1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə22/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   18   19   20   21   22   23   24   25   ...   98

 

 

                 



100 

 

16.



 

 Təpədə taxıl əkən yel üçün, 

Dərədə xırman quran sel üçün. 

 

17.



 

 Çağırılan yerə get, ərinmə, 

Çağırılmayan yerdə görünmə. 

 

 



        On bir hecalılar 

 

1.



 

Ağ dəvə həmişə haqqı gəzdirər, 

Ləpirin yerindən ağ gül bitirər. 

 

2.



 

Abadan kənd tüstüsündən bilinər

Yaxşı odun tüstüsündən bilinər. 

 

3.



 

Ağılsız cavanı kirşan aldadar, 

Sayğısız igidi düşmən aldadar. 

 

4.



 

Arvadlar içində arvadım itdi, 

Əlləri xəmirli, dırnağı bitdi. 

 

5.



 

Aşağıda oturan itə baxar, 

Yuxarıda oturan yükə baxar. 

 

6.



 

Ay çili, çili, çili mənə neylər, 

Yarım bir olsa, günü mənə neylər. 

 

7.



 

Adam var ki, adamların naxşıdır, 

Adam var ki, dindirməsən yaxşıdır. 

 



 

 

                 



101 

 

8.



 

 Qocalanda adam var-  ipəkləşər

Qocalanda adam var- köpəkləşər. 

 

9.



 

 Qanana çibin vızıltısı sözdür, 

Qanmayana zurna-qaval da azdır. 

 

10.



 

 Dedilər ki, Şahqulunun bağı var, 

 Demədilər, adda-budda dağı var. 

 

11.



 

 Evlər gördüm- öz evimdən iyrəndim, 

 Evlər gördüm- öz evimə imrəndim.

21

 



 

12.


 

 Evlərə baxıram-şükür edirəm, 

Evlərə baxıram-fikir edirəm. 

 

13.



 

 İgid odur, atdan düşə, atlana, 

 İgid odur, hər əzaba qatlana. 

 

14.



 

 Yaman qonşu, yaman arvad, yaman at, 

Birin boşla, birin boşa, birin sat. 

 

15.



 

 Ya elə danış, bir mətləb qansınlar, 

Ya elə sus ki, ağıllı sansınlar. 

 

16.



 

 Yabılarda arıq yabı mərd olar, 

Yorulanda yiyəsinə dərd olar. 

 

 



                                                           

21

 Bu ifadə pirrəndim şəklində də işlənir. 




 

 

                 



102 

 

17.



 

 Kim bilir ki, kim qazana, kim yeyə

Əbləh odur, bu dünyada qəm yeyə. 

 

18.



 

  Yetimcə oğlaqdan olammaz təkə, 

   İnanma olsa da, qabağı çəkə. 

 

19.



 

 Güləbətin gileylidi ərindən, 

Boşanmayır, namusundan, arından. 

 

20.



 

 Muğan, Muğan olsa, biri üç eylər, 

Muğan tufan olsa, üçü heç eylər. 

 

21.



 

 Oğru elə bilər-hamı oğrudur, 

Doğru elə bilər-hamı doğrudur. 

 

22.



 

 Su da susuzluqdan daş olsa İlyas, 

Bədəni, bədəndən, sən elə xilas. 

 

23.



 

 Füzuli dərd əlindən dağa çıxdı, 

Dedilər: bəxtəvər yaylağa çıxdı. 

 

24.



 

 Fələyin böylə-böylə işləri çox, 

Aslanı ac gəzdirir, tülkünü tox. 



 

                       



103

 

 



            On iki hecalılar 

 

1.



 

Arvad var ki, arpa əppəyin aş eylər

Arvad var ki, buğda əppəyin daş eylər. 

 

2.



 

 Başıma dəydiyinə görə daş olsun, 

Ağzıma dəydiyinə görə aş olsun. 

 

3.



 

 Qanana milçək vızıltısı da sazdır, 

Qanmayana zurna-balaban da azdır. 

 

4.



 

Qayınatama Məkkə qismət olaydı, 

Qayınanamı bağda ilan vuraydı. 

 

5.



 

Yaz olanda ayran aşı yarpızınan, 

Yay olanda əmlik əti sal buzunan. 

Payız gəldi, pendir-çörək qarpızınan, 

Qış olanda isti otaq bir qızınan. 

 

Variant: 

Yaz ola, dovğa ola, yarpızla, 

Yay ola, pendir-çörək qarpızla, 

Payız ola, isti fətir cız-bızla, 

Qış ola, isti otaq bir qızla. 

 

6.

 



Səbr ilə halva bişər, ey qora səndən, 

Bəsləsən atlas olar, tut yarpağından. 

 

7.

 



Gəlinim paltar yusun, üzü bozarsın, 

Qızım çörək bişirsin, üzü qızarsın.  




 

                       



104

 

 



 

 

         On üç hecalılar 

 

1.

 



Alanda necəsən? Bir alıcı quş kimi, 

             Verəndə necəsən? Dəyirmanda daş kimi. 

 

2.

 



 Analı uşağın ürəyində yağ olar

Ansız uşağın  ürəyində dağ olar. 

 

3.

 



 

Dost var, ağlada-ağlada adam eyləyir, 

Dost var, güldürə-güldürə cüdam eyləyər. 

 

4.



 

 Yaxşılıq eyləyən göydə uçan durnadı, 

Pislik eyləyən qanadı qırıq qarğadı. 

 

5.



 

Gecə ayaz, gündüz bulud-ilin nəsildir, 

Gündüz ayaz, gecə bulud-ilin xasıdır. 

 

         On dörd hecalılar 

 

1.

 



Bişə-düşə necəsən? Odun, qurdun parası, 

İşə-gücə necəsən? Onu demə, xalası. 

 

2.

 



Qoyunlu evlər gördüm-qurulu yaya bənzər, 

Qoyunsuz evlər gördüm-qurumuş çaya bənzər. 

 

3.

 



Yaxşılığa yamanlıq-hər kişinin işidir, 

Yamanlığa yaxşılıq-nər kişinin işidir. 

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə