1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə21/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   17   18   19   20   21   22   23   24   ...   98

 

 

                 



95 

 

          Doqquzhecalılar  

 

1.

 



Arsız adam güləyən olar

Südsüz heyvan mələyən olar. 

 

2.

 



Anasına bax, qızını al, 

Qırağına bax, bezini al. 

 

3.

 



Alçaq yerdə yatma, sel olar, 

Yüksək yerdə yatma, yel olar. 

 

4.

 



Atıcı atar, kürd oynar, 

Yıxılar, durar, bir də oynar. 

 

5.

 



Ana uşağına aş gətirər, 

Analıqsa yaş gətirər. 

 

6.

 



At saxlarsan, atlı olarsan, 

Don saxlarsan, donlu olarsan. 

 

7.

 



A qızım, qızım, qara qızım, 

Sabunu, yox, ağara qızım. 

 

8.

 



Birini ye, birini yemə, 

Birini de, birini demə. 

 

9.

 



Varrı evində tava qızar, 

Varsız evində dava qızar. 

 

 



 

 

                 



96 

 

10.



 

 Qonaq gələr, gedər quş kimi

Yoxsa oturmaz bayquş kimi. 

 

11.



 

 Quzu oldum - süddən doymadım, 

Qoyun oldum-otdan doymadım. 

 

12.



 

Qocaya gedən quymaq yeyər, 

Cavana gedən çomaq yeyər. 

 

13.



 

 Ev gördüm evimə küsəndim, 

Ev gördüm evimdən usandım. 

 

14.



 

 Ev gördüm evimə pirrəndim

Ev gördüm evimdən iyrəndim. 

 

15.



 

 Evində yox bir çanaq  darı, 

Oturur hamıdan yuxarı. 

 

16.



 

 Əli aşından da elədi, 

Vəli aşından da elədi. 

 

17.



 

 Əllisin amanlıqda görüb, 

Qırxını samanlıqda görüb. 

 

18.



 

 İşi düşəndə arar məni, 

Aşı bişəndə qovar məni.  

 

19.



 

 Kişi qızını- yerişindən, 

Gədə qızını – duruşundan.   

 



 

 

                 



97 

 

20.



 

 Karvan gedər izi qalar

Alim gedər sözü qalar. 

 

21.



 

 Kişi qızı- yeyər sallanar, 

Gədə qızı- yeyər tullanar. 

 

22.



 

 Gözün qaralığı naxışdı, 

Üzün qaralığı qaxıncdı. 

 

23.



 

 Mən dedim ki, gəlini görüm

Demədim ki, dilini görüm. 

 

24.



 

 Oğul yeyib oyuna gedər, 

Qız geyinib,  toyuna gedər. 

 

25.



 

 Özgə qapıda yumurtlayar, 

Bizim qapıda qaqqıldayar. 

 

26.



 

 Papağı keçi dərisindən, 

Xəbəri yoxdur gerisindən. 

 

27.



 

 Söyüdün gözü bişməz olar

Kasıbın sözü keçməz olar. 

 

28.



 

 Tərə yeyən də yaza çıxar, 

Kərə yeyən də yaza çıxar. 

 

29.



 

 Toyda da toyuğun vayıdı, 

Vayda da toyuğun vayıdı. 

 



 

 

                 



98 

 

30.



 

 Toyun yaraşığı oynamaq, 

Vayın yaraşığı ağlamaq. 

 

31.



 

Ulusun demə, elini de, 

Gəlinim demə, dilini de.    

 

32.



 

 Xandan, bəydən gəlmiş nökərəm, 

Dinmə, qabırğanı kəsərəm. 

 

33.



 

 Arvad var, arpadan aş eylər

Arvad var, kişini külbaş eylər. 

 

 



     Onhecalılar 

 

1.



 

Analı qızın özü böyüyər, 

Anasız qızın sözü böyüyər. 

 

2.



 

 Analı qızın özü söylənər, 

Anasız qızın sözü söylənər. 

 

3.



 

Arvad var, buğda unun daş eylər, 

Arvad var, arpa unun aş eylər. 

 

4.



 

Arvad nə bilir, dağda dumandı, 

Oturub evdə hökmü rəvandı. 

 

5.



 

 Adam var- ördəyinə qaz deyir, 

Adam var-qarısına qız deyir. 

 



 

 

                 



99 

 

6.



 

Alçaq yerdə yatma, sel aparar, 

Hündür yerdə yatma, yel aparar. 

 

7.



 

Arvad qohumu ocaq başında, 

Kişi qohumu çax-çax başında. 

 

8.



 

Boyuna baxıram fəxr edirəm, 

Ağlına baxıram, fikir edirəm. 

 

9.



 

 Qəm hara gedirsən? Qəm yanına, 

Dəm hara gedirsən? Dəm yanına. 

 

10.



 

 Evdə hörmətin yoxsa- evdən çıx, 

Eldən hörmətin yoxsa- eldən çıx. 

 

11.



 

 Əri ər eləyən də arvaddı, 

Qar, yer eyləyən də arvaddı. 

 

12.



 

 Gəlin deyəndə qucmağım gəlir, 

Qarı deyəndə qaçmağım gəlir. 

 

13.



 

 Oğlumun oğlu dağdan aşırar, 

Qızımın oğlu çaydan aşırar. 

 

14.



 

 Ölmə eşşəyim, yonca bitincə, 

Yonca tökülmə, torba tikincə. 

 

15.



 

 Səbirli- dağı yerlə bir elər, 

Səbirsiz- xeyir işi şər elər. 

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə