60
78. Çirkin bürünər,
Gözəl görünər.
79. Gözlə, gözlərim,
Dinlə, dizlərim.
80.
Gözəllik ondur,
Doqquzu dondur.
81. Gülmə qonşuna,
Gələr başına.
82.
Gördün ki, yemek,
Daha nə demek.
83. Gedənə yoldaş,
Gələnə qardaş.
84. Gül var, ətirli,
Gül var, çətirli.
85. Lalın baxarı,
Suyun axarı.
86. Nə işim işdi,
Nə əlim boşdu.
87. Nə halım haldı,
Nə yolum yoldu.
88.
Nə əldən qoyur,
Nə yardan doyur.
89. Niyyətin hara,
Mənzilin ora.
61
90. Oğlandır, oxdur,
Hər evdə yoxdur.
91. Oğul xırdası,
Noğul xırdası.
92. Örtülü bazar,
Dostluğu pozar.
93. Övlad dənizdi:
Nə içmək olur,
Nə keçmək olur.
94. Pulun var-giriş,
Yoxdursa sürüş.
95. Pulluya bəli,
Pulsuza dəli.
96. Səydən bəy olar,
Bəydən səy olar
97. Söz götürənin,
Yer oturanın.
98. Söyüdün közü,
Kasıbın sözü.
99. Saxla samanı,
Gələr zamanı.
100.
Səndən hərəkət,
Məndən bərəkət.
101. Səni pozaram,
Onu yazaram.
102. Təndir çörəyi,
Evin dirəyi.
103. Tikənə rəhmət,
Sökənə lənət.
104. Tövbə toxluqdan,
Üz-göz yoxluqdan.
105.
Toyda oynamaz,
Vayda ağlamaz.
106.
Torpaqdan hasil,
Torpağa vasil.
107.Tatın gəlişi,
Kürdün görüşü.
62
108. Tələsdi-təzdi,
Yolunu azdı.
109. Uşağı buyur,
Dalınca yüyür.
110. Uşağı döydün,
Qonağı döydün.
111.
Üzsən üzülməz,
Kəssən kəsilməz,
Düzsən düzülməz.
112. Heçimiz ayrı,
Köçümüz ayrı.
113. Çalxadı nəhrə,
Dirildi Zöhrə.
114.
Yağıda olsun,
Yanımda olsun.
115. Bağın daşlısı,
Qızın saçlısı.
Altıhecalılar
1.
Acda aman olmaz,
Toxda iman olmaz.
2.
At vurub dizinə,
İndi gələr özünə.
3.
Açaram sandığı,
Tökərəm pambığı.
4.
Aşıq vaydan qaçar,
Molla toydan qaçar.
5.
At görür axsayır,
Su görür susayır.
6.
Ata-yumaqlanar,
Oğul budaqlanar.
7.
Adın nədir? Gülnaz,
Öyrənən can durmaz.
8.
Arvad var, ev yıxar,
Arvad var, ev yığır.
9.
Bir ayağı burda,
Bir ayağı gorda.
63
10.
Bir qız ərə gedər,
Min qız yelə gedər.
11.
Bir var min gətirər,
Min var, ad itirər.
12.
Varını it yesin,
Yaxanı bit yesin.
13.
Qulun olunca at,
Yiyəsi qalar mat.
14.
Qızının isməti,
Atanın dövləti.
15.
Quş qanadı ilə.
Adam adı ilə.
16.
Qatığı ellərdə,
Pendiri çöllərdə.
17.
Qoruyub varını,
Unutma arını.
18.
Qaradan qaş olmaz,
Yaddan qardaş olmaz.
19.
Dərd var, gələr keçər,
Dərd var,dələr keçər.
20.
Erkək cib doldurar,
Dişi güz doldurar.
21.
Ərə də bir dəfə,
Gora da bir dəfə.
22.
İnsanı qəm yıxar,
Barını nəm yıxar.
23.
Ya quzuqulağı,
Ya bağayarpağı.
24.
Yaxşıdan ad qalar,
Yamandan dad qalar.
25.
Yazın bulanlığı,
Qışın yavanlığı.
26.
Ya Lələ şələni,
Ya şələ Lələni.
27.
Yağ dırnaqda gedər,
Bal barmaqda gedər.
28.
Ümid olma nisyə,
Gələ girə kisyə.
29.
Yel önündə yundu,
Dağ başında ündü.
(qoca)
Dostları ilə paylaş: |