" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   2   3   4   5   6   7   8   9   ...   25

Türkmənistan,  Ermənistan  xalqlarının  yaxın  və  doğmalıq 
ittifaqını  önə  çəkir.  Bunu  müsəlman  Mahmud  (Kərəm)  və 
xaçpərəst Zöhrənin (Əslixanın) bir-birilərini sevməsindən, köhnə 
fikirli ata-
analarına qarşı çıxmalarından açıq-aydın görə bilərik». 
Biz 
türkmən  alimlərinin  baxışlarına  sonrakı  fəsillərdə  də 
qayıdacağıq  və  dastanın  nə  türkmənlərə,  nə  də  ermənilərə 
mənsub  olmadığını  göstərəcəyik.  Görkəmli  folklorşünas  alimi 
X.Koroğlu «Əsli-Kərəm» dastanı haqda bir çox elmi məqalələrin 
müəllifidir. 1957-ci ildə çap olunmuş «Türkmən xalq yaradıcılığı 
boyunca  oçerk»  adlı  kitabın  «Dastanlar»  bölməsini  X.Koroğlu 
yazmışdır. O, bu hissədə «Əsli-Kərəm» dastanı haqda da öz fikir 
və  mülahizələrini  vermişdir.  Tədqiqatçı  yazmışdır:  «Türkmən 
dastanı  «Əsli-Kərəm»  bir  vaxtlar  Azərbaycan  ərazisindən 
gəlmişdir.  Orada  olan  ərazi  adlarını  və  Azərbaycana  aid  etnik 
elementləri  nəzərə  alsaq  bu  dastanın  Azərbaycanda  törəndiyini 
ehtimal  etmək  olar».  Müəllif  dastanın  türkmən  variantında 
Konstantinopolun  (İstanbulun)  adının  yaşamasını  əsas  tutaraq 
dastanın yaranma tarixinin XIV-XV əsrlər olduğunu qeyd edir. 


«Əsli-Kərəm»  dastanı  başqa  qonşu  xalqların,  o  cümlədən 
Dağıstan xalqlarının folklorunda da əksini tapmışdır. 
Mənşəcə  ləzgi  olan  dağıstanlı  tədqiqatçı  U.B.Dalqat  Dağıstan 
şairi  Mahmudun  yaradıcılığından  bəhs  edərkən  onun  şerlərində 
Əsli,  Kərəm,  Qeys,  Leyli  və  s.  obrazlara  rast  gəlindiyini  və 
şerlərində  Əsli  və  Kərəm  adlarının  daha  çox  çəkildiyini  nəzərə 
alaraq Mahmudun yaradıcılığı ilə «Əsli-Kərəm» dastanı arasında 
oxşar  paralelliklər  axtarmış  və  Mahmudun  Kərəm  olması 
nəticəsinə  gəlmişdir.  Əlbəttə,  bu  səhv  fikirdir.  Azərbaycana 
ərazicə  yaxın Dağıstan xalqları arasında dastanın  yayılması heç 
də 
onun 
mənəvi 
mədəniyyətindən 
qoparılaraq 
özününküləşdirilməsi  üçün  əsas  ola  bilməz.  «Əsli-Kərəm» 
dastanı  Azərbaycan  xalqının  məhəbbət  dastanlarının  zirvəsində 
duran  bir  dastan  və  mənəvi  mədəniyyətimizin  özünəməxsus 
abidəsidir.  Tədqiqatçılarımızın  dastan  haqda  mülahizələrini  iki 
hissəyə  bölmək  olar.  Bir  qrup  tədqiqatçı  dastanı  XVII-XVIII 
əsrlərin,  digər  qrup  isə  dastanı  daha  əvvəlki  dövrlərin  məhsulu 
hesab edirlər. 


Dastan  barədə  daha  orijinal  fikir  söyləyən  tədqiqatçılarımızdan 
biri  görkəmli  folklorşünas  alim  M.H.Təhmasibdir.  O,  özünün 
«Azərbaycan  xalq  dastanları  (orta  əsrlər)»  adlı  monoqrafik 
əsərində  dastan  haqqında  yazmışdır:  «Əsli-Kərəm»  dastanının 
hansı  əsrdə  yaranmış  olduğunu  söyləmək,  təyin  etmək  çətindir. 
Bizcə,  «Əsli-Kərəm»  nəinki  Cavad  xandan,  hətta  bu  sülalənin 
banisi  olan  ilk  bəylərbəyi  Əmir  Şahverdi  Sultandan  və  onu 
hakimiyyətə  gətirmiş  şah  Təhmasibin  hakimiyyəti  illərindən  də 
qabaq  yaranmış  bir  əsərdir.  Bu,  əlbəttə,  tam  sübut  olunmuş  bir 
həqiqət  deyil,  ancaq  ehtimaldır.  Lakin  bu  ehtimalı  həqiqətə 
yaxınlaşdıran  bir  sıra  dəlillər  vardır.  Məsələn,  dastanın  Gəncə 
variantında  belə  bir  epizod  vardır:  «Keşiş  Əslini  qaçırıb 
Qeysəriyyəyə  gətirmişdir.  Əsli  kədərli  günlər  keçirir.  Qonşu 
qızlar onu bağa gəzməyə aparırlar. Kərəm də gəlib buraya çıxır. 
Uzaqdan Əslini görən Kərəm: 
Sallana-
sallana çıxıb xanadan, 
Ay camahat, gedən ceyran mənimdir., 


Qana-qa
na öyüd alıb anadan,, 
Ay camahat, gedən ceyran mənimdir. 
bəndi ilə başlanan məşhur qoşmasını deyir. Qızlar Kərəmi bağa 
aparırlar ki, oxusun və Əslinin ürəyi açılsın. Kərəm elə arıqlayıb, 
elə  qocalıb,  paltarı  elə  cındırlaşıb  ki,  Əsli  onu  tanıya  bilmir. 
Onla
rın arasında belə bir sual-cavab gedir: 
«Əsli Kərəmi tanımayıb soruşdu: - Aşıq, haralısan? Kərəm dedi: 

Qarabağlıyam. 
Əsli Qarabağ sözünü eşidən kimi ağladı. Baxdı gördü ki, aşığın 
pal-
paltarı tökülüb. Bir ovuc pul çıxarıb ona verdi ki: - Aşıq, sən 
qərib  adamsan,  mən  də  qəribəm,  özü  də  Qarabağlıyam.  Al  bu 
pulu, sən də buranın aşıqları kimi özünə paltar al, yaxşı geyin…» 
Tarixdən  məlumdur  ki,  1737-ci  ildən  sonra  artıq  Gəncə  xanlığı 
ildə  Qarabağ  xanlığı  başqa-başqa  idilər.  Buna  görə  də  heç  bir 
gəncəli,  xüsusilə  Gəncə  xanının  oğlu  özünü  bu  illərdən  sonra 
qarabağlı adlandırmazdı. 
Bizcə, bu dastan başqa istihalələr də keçirmiş, başqa təsirlərə də 
məruz qalmış, xüsusilə Azərbaycanda çox böyük təsir dairəsinə 


və  təsir  gücünə  malik  olan  Leyli  və  Məcnun  əfsanələrindən  də 
müəyyən  dərəcədə  faydalanmışdır.  Əsərdə  Kərəmin  Məcnuna 
bənzədildiyi  yerlər  çoxdur.  Kərəm  dəfələrlə  özünü  Məcnuna 
bənzədir: 
Kərəm deyər: Mən nə idim, nə oldum,, 
Cismim tük gətirdi, Məcnuna döndüm… 
Lakin  faydalanma  ancaq  göstərilən  şəkildə  olsaydı,  bu  barədə 
heç  danışmağına  dəyməzdi.  Məsələ  burasındadır  ki,  dastanın 
süjetində,  hadisələrin  silsiləsində,  ayrı-ayrı  qoşmaların 
təfərrüatında  və  s.-də  «Leyli  və  Məcnun»la  səsləşən  nöqtələr, 
motivlər  çoxdur.  Özü  də  maraqlıdır  ki,  bunların  əksəriyyəti 
Füzulidən çox Nizamini yada salır.(48) 
Göründüyü  kimi,  görkəmli  folklorşünas  alim  M.H.Təhmasib 
dastan  haqda  dəyərli  fikirlər  söyləmiş,  çox  düzgün  olaraq 
dastanın  tarixini  XI-XII  əsrlərə  aparmışdır.  Müəllifin  yazdığı 
monoqrafiyanın  bu  dastan  haqda  olan  hissəsində  bir  məsələyə 
aydınlıq  gətirmək  istəyirik.  M.H.Təhmasib  yazır:  «Axırda 
Kərəmlə birlikdə alışıb yanan belə bir qızın vəfasızlığına, kimə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə