" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   2   3   4   5   6   7   8   9   ...   25

«Kerem ile Aslı» miladi tarixi ilə 1944-cü ildə Səlahəddin Batu 
tərəfindən yazılmışdır. Beş pərdədən ibarət pyesdir. 
Bu  dastan  Türkiyə  alimləri  arasında  da  geniş  tədqiqat  predmeti 
olmuşdur.  Professor  Pertev  Naili  Boratav  1932-ci  ildə  dərc 
etdirdiyi məqalədə  «Əsli-Kərəm»dən bəhs edərək Kərəmi tarixi 
şəxsiyyət hesab etmiş və Kərəm Dədə və ya Aşıq Kərəm adlı bir 
şairin yaşadığı və dastanın da onun adı ilə bağlı olduğu qənaətinə 
gəlmişdir.  Dastanda  olan  bəzi  motivlərin  daha  qədim  olmasını 
söyləsə də, «Əsli-Kərəm»i qızılbaş, bektaş və təsəvvüf dövrü ilə 
bağlayır  və  dastanın  yaranma  tarixini  XVII  yüzilliyə  aid  edir. 
Türkiyə  tədqiqatçıları  içərisində  «Əsli-Kərəm»  dastanının  daha 
çox  araşdırılmasıyla  məşğul  olan  bu  tədqiqatçı  bir  çox 
məqalələrində dastanın XVII əsrin məhsulu olduğunu söyləsə də 
nədənsə  araşdırmaları  zamanı  XVI  əsr  Türkiyə  aşıq-şairlərinin 
qoşmalarında  Kərəmin  adının  çəkildiyini  qeyd  edir  ancaq 
bununl
a belə o, dastanı XVII əsrin məhsulu hesab edir. 
1943-
cü  ildə  «Ülgü»  jurnalında  Vehbi  Cem  Aşkunun  «Sivasta 
Aşıq Kerem» adlı məqaləsi nəşr edilmişdir. Aşkun Aşıq Kərəmi 


XVII əsrin aşıq-şairi hesab etsə də, onun doğulduğu yeri, məkanı 
düzgün göstərməyə çətinlik çəkir. Müəllif bir aşıq-şair kimi ona 
yüksək  qiymət  vermiş  və  məqalənin  axırına  özünün  topladığı 
parçaları əlavə etmişdir. 
1944-
cü  ildə  Ankara  Universitetinin  Dil  və  Tarix-coğrafiya 
fakültəsinin  əsərlərində  Mehmet  Toğrulun  «Hekayeti-Kerem 
han»  adlı  on  səhifəlik  bir  məqaləsi  çap  olunmuşdur.  M.Toğrul 
dastanda  olan  coğrafi  ərazilər,  orada  iştirak  edən  əsas  surətlər, 
qəhrəmanların  rast  gəldiyi  maneələr,  Kərəmin  xalqa  olan 
bağlılığı haqda müfəssəl məlumat verir. Dastanda olan mənzum 
parçanın  105  olduğunu  qeyd  edir.  Müəllif  dastanın  Türkiyədə 
çap  olunmuş  «Hekayeti-Kerem  han»  adlı  variantında  olan 
qoşmaların bölgü xüsusiyyətləri, vəzn, qafiyə və bəndləri haqda 
məlumat vermişdir. 
F.A.Tansel 1950-
ci ildə yazdığı «Tenzimat dövrü ədəbiyyatında 
xalq şairinin tehriri meseleleri» adlı məqaləsində Aşıq Kərəm və 
Aşıq  Ömər  şerləri  ilə  M.Nacinin  şerləri  arasında  müəyyən 
uyğunluq olduğunu söyləmişdir. 


Cahid Öztelli 1955-
ci  ildə  «XIV-XVII  əsr  türk  xalq  şeri 
klassikləri» adlı əsərini nəşr etdirmişdir. C.Öztelli Kərəmi tarixi 
şəxsiyyət  hesab  edir  və  onun  XVI  əsrin  aşıqlarından  olduğu 
qənaətinə gəlir. 
Türkiyə,  Türkmənistan  və  başqa  ölkələrin  tədqiqatçıları 
içərisində dastanı Azərbaycan ağız ədəbiyyatının sənət nümunəsi 
kimi  tanımayanlar  da  vardır.  Belə  tədqiqatçılardan  biri  də  Rza 
Mollofdur.  O,  «Qədim  türk  ədəbiyyatı  tarixinə  dair  oçerklər» 
mövzusunda  yazdığı  monoqrafiyasında  dastanı  türk-osmanlı 
şifahi xalq ədəbiyyatının sənət nümunəsi hesab edir və nədənsə 
«Əsli-Kərəm»i XVII əsr aşıq-şairi Qaracaoğlanın yaradıcılığı ilə 
əlaqələndirir  və  sübut  etməyə  çalışır  ki,  dastanı  Qaracaoğlan 
yaratmışdır. Lakin heç də bütün türk alimləri bu cür fikirləşmir. 
Şair,  nasir  və  tədqiqatçı  kimi  tanınan  Vesfi  Mahir  Qocatürk 
«Türk  ədəbiyyatı  tarixi»  kitabında  «Əsli-Kərəm»  dastanına 
xüsusi  yer  vermiş  və  onu  Azərbaycanın  sənət  nümunəsi  hesab 
etmişdir:  «Bir  çox  milli  dastan  hekayələri  Azərbaycandan,  bu 
orta  bölgədən  gətirmiş  olan  Anadolu  türkləri  «Kərəm  ilə  Əsli» 


hekayəsini  də  öz  aralarında  yaşatmışdılar».  «Əsli-Kərəm» 
dastanının  Azərbaycan  şifahi  xalq  ədəbiyyatına  aid  olmasını 
təsdiqləyən Türkiyə alimlərindən biri də professor Fuad Köprülü 
olmuşdur. O hələ də çap olunmamış «XVII əsr Azəri ədəbiyyatı 
tarixi  notları»  adlı  əsərində  «Aşıq  Qərib»,  «Şah  İsmayıl»  kimi 
xalq  hekayələri  ilə  bərabər  «Kərəm  ilə  Əsli»  hekayəsinin  də 
Azərbaycan şifahi xalq ədəbiyyatı notları əsasında yarandığını və 
dastanın  vətəninin  Azərbaycan  olması  fikrinə  gəlir.  Dastanın 
tədqiqi  ilə  məşğul  olan  tədqiqatçılardan  Türkiyəli  alim  Şükrü 
Murat Elçin dastanın yaranma tarixinin XVI yüzilliyə aid olması 
qənaətinə gəlməklə yanaşı, onun təşəkkül sahəsinin Azərbaycan 
olduğunu da qeyd edir. 
Yuxarıda  deyilənlərdən  göründüyü  kimi,  «Əsli-Kərəm»  dastanı 
Kiçik  Asiya,  Qafqaz,  hətta  bəzi  Qərbi  Avropa  tədqiqatçılarının 
tədqiqat  mövzusu  olmuşdur.  Azərbaycana  məxsus  bu  dastan 
Türkmənistanda da geniş yayılmışdır. Ona görə də «Əsli-Kərəm» 
dastanı  bir  sıra  türkmən  tədqiqatçılarının  tədqiqat  predmeti 
olmuşdur.  Bəzi  türkmən  alimləri  «Əsli-Kərəm»  dastanını 


türkmən  xalqının  sənət  abidəsi  hesab  etmiş  və  bu  barədə 
məqalələr  çap  etdirib,  tədqiqat  işi  yazmışlar.  Halbuki  dastanda 
çəkilən yer adları (toponimlər), hadisələrin cərəyan etdiyi yerlər 
belə  fikri  tamamilə  inkar  edir.  Məsələn,  Amangül  Durdiyeva 
1970-
ci ildə «Əsli-Kərəm»in türkmən variantı haqqında tədqiqat 
işi yazaraq onu sırf türkmən xalqına mənsub etmiş, türkmən və 
erməni  xalqlarının  yaxın  dostluğundan  söhbət  açmış  və  «Əsli-
Kərəm»  dastanının  təzahürünü  bu  dostluğun  məntiqi  nəticəsi 
kimi  vermişdir.  Beləliklə,  tədqiqatçı  heç  bir  tutarlı  faktlara 
əsaslanmadan  Azərbaycanın  başı  üstündən  keçib  erməni  və 
türkmən  xalqlarının  yaxın  qonşu  olması  uydurmasına  yer 
ayırmışdır.  Türkmən  alimi  B.Karrıyev  də  1943-cü  ildə  çap 
etdirdiyi  «Əsli-Kərəm»  dastanının  türkmən  variantına  yazdığı 
müqəddimədə dastanın türkmən xalqına mənsub olduğunu deyir 
və  türkmən-erməni  birliyindən  ağızdolusu  danışır:  «Müsəlman 
və  xaçpərəst  dinlərinin  adı  ilə  yüz  illər  dövründə  nahaq  qanlar 
tökülüb,  asudə  xalqların  arasına  nifaq  salınmışdır.  Bu  vəhşi 
siyasətin  əleyhinə  olaraq  «Əsl-Kərəm»  beynəlmiləlçilik  şüarını, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə