" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   2   3   4   5   6   7   8   9   ...   25

isə başqasına söz, könül verdiyinə heç inanmaq olmur. Halbuki 
dastan qoşmalarında belə misralar, belə bəndlər az deyildir: 
Bivəfasan, Əsli, vəfan yox imiş. 
Yaxud, 
Getmə-getmə halallaşaq, ayrılaq,, 
Bəri dön, üzü qara, Əsli xan., 
Bivəfa gözəldi, Kərəmi atıb,, 
Gedib yad aşnayla ülfəti qatıb və s. 
Bu qoşmada anlaşıldığına görə, hətta Əslinin başqasına getmiş 
olduğu üçün Kərəm ondan üzüyünü də geri istəmişdi: 
İndi qəza bizə belə iş verdi,, 
Dürlü-
dürlü yaralarım baş verdi., 
Keşiş oğlu ağ üzünə diş vurdu,, 
Deyin versin, qayıdır Kərəm. 
Dastanda Əslinin vəfasızlığına və bundan doğan kədərin 
təsvirinə həsr olunmuş bütöv qoşmalar da az deyildir: 
Neylərəm dövləti, neylərəm malı,, 
Əslim ilqarından döndü, ay lələ., 


Könlümün otağı deyil çıraxban,, 
Gördüyüm çıraxlar söndü, ay lələ. 
Bizcə  bunlar  hamısı  keşişin  günahını  yumşaltmaq  cəhdlərindən 
ibarət uğursuz təşəbbüslərin nəticəsi, izləri, əlamətləridir…». 
Doğrudan  da,  dastanın  yazıya  alınmış  variantlarında  Əslinin 
vəfasızlığını  göstərə  biləcək  heç  bir  əhvalat  yoxdur.  Görünür, 
tədqiqatçımız  bu  misraları  dastanın  özündən  yox,  bir  çox 
tədqiqatçıların  (S.Mümtazın,  H.Əlizadənin  və  b.)  Kərəm 
qoşmaları kimi verdiyi və xalq arasından topladığı qoşmalardan 
götürmüşdür.  Biz  bu  məsələni  aydınlaşdırmaq  üçün  dastanın 
müxtəlif xalqlarda olan bir sıra variantlarını nəzərdən keçirsək də 
doğru-dürüst  cavab  tapa  bilmədik.  Ancaq  təsadüfi  tanışımız 
Mehdiabad  qəsəbəsinin  sakini  Haqverdiyev  Mikayıl  Haqverdi 
oğlu  (1912-ci  ildə  Ermənistanın  Vedibasar  rayonunun  Xalisa 
kəndində doğulub, 1988-ci il məlum hadisələrlə əlaqədar qaçqın 
düşüb  və  Mehdiabad  qəsəbəsində  məskunlaşıb)  «Əsli-Kərəm» 
dastanı haqda yadında qalan bir hissəni söylədi. 


Yuxarıda  qoyulan  suala  aydınlıq  gətirdiyi  üçün  o  hissəni 
söylədiyi  kimi  veririk.  Ziyadxan  Qara  Məliklə  dost  idilər.  Taki 
Qara Məlik gəlməmiş Ziyadxan çörək yeməzmiş. Bir gün Ziyad 
xan  plov  bişirtdirir,  üstünə  də  toyuq  qoydurur.  Qara  Məliyi 
çağırır  ki,  gəl  yeyək.  Qara  Məlik  bu  yeməyi  görəndə  deyir:  - 
«Övladımız  yoxdur.  Gəl  bir  dua  eləyim  bəlkə  övladımız  ola. 
Övladımız  olsa,  onda  elə  nənnidəcə  (beşikdə)  onları  bir-birinə 
göbəkkəsmə  (nişanlama)  eyləyək.  Vaxt  keçir,  zaman  ötür 
Ziyadxanın bir oğlu, Qara Məliyin isə bir qızı olur, Oğlanın adını 
Mahmud,  qızın  adını  isə  Məryəm  qoyurlar.  Bunlar  yeddi  yaşa 
çatanda ikisini də məktəbə qoyurlar. Bir neçə il beləcə oxuyurlar. 
Bir  gün  Mahmud  qıza  deyir:  -  «Atalarımız  bizi  sevdiyindən 
məktəbə oxumağa qoyub. Sən mənə hə desən mən səni alaram. 
Məryəm  cavabında  deyir:  «Sən  məni  alsan  mən  də  sənə 
gələrəm». Mahmud bir üzük çıxardıb onun barmağına taxır. 
Bir gün Mahmud lələsi ilə başqa obaya sünnət toyuna gedibmiş. 
Toydan  qayıdanda  görür  ki,  Məryəm  başqa  bir  keşişin  oğlu  ilə 


danışır.  Mahmud  üzünü  lələsinə  tutub  dalını  Məryəmə  çevirib 
aldı görək nə dedi: 
Kərəm deyər tirmə şalım dondadı,, 
Könül quşu qalxıb qonhaqondadı., 
On bir ildi amanatım ondadı,, 
Gedin deyin versin qayıdır Kərəm., 
Kərəm deyər bu dərd məndə əyləndi,, 
S
iyah zülfün dal gərdəndə telləndi., 
Hayıf Əsli ağ məmələr əlləndi., 
Gedin deyin versin qayıdır Kərəm., 
Mən Kərəmin əhvalını bilərsən,, 
Ağlayıban göz yaşını silərsən., 
Yadlar ilə danışıban gülərsən,, 
Gedin deyin versin qayıdır Kərəm. 
İndi qəza mənə belə iş verdi,, 
Yaralarım dürlü-dürlü baş verdi., 
Keşiş oğlu ağ üzünə diş vurdu,, 
Gedin deyin versin qayıdır Kərəm. 


Bunu görən Əsli baxır Kərəm ayrı fikirdədir, odur ki, aldı görək 
nə dedi: 
Heç demə mən qəribəm peysəyəm (təkəm – H.E.), 
Sənnən dönər olsam qənim olsun kilsəm., 
Yüz min diğa olsa bir özüm bəsəm., 
Qırram özüm öz ellərimi Kərəm,, 
Gəl gedibən boş qoyma dalları Kərəm. 
Ağlama-ağlama bağrım qan olar,, 
Qoşaram qulları, dalları Kərəm,, 
Bir namə yazaram baban Ziyada, 
Oxuyar dərdləri, halları Kərəm, 
Gəl gedibən boş qoyma dalları Kərəm., 
Açılıbdır bahar indi, yaz idi,, 
Gölllər dolu ördək indi, qaz idi,, 
İnanmırsan gəl and içim yaz idi,, 
……………………………………………………………..*, 
Gəl gedibən boş qoyma dalları Kərəm., 


Əfsuslar olsun ki, Haqverdi kişinin yadında elə bunlar qalmışdı. 
Ancaq  fikrimizcə  elə  bu  məlumat  da  yuxarıdakı  məsələyə 
aydınlıq gətirir. Məhz Kərəmin dilindən Əslinin vəfasızlığına aid 
qoşmalar onun Əslini hansısa bir keşiş oğlu ilə bir yerdə görən 
zaman  nahaq  yerə  qısqanclıqdan  doğan  hissləri  idi  ki,  dastanın 
yazıya  alınmış  variantlarında  bu  hissə  qələmə  alınmadığı  üçün 
alimlərimizi yayındırmışdır. 
Folklorşünas alim A.Nəbiyevin «Azərbaycan ağız ədəbiyyatının 
erkən  qaynaqlarına  dair»  adlı  məqaləsi  də  maraq  doğurur.  O, 
yazır:  «Qaynaqlarımızda  mübahisə  doğuran  problemlərdən  biri 
də  «Əsli-Kərəm»lə  bağlıdır.  Uzun  müddətdir  ki,  bu  dastan 
süjetinin erməni qaynaqları ilə əlaqəsindən bəhs edilir. Kərəmin 
erməni,  Əslinin  erməni  qızı  olması  faktı  ətrafında  tədqiqatlar 
davam  edir.  Hətta  «Əsli-Kərəm»  süjetinin  musiqi  layı,  bu  layı 
yaradan  böyük  bəstəkarımız  Ü.Hacıbəyovun  yaradıcılığına  da 
xəyanət  əli  uzadılır.  Ötən  əsrlərin  bir  çox  nəşrlərindən  gələn 
yanlışlıqlar,  «Əsli-Kərəm»in  Qafqaz  xalqlarının  dastanı  kimi 
təqdim  edilməsi  əslində  ağız  ədəbiyyatının  təşəkkül  tarixinə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə