nurani dərviş, bəzilərində Xızır, bir 
başqa  qismində  isə  həzrət  Əli  vasitəsilə)  verilir,  buna  görə  də 
onlar toxunulmaz, söz-
sənət  meydanında  yenilməz  və 
məğlubedilməz  olurlar.  Tanrı  vergisinin  qüdrəti  ilə  bütün 
müşküllərdən qurtara bilirlər»(19). 
«Əsli-Kərəm» dastanının bir çox variantlarında buta və ya haqq 
vergisi  olmadığından  Kərəm  ölür.  Ancaq  bu  onun  haqq  aşığı 
kimi  naqis  cəhətindən  irəli  gəlmir.  Araşdırma  göstərir  ki, 
Kərəmin  –  haqq  aşığının  ölməsi,  dastanın  qədimliyinə  işarədir. 
Yəni  bu  dastan  elə  bir  dövrdə  yaranmışdır  ki,  onda  ağız 
ədəbiyyatımızda haqq aşığı fenomeni hələ tam formalaşmamışdı. 
Ona görə də «Əsli-Kərəm» dastanı digər dastanlarımızdan fərqli 


olaraq indiyədək müəyyənləşdirilməmiş bir tarixi dövrün abidəsi 
kimi diqqəti cəlb edir. 
 
Qədimliyinə, özəlliyinə görə məhəbbət dastanlarımızın tacı olan 
bu dastan aşıq dünyasının şöhrəti hüququnu kəsb etmişdir. Son 
vaxtlar bu das
tana  hücumların  ədalətsizliyi  bu  hüququn  üzə 
çıxarılmaması  ilə  bağlıdır.  Mətbuatımızda  Kərəm  məhəbbətini 
qınayanların  bircə  ittihamı  var:  Kərəm  guya  «erməni»  qızını 
sevir.  Araşdırmalar  nəticəsində  müəyyən  edilmişdir  ki,  «keşiş 
qızı»  heç  də  «erməni  qızı»  mənasında  deyildir,  dastanda 
ermənilərdən  əsər-əlamət  belə  yoxdur  və  problem  tamamilə 
başqa cür həll olunmalıdır. Dastanda erkən orta əsrlərdə varlığı 
Şimali  Azərbaycanda  mövcud  olmuş  alban  mədəniyyətinin 
çalarları özünü büruzə verir. 
Dastanda əksini tapmış inamlar, mifoloji dünyagörüş bütövlükdə 
türk-
alban  mənəvi  mədəniyyətinə  məxsusdur.  Artıq  sübuta 
yetirilmişdir ki, alban xalqı bəzi tarixçilərimizin yazdığı kimi heç 
də  mənşəcə  Qafqaz-İber  xalqlarına  aid  olmamışdır.  Onlar 


türkdilli, türksoylu etnos olmuşlar. Onu da qeyd etmək istəyirik 
ki,  albanları  Qafqaz-İber  xalqlarına  aid  etmək  ancaq  erməni 
dəyirmanına su tökməkdən, başqa sözlə Kür çayından cənubdakı 
torpaqlarımızı  tarixən  özününkü  hesab  edən  ermənilərin 
uydurmalarına haqq qazandırmaqdan başqa bir şey deyil. Sonrakı 
fəsillərdə dastanın Azərbaycanın alban dövrünü əks etdirən abidə 
olmasını göstərən faktlarımızı verəcəyik. İndi isə «Əsli-Kərəm» 
dastanına,  onun  nəşr  tarixinə  nəzər  yetirək.  «Əsli-Kərəm» 
dastanının, xüsusən onun ayrı-ayrı şerlərinin yazıya alınması və 
yazıya  köçürülmüş  nümunələrinin  konkret  toplanma  ili  bəlli 
deyil.  Amma  həmin  örnəkləri  özlərində  qoruyub  saxlayan 
məcmuə  və  cünglərin  tərtib  edildiyi  vaxtları  bilindiyindən  elə 
buradakı  folklor  əsərlərinin  də  yazıya  alınma  tarixindən  söhbət 
açmağa imkan yaranır. 
1721-
ci  ildə  tacir  M.Elyasın  tərtib  etdiyi  əlyazmasında 
azərbaycanlı  şairlərdən  Nəsiminin,  Füzulinin,  Qövsinin, 
Əmaninin şerlərilə yanaşı, əsasən Təbrizdə toplanmış şifahi xalq 
ədəbiyyatı nümunələri də verilmişdir. Bu nümunələrin sırasında 


«Kərəm  Dədənin  varsağası»  adlı  bir  «Əsli-Kərəm»  qoşması  da 
vardır. 
Dağıstanın Axtı rayonunda yaşayan Katib Nəsrullanın da 1745-ci 
ildə  tərtib  etdiyi  beş  yüz  on  səhifəyə  yaxın  cüngün  201-ci 
səhifəsində  «Əsli-Kərəm»  dastanının  nəşr  olunmuş  əksər 
variantlarındakı  «Sən dur ol müsəlman, mən alım səni» misrası 
ilə qurtaran üç bəndli qoşması vardır. 
Bu qoşmanı XIX əsrin axırlarında macar alimi İ.Kunotş da «Aşıq 
Kərəm türküləri» adı ilə yazıya almışdır. Əndəlib Qaracadaği də 
təxminən  1804-cü  ildə  bitirdiyi  cüngündə  «Əsli-Kərəm»dən 
nümunələr  vermişdir.  Alman  səyyahı  Baron  Avqust  fon 
Haksthauzen Almaniyadan 1843-
cü  ildə  Cənubi  Qafqaza  gəlir. 
O,  burada  yerli  xalqların  adət-ənənəsi  ilə  maraqlanmış  və 
Almaniyaya qayıtdıqdan sonra iki cilddə «Zaqafqaziya ölkələri» 
adlı  əsərini  yazmışdır.  Səyyahın  1857-ci  ildə  nəşr  olunmuş  bu 
kitabında  «Əsli-Kərəm»  dastanından  da  söhbət  açılmış  və 
dastanın qısa məzmunu vermişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə