-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə13/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

giriş qapısında isə gözətçi oturmalıdır. İnformasiya modelini qurmaq üçün bu
sadalanan tələbləri əks etdirən informasiyanı cədvəl və ya siyahı şəklində təqdim
etmək lazımdır. Alıcının vəzifəsi belə evlərin tikintisi ilə məşğul olan şirkət ləri
axtarıb tapmaq, hər bir şirkət üçün uyğun informasiya modelini qurmaq və təhlil
nəticəsində ən yaxşı variantı seçməkdən ibarətdir.     
Cədvəl 3.1. Alıcı nöqteyi-nəzərindən evin informasiya modeli
Tikintidə maraqlı olan başqa şəxslər, məsələn, investor və memar üçün də
ana loji üsulla informasiya modellərini qurmaq olar. Aydındır ki, hər iki halda
məqsədlər alıcı ilə müqayisədə tamamilə fərqli olduğundan modellər də fərq lə nə -
cək. 
İnvestorun məqsədi mənzillərin keyfiyyətini göstərməklə daha çox gəlir əldə
etmək dir. Deməli, onu maraqlandıran göstəricilər əsasən maliyyə xarakterli ola-
caqdır (cədvəl 3.2). 
Parametrlər
Parametrlərin qiymətləri
Şirkətin adı
“A”
“B”
“C”
“D”
Mərkəzləşdirilmiş istilik sistemi 
+


+
Video-müşahidəli mühafizə sistemi
+


+
Peyk televiziyası
+
+
+
+
İnternet üçün ayrılmış kanal



+
Daxili rabitə sistemi 
+
+
+
+
Sutəmizləyici süzgəclər
+

+
+
Rayonun infrastrukturu
+
+


Fitness-mərkəz
+


+
Yeraltı parkinq



+
Yaşıl zona


+
+
Gözətçi
+
+
+
+
3. MODEL
VƏ MODELLƏŞDİRMƏ 
41


Cədvəl 3.2. İnvestor nöqteyi-nəzərindən evin informasiya modeli
Arxitektorun başlıca məqsədi ətraf mühit nəzərə alınmaqla, müasir memarlıq
layihəsi işləyib hazırlamaqdır. Bu zaman ətrafdakı evlərin üslubu, mövcud infra-
struktur, ekologiya və s. nəzərə alınmalıdır. Bu məqsədə uyğun informasiya
mode linin bir neçə variantı cədvəldə göstərilib (cədvəl 3.3).
Cədvəl 3.3. Arxitektor nöqteyi-nəzərindən evin informasiya modeli
Artıq qeyd olunduğu kimi, istənilən model məqsəddən asılı olaraq tədqiqat ob -
yektinin (orijinalın, yaxud prototipin) ən vacib xassələrini əks etdirməlidir. Modelin
orijinala uyğunluğu xarici görünüşə, quruluşa və əməllərinə (hərəkətinə) görə ola
bilər. Qoyulmuş məqsəddən asılı olaraq, bu əlamətlər istər ayrılıqda, istərsə də bir
yerdə götürülə bilər. Xarici görünüş baxımından uyğunluğa əsasən konstruktiv,
erqonomik və estetik tələblərin ödənilməsi yolu ilə nail olunur. Struktur ba 
-
Parametrlər
Parametrlərin qiymətləri
Şirkətin adı
“A”
“B”
“C”
“D”
Tikinti rayonu
Yeni Yasamal “Elmlər Akademiyası” Günəşli 
Mərkəz
Ətraf evlərin üslubu (tikilmə
ili)
müasir
müasir
1970-1990
klassik
memarlıq
Ətraf evlərin mərtəbəliliyi
15–20
5–6
9–10
2–7
Yaşıllığın mövcudluğu 

+


Ərazinin xarakteri
Çökəklik
Düzənlik
Təpə
Şəhər içi
Su hövzəsinin olması



+
Mövcud evlərə yaxınlıq
+
+
+

Tikinti rayonunun infrastrukturu
Yaradılır
Var
Var
Var
Parametrlər
Parametrlərin qiymətləri
Şirkətin adı
“A”
“B”
“C”
“D”
Evin planlaşdırılan dəyəri, manat
5 mln
10 mln
3.5 mln
13 mln
Yatırılmış vəsaitin çıxarılma müddəti, il
3
1.5
2
3.5
Bütün mənzillərin satışından sonra
xalis gəlir, manat
3 mln
5 mln
2 mln
5 mln
Tikintinin başlama müddəti
2009
2010
2009
2010
Tikintinin bitmə (başaçatma) müddəti
2011
2012
2010
2012
1 otaqlı / 2 otaqlı / 3 otaqlı mənzillərin
miqdarı, %
25/40/35
15/30/55 10/30/60
5/20/75
42


xımından uyğunluğa nail olmaq üçün tədqiqat obyekti sistemli analiz olunur.
Nəticədə orijinal obyektin tərkib hissələri və onların arasındakı əlaqələr müəyyən-
ləşir. Bu da tədqiqat obyektinin modelində öz əksini tapmalı olan ən vacib cəhətləri
nəzərə almaqla, onun strukturunu müəyyənləşdirməyə imkan verir. Əməllər baxı -
mın dan uyğunluğa nail olmaq üçün orijinal obyektin hərəkəti (əməlləri) təhlil olu -
nur. Başqa sözlə, onun dinamik xassələri öyrənilir və model yaradılarkən bu xas-
sələrin ən vacib olanları nəzərə alınır.     
Bildiyiniz kimi, modelin ən mühüm xassəsi onun adekvatlığı hesab olunur. 
Adekvatlıq dərəcəsini müəyyən etmək üçün informasiya modeli xüsusi rol
oy nayır, çünki informasiya modeli təkcə tədqiqat obyekti olmayıb, həm də maddi
modelin yaradılması üçün əsasdır. Qeyd olunduğu kimi, informasiya modelinə
yalnız tədqiqat baxımından əhəmiyyəti olan informasiyalar daxil edilir. Deməli,
obyektin hansısa parametri informasiya modelində əks olunmaya da bilər. Bəs
“qızıl orta”nı necə tapmalı? İnformasiya modelinə nəyi daxil etmək lazımdır, nə -
yi isə yox? İnformasiya modelinin orijinala adekvatlığını yoxlamaqla bu suala
cavab vermək olar.       
Ev tikintisi ilə bağlı misalda cədvəllər vasitəsi ilə verilmiş (cədvəl 3.1
,
3.2,
3.3) modellərin real obyektə adekvatlığı necədir? Əlbəttə, real obyekt hələ
müəyyən edilmədiyindən modelin adekvatlığından danışmaq hələ tezdir. Ancaq
modellər də məhz ona görə qurulur ki, gerçək obyektlər haqqında qabaqcadan
mümkün qədər dolğun təsəvvür formalaşsın. Alıcı nöqteyi-nəzərindən o zaman
yüksək adekvatlıq dərəcəsinə nail olmaq olar ki, seçilmiş variantda maksimal  ra -
3. MODEL
VƏ MODELLƏŞDİRMƏ 
43


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə