-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə3/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   2   3   4   5   6   7   8   9   ...   34

bilər. Test mərkəzləri test imtahanlarını keçirərək bey nəlxalq sertifikatlar vermək
səlahiyyətinə ma 
likdir. Bir çox ölkələrdə dövlət qulluğuna işə qəbul zamanı
ECDL sertifikatının olması məcburidir. Beynəlxalq qurumlar da ECDL sertifikat-
larına xüsusi önəm verir.   
B u   d ə r s d ə   ö y r ə n d i n i z :
İnformasiya mədəniyyəti insanın informasiya cəmiyyətinə uyğunlaşması üçün
zə ruri olan bilik və vərdişlərin toplusudur.
Kompyuter savadlılığı dedikdə, informasiya texnologiyalarının əsas konsepsi -
yaları ilə tanış olmaq, kompyuter vərdişlərinə, onun köməyi ilə müxtəlif sə -
nədlər yaratmaq bacarığına, proq ramlar haqqında təsəvvürlərə malik olmaq
nəzərdə tutulur.
İnformasiya mədəniyyətini formalaşdıran və onu inkişaf etdirən üç başlıca amil
vardır: təhsil səviyyəsi, informasiya infrastrukturu və maddi imkanın ol ma sı.
Dünyada kompyuter savadlılığını təsdiq edən standartlar içərisində ECDL
sertifikatı (European Computer Driving Licence — Avropa kompyuter hü qu -
qu) daha geniş yayılıb.
Bir çox ölkələrdə dövlət qulluğuna işə qəbul zamanı ECDL sertifikatının ol ması
məcburidir.
1. “İnformasiya mədəniyyəti” anlayışını izah edin.
2. Kompyuter savadlılığı insanda hansı bilik və vərdişlərin olmasını tələb edir?
3. ECDL nədir? 
4. İnformatika kursunda ECDL Tədris planına daxil olan modulların hansılarını
öyrənmisiniz?
TEXNOLOGİYALAR VƏ TƏHSİL
Bu gün сəmiyyətin informasiyalaşdırılması kimi təhsilin də informasiya laş dı -
rılması sürətli inkişaf dövrünü yaşayır. Doğrudur, müasir məktəblərlə 40-50 il ön -
cəki məktəblər arasında bir sıra bənzərliklər qalmışdır. Sinif otaq larının ək sə riy yə -
tində şagirdlər cərgə ilə əyləşib, lövhə qarşısında mühazirə söy ləyən müəl limin
dediklərini diqqətlə dəftərə köçürürlər. Lakin elə sinif otaq ları da var dır ki, orada
dərslər yeni texnologiyalar vasitəsilə tədris olunur. Mək təb lər yüksəksü rət li İn ter -
netə qoşulur, şagirdlər ibtidai siniflərdən kompyuterdə işlə məyi öy rə nirlər. Fən lərin
tədrisində yeni nəsil tədris vəsaitlərindən – elektron resurslardan isti fadə olu  nur.
1.2.
8


Bəzi insanlar texnologiyaların  yaxın gələcəkdə təhsilin məzmununu tamam
də  yişdirəcəyini proqnozlaşdırırlar. Digərləri isə hesab edirlər ki, ənənəvi üsulla
dərs keçən şagirdlər yeni texnologiyaların tətbiq olunduğu sinif otaqlarında təh-
sil alan həmyaşıdlarından bir neçə il geri qalacaqlar. Kimin doğru söyləyib-söy -
ləmədiyindən asılı olmayaraq bir şey aydındır ki, getdikcə texnologiyalar dün -
yanın hər yerində təhsilə güclü təsir göstərir. 
Bu dərsdə təhsildə İKT-siz keçinməyin, demək olar ki, mümkün olmadığı
sahələrdən ikisi – təhsilin idarəolunmasının informasiya sistemi və şagird nailiy -
yət lərinin qiymətləndirilməsi haqqında danışılacaq. 
Təhsilin idarəolunmasının məlumat sistemi (TİMS). Təhsil sisteminin
müasir ləşdirilməsi şəraitində təhsil müəssisələrinin idarə olunmasına da qoyulan
tə ləblər artır. Bu gün idarəetmə və nəzarət mexanizmini informasiya texno lo gi ya -
larından istifadə etmədən günümüzün tələblərinə uyğun qurmaq müm   kün deyil.
Başqa sözlə, mövcud vəziyyəti operativ təhlil etmək, qiy mət lən dirmək və düzgün
qərarlar qəbul etmək üçün təhsilin idarəolunmasının məlumat sisteminə [edu-
cation management information system, EMISböyük ehtiyac var. Belə bir sis-
temin yaradılmasında başlıca məqsəd:
• informasiya texnologiyaları əsasında təhsilin səmərəli idarəolunması siste -
mi ni  formalaşdırmaq;
• təhsilin inkişafı istiqamətində dövlət proqramlarının hazırlanması, onların
re allaşdırılması və monitorinqini idarə etmək;
• təhsil sisteminin qısamüddətli və uzunmüddətli inkişafı perspektivlərini
müəy    yənləşdirməkdir.
A                                                               B
Şəkil 1.1. Ənənəvi sinif otağı (A) və müasir sinif otağı (B)
9
1. 
TEXNOLOGİYALAR 
VƏ CƏMİYYƏT


10
Başqa sözlə, təhsilin idarəolunmasının məlumat sisteminin yaradılmasında
başlıca məqsəd təhsili səmərəli idarə etmək və son nəticədə təhsilin keyfiyyətini
yüksəltməkdir. Bu sistemin quruluş və mahiyyətini gözdən keçirək.  
TİMS çoxsəviyyəli sistemdir:
• 1-ci səviyyə – ümumtəhsil məktəbləri;
• 2-ci səviyyə – rayon (şəhər) təhsil şöbələri;
• 3-cü səviyyə – Təhsil Na zir liyi.
İnformasiyanın mənbəyi 1-ci səviyyədir. Burada topla nan informasiya bazası 2-ci
səviyyəyə ötürülür. Təhsil şö 
bələri məktəblərdən qəbul etdikləri informasiyanı
emal edir və toplu şəklində daha yüksək səviyyəyə – Təhsil Nazi rliyinə ötürür. 
Sistemin əsasını kompyuterləşdirilmiş  məktəb idarəetmə sis temi [comput-
erised school management system– “TİMS-məktəb” təşkil edir. Məktəb
idarəetmə sistemi (MİS) məktəb rəhbərliyi və müəllimlərə hər zaman aktual in -
formasiyadan istifadə edərək müxtəlif hesabatlar əldə etməyə imkan verir. Bu cür
operativ hesabatlar isə məktəbin idarə edilməsində düzgün qərarlar qəbul etməyə
kömək edir. Məktəb idarəetmə sisteminin verilənlər bazası üç əsas informasiya
blokundan ibarətdir:
1. “Şagirdlər”,  2. “Kadrlar”,  3. “Məktəb”
“Şagirdlər” blokunda hər bir şagirdin şəxsi məlumatları saxlanılır. Orada
şagirdin adı, cinsi, doğum tarixi, yaşadığı ünvan, valideynlərinin adları, əlaqə
telefonları, təhsil aldığı dil və s. məlumatlar toplanır. 
Şəkil 1.2. Məktəb idarəetmə sistemi


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə