" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

dövrlərlə  daha  çox  səsləşir.  Boylarda  qəhrəmanlar  qələbə 
çaldıqdan sonra kilsəni uçurub yerində məscid qururlar. Əlbəttə, 
dastan  yazıya  alınarkən  İslam  kultu  ayrı-ayrı  epizodlarda  hiss 
olunur.  «Əsli-Kərəm»  dastanındakı  müxtəlif  dinlərə  məxsus 
gənclərin  sevişməsi  motivi  islamın  təşəkkül  tapdığı  dövrlərlə 
səslənir. Dastan orta əsrlərdə bəsit məzmunundan mürəkkəbliyə 
doğru uzun təkamül yolu keçsə də, onu qədim dövrlərlə bağlayan 
bir  çox  rəvayətlər  də  vardır.  Türk  variantlarının  bəzilərində 
Kərəm (İsfahan variantında) hətta Harun ər Rəşidin oğludur. 
Şübhəsiz  bu  variant  orta  yüzilliklərdə  yaşamış  bir  ozan 
təxəyyülünün  məhsulu  olsa  da,  Harun  ər  Rəşidin  türk  qadını 
Zübeydə xatundan olan oğlu Eminin faciəli ölümünü yada salır. 
«Əsli və Kərəm» faciəsinin islamın ilkin yayıldığı dövrlərə çəkib 
aparan belə əfsanələr və rəvayətlər çoxdur… 
Dastanın  XVII-XVIII  əsrlərə  aid  olduğunu  göstərən 
tədqiqatçılarımız  da  vardır.  Bunlardan  biri  görkəmli 
tədqiqatçımız H.Araslıdır. O, yazır: «Kərəm adına biz hələ XVII 
əsrin  sonu  və  XVIII  əsrin  əvvəllərində  yaşamış  şairlərin 


əsərlərində  də  rast  gəlirik.  Bu  əsərlərdə  Kərəmin  məhəbbət 
ucundan yanması hadisəsinə işarə edilir ki, bu da «Əsli-Kərəm» 
mövzusunun XVII  əsrdə mövcud olduğunu  aydınlaşdırır.  Lakin 
bu  bizə  qədər  gəlib  çatan  «Əsli-Kərəm»  variantı  XVIII  əsrdə 
müəyyənləşmiş variantdır ki, həmin variant bu əsərin şifahi xalq 
ədəbiyyatında çox geniş bir şəkildə yaya bilmişdir. 
Bu mülahizə ilə razılaşmaq çətindir. Çünki dastan XVIII əsrdən 
çox-
çox qabaq baş verən tarixi hadisələri dumanlı şəkildə olsa da 
özündə əks etdirmişdir. 
«Əsli-Kərəm»  dastanına  yüksək  qiymət  verən,  onu 
dastanlarımızın tacı adlandıran şəxsiyyətlərdən biri də görkəmli 
tədqiqatçı,  folklorşünas  alim  Salman  Mümtazdır.  O,  bu  dastan 
barədə  yazır:  «Xalq  ədəbiyyatımızın  şahkar  dastanlarından  biri 
də «Əsli-Kərəm» dastanıdır. Təəssüf olsun ki, bu dastan da digər 
bəzi dastanlarımız kimi nöqsanlı və yarımçıq haldadır. Bunun da 
üstündə  çalışmalı  və  nöqsansız  bir  surətdə  meydana 
çıxarılmalıdır.  Çünki  «Əsli-Kərəm»  dastanı  unudulacaq dastan 


deyildir. Bu dastan da «Koroğlu» dastanı ilə əsrlərcə yan-yanaşı 
yaşamış və bundan sonra da bir çox əsrlər yaşayacaqdır. 
«Əsli-Kərəm»  dastanının  bir  çox  parçaları  və  qolları  indi  də 
aşıqlarımızın  yaradıcılıqlarında və xalqımızın tarixi  yaddaşında, 
hafizəsində  saxlana  bilmişdir.  Kərəmin  özünə  gəldikdə  bu  da 
Sarı  aşıq  kimi  real  bir  sima,  həqiqi  bir  şəxsiyyətdir.  Kərəm 
yurdumuzun yetirdiyi nadir simalardandır, azərbaycanlıdır. Onun 
dastanına  əhəmiyyət  verərək  unudulmuş  parçaları  axtarıb 
tapmalıyıq. 
«
Əsli-Kərəm»  dastanının  süjet  xətti  qədim  tarixi  hadisələrə 
söykənir. Bu fikri folklorşünas alim İ.Abbaslı da təsdiq edir. O, 
yazır:  «…Azərbaycan  variantları  əsasında  düzəldilmiş  erməni 
variantında Kərəmin atası İsfahan padşahıdır, onun adı isə Harun 
əl-Rəşiddir.  Maraqlı  burasıdır  ki,  dastandakı  əhvalatlar  məhz 
onunla  başlayır.  Bu  onu  göstərir  ki,  dastanın  ana  xəttini  təşkil 
edən əsas süjet çox qədim tarixə malikdir. 
Bildiyimiz  kimi,  Harun  əl  Rəşid  məşhur  Bağdad  xəlifələrindən 
biri olmuşdur». Xəlifə Harun əl-Rəşidin xəlifəlik illəri 789-809-


cu  illərə  təsadüf  edir.  Bu  tarix  isə  ərəblərin  Azərbaycanı  istila 
etdiyi  dövrə  təsadüf  edir.  Ərəblərin  Azərbaycanı  istilası 
nəticəsində  yerli  əhali  arasında  başlanan  dini  parçalanma 
(xristian-
müsəlman)  əsasında  baş  verən  əhvalatlar  və  yaranan 
rəvayətlər  dastandakı  hadisələrin  ana  xəttini  təşkil  etmişdir. 
Məlum  olduğu  kimi,  türk  mənşəli  albanlar  IV  əsrdə  xristian 
dinini  qəbul  etmişlər.  VIII  əsrdə  Albaniyanı  işğal  etmiş  ərəblər 
burada  İslam  dinini  yaymışlar.  Albanların  böyük  əksəriyyəti 
islamı  qəbul  etsə  də,  Dağlıq  Qarabağın  xristian  albanları 
dinlərindən  dönmədilər.  Bundan  sonra  xristian  albanlarla  digər 
müsəlman türklər tədricən aralanmalı oldular. Lakin bu iki hissə 
bir-
biri üçün «din ayrı qardaş» olaraq qalırdı. Dağlıq Qarabağın 
xristian  albanları  türkmənşəli  adlarla  bərabər  hətta  müsəlman 
türklərin şəxs adlarını da daşıyırdılar (biz bu barədə sonra daha 
ətraflı bəhs edəcəyik). Aşağıda deyəcəyimiz kimi, «Əsli-Kərəm» 
dastanı  məhz  belə  bir  tarixi  vəziyyətdə  yaranmışdır  və  deməli, 
xristian albanlar erməni olmadıqları kimi, keşiş də erməni demək 
deyildir.  Albanların  əksəriyyəti  islama  keçdikdən  sonra  Dağlıq 


Qarabağın  xristian  albanları  təklikdə  qaldılar  və  məlum  olduğu 
kimi 704-
cü  ildə  Ərəb  xilafəti  alban  kilsəsini  erməni  kilsəsinə 
tabe  etdikdən  sonra  həmin  albanların  tədricən  qriqoryanlaşması 
prosesi başlandı. Akademik Ziya Bünyadov yazmışdır: «Erməni 
kilsəsi  alban  ruhanilərini  tutduqları  mövqelərdən  sıxışdırıb 
çıxarmış  və  ölkədə  ərəblərin  əli  çatmayan  dağlıq  yerlərdə 
yaşayan  albanları  qriqoryanlaşdırmağa  başlamışlar.  Erməni 
ruhaniləri  arran  kilsəsinin  nüfuzunu  tədricən  heçə  çıxarmış  və 
ərəb  hakimlərinin  əli  ilə  albanların  bütün  ədəbi  abidələrini 
dağıdıb alban mədəniyyətini azca xatırlada biləcək hər şeyi məhv 
etmişlər. Bütün bu işlər, təkrar edirik, əvvəlcə xilafətin, sonralar 
isə  digər  istilaçıların  icazəsi  və  köməyi  ilə  görülmüşdür. 
Qriqoryan kilsə xadimləri arran ədəbi abidələrini məhv edərkən, 
əvvəlcə  bu  abidələri  qrabara  çevirdilər.  Məsələn,  Movses 
Kaqanqatvatsinin  «Ağvan  tarixi»  əsəri  və  albanların  bir  çox 
başqa  əsərləri  kimi.  Ter-Qriqoryan qeyd edir ki, Movses 
Kaqanqatvatsinin  əsəri  öz  əvvəlki  şəklində  gəlib  bizə 
çatmamışdır.  Onun  üzünü  köçürüb  yazan  erməni  rahibləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə