129
208.Olanda halay, halay,
Olmayanda halı qolay.
209.Övlad işıqdır,
Oğlan arxadırsa,
Qız yaraşıqdır.
210.
Onlar iki idi, mən bir idim,
Onlar vurdu, mən kiridim.
211.Özü özünə elədi,
Külü də gözünə elədi.
212.Pulunu ver inəyə,
Bağla dirəyə.
Pulunu vermə qoyuna,
Başını salar oyuna.
213.Rəhmət düzənə,
Lənət pozana.
214.Soruşan dağ aşar,
Soruşmayan düzdə çaşar.
215.Suyun lal axanı,
Adamın yerə baxanı.
216.Süfrənin yaraşığı qonaqdı,
Evin yaraşığı uşaqdı.
130
217.Su axar,
Çuxuru tapar.
218.Sayı çox,
Sambalı yox.
219.Saç səfadan uzanar,
Dırnaq cəfadan uzanar.
220.Sağalar, həkiməm,
Sağalmasa, kiməm.
221.Susadıq mala,
Qızı verdik lala.
222.Səhər bəzəyi el bəzəyi,
Günorta bəzəyi çöl bəzəyi.
Axşam bəzəyi-yar bəzəyi.
223.Səbr elərəm, səbr daşı,
Çatladı bağrımın başı.
224.Söz-sözü gətirər,
Arşın bezi gətirər.
225.Saman altdan söz,
Od üstən göz.
226.Sevməyi yox,
Qısqanmağı çox.
131
227.Sən ağa, mən ağa,
İnəkləri kim sağa.
228.Sonbeşik,
Yurda keşik.
229.Tək əl nəsdi,
Qoşa əl səsdi.
230.Tutan gedər təp-təzə,
Görənə verərlər cəza.
231.Təknədən çörək qurtardı-
vay qarayanız,
Göy üzündə bulud göründü-
vay sarıbəniz.
232.Təzəcə çıxıb təndirdən,
Minnəti yox pendirdən.
233.Tövbə toxluqdan,
Üzü qaralıq yoxluqdan.
234.Təzə çıxan daylaqlar,
Çuluna baxıb oynaqlar.
235.Tut ağacından nehrə də olur,
Cəhrə də olur.
132
236.Unu çoxdu,
Urvası yoxdu.
237.Un davası deyil,
Din davasıdı.
238.Üzünə baxırsan öpməli,
İçinə saman təpməli.
239.Fətir,
Məni mənzilə yetir.
240.Xəşəm-xəşəm,
Adını qoydum Qəşəm.
241.Xaşıl,
Məni dərədən aşır.
242.Xaşıl aşdı-daşdı,
Dilsizlər də dil açdı.
243.Xanıma xanım dedilər,
Axçasını yedilər.
244.Xandan gəlmiş nökərəm,
Dişlərini sökərəm.
245.Xalxa avtafa-ləyən,
Mənə də sarımsaq döyən.
133
246.Hörrə hört,
Qonaq gəldi, üstün ört.
247.Haca gedən gəldi,
Saca gedən gəlmədi.
248.Hörmətin itən olmasın,
Bitən olsun.
249.Hamı dinəndə can olur,
Mən dinəndə qan olur.
250.Heyif sənə, ay darayı,
Səni göyər hər ayı.
251.Həyat kimiyə dəm verir,
Kimiyə də qəm verir.
252.Hörmətin itən olmasın,
Bitən olsun.
253.Həsən, Həsən,
Sən ki, bu fikirdəsən,
Görüm heç yekələnməyəsən.
254.Hamıya adət,
Bizə bedat.
255.Həvəsdi,
Bəsdi.
134
256.Hərcayı sözün,
Mərcayı da cavabı olar.
257.Cırtıltısı çatıdan gəlir,
Fətiri Fatıdan gəlir.
258.Çiy ət ət gətirər,
Çiy çörək dərd gətirər.
259.Çay daşı,
Çaxmaq daşı,
Allah versin
Yağışı.
260.Çevir ocağa,
Bas qucağa.
261.Canın çıxıb qanmayaydın,
Qanıb bu qədər yanmayaydın.
262.Cıqqılı ələk, cıqqılı sac,
Əlim xəmir, qarnım ac.
263.Şah özü toxdur,
Orduya bir yuxa çoxdur.
264.Şah Abbası taxta görüb,
Nuh Nəbini qundaqda görüb.
Dostları ilə paylaş: |