111
37.
Ayağını isti eylə, başını sərin,
Çox da fikirləşib, düşünmə dərin.
38.
Arvad var,
qarğıdalı unundan aş bişirər,
Arvad var, buğda unundan daş bişirər.
39.
Ata evi meydanxana,
Ər evi zindanxana.
40.Alanda necəsən? Alıcı quş kimi,
Verəndə necəsən? Dəyirmandan
düşmüş daş kimi.
41.Alanda necəsən? Alıcı quş kimi,
Verəndə necəsən? Kor bayquş kimi.
42.Axşamdan yeri ha yeri,
Səhər ertə hamıdan geri.
43. Arvad var ki, çəltiyi döyüb aş eylər,
Arvad var, kişini külbaş eylər.
44.Açıq süfrənin min eybi var,
Örtülü süfrənin bir eybi var.
45.Alan ayrı, satan ayrı,
Sənə nə düşüb, a beli əyri?
112
46.Axşama bozbaş asmışdım,
Qarıxıb qazanı boş asmışdım.
47.Aldatmasın səni üz gözəlliyi,
İlanın da var öz gözəlliyi.
48.Birlik harda,
Dirlik orda.
49.Biri elə, biri belə,
Bir də yelə.
50. Bir həsir,
Bir Məmmədhəsir.
51.Bir basdı,
İki kəsdi.
52.Bir yeni yetəndə,
Bir də qırxı ötəndə.
53.Biz nə dedik daza,
Daz özünü qoydu naza.
54.Bir damcı unu var,
Qırmızıdan donu var.
55.
Bir-birinin əksinə,
Evləri yıxırlar tərsinə.
113
56.
Balamın balası,
Ürəyimin parası.
57.
Biri itər,
O biri bitər.
58.
Birənin qanın aldın,
Canın aldın.
59.
Bir də gəlin ollam,
Oturub durduğumu billəm.
60.
Biri palçığa batdı,
Bir də yanında yatdı.
61.
Bir baş idi, dörd ayaq,
Onu da gəlin aşırdı bayaq.
62.
Bitmişdi hər yarağı,
Qalmışdı saqqal darağı.
63.
Belə qəm, belə kədər,
Belə gələr, belə gedər.
64.
Babam mənə kor deyib,
Gəlib gedəni vur deyib.
65.
Bəy nədi,
Bəyənmədin nədi?
114
66.
Biz gəldik gəlin görməyə,
Gəlin də gedib gül dərməyə.
67.
Bədənində kürəyin yansın,
Sinəndə ürəyin yansın.
68.
Bilirdin qarnın vayını,
Yemirdin baş-ayaq suyunu.
69.
Bir basdı,
İki kəsdi.
70.
Bir gün çəkil əkən ər,
Yüz il ipək dərər.
71.
Bozdamac,
Qırxın yedim qarnım ac.
72.
Bir gün balıq tutdu,
Yetmiş gün tor qurutdu.
73.
Bilən az deyər,
Bilməyən düz deyər.
74.
Bu iti vurdum sinsidir,
Bu da bunun cinsidir.
75.
Başda oturan baş olmaz,
Başbilənsiz iş olmaz.
115
76.
Bədəsili ya dala aldın?
Ya daldan saldın.
77.
Bir qab ayran içimi,
Vurdu tökdü içimi.
78.
Böyürtkən yaşıllığın itməsin,
Qız cehizin bitməsin.
79.
Bütün qadınların pirinə lənət,
Yox, yox, yüzdə birinə lənət.
80.
Baxt bir quşdu,
Onu əldən verən bihuşdu.
81.
Verənə verən dünyadı,
Verməyənə boran dünyadı.
82.
Verdiyi qədəh,
O da gödək.
83.
Vətənə baxarsan, vətən olar,
Baxmazsan, kəfən olar.
84.
Vətəni qoruyarsan, vətən olar,
Qorumazsan, kəfən olar.
85.
Qızı beşikdə,
Cehizi yeşikdə.
116
86.
Qızdır, nazdır,
Min tümən azdır.
87.
Qızılı gətir,
Qızımı götür.
88.
Qızdır, nazdır,
Min altun azdır.
89.
Qız qızıldır,
Palçığa düşər parıldar.
Oğlan bir it olub,
Qıraqda durub mırıldar.
90.
Qız olsun-
Hər əzası düz olsun.
91.
Qara ağarmaz,
Su qurtarmaz.
92.
Qaşına-qaşına,
Çıxdı ocaq başına.
93.
Qızı ver Qazağa,
Qazaxdan da uzağa.
94.
Qorxursan pişikdən,
Niyə çıxırsan deşikdən?
Dostları ilə paylaş: |