1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə35/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   31   32   33   34   35   36   37   38   ...   98

 

    


169

 

 



inkişaf  etdirir.  Uşaqlar  məhz  tapmacalar 

vasitsilə “nə hardandır?”, “nə nədən düzəlir?”, 

“nə nəyə lazımdır?”  suallarına cavab tapırlar 

ki, bu da onların zehnini itiləşdirir.  

F.Köçərli  yazır:  “Millət  həddən  ziyadə 

məsəllər,  hikmətamiz  sözlər,  tapmacalar  icad 

edibdir  ki,  bunların  vasitəsilə  öz  biliyini, 

təcrübəsini, hikmətini izah edir

44

”. 


Yatanda yumru yatar, 

Ətin dərman tək satar. (kirpi) 

 

Bütün  bunlardan  başqa,  tapmacaların 



həm  də  əyləncə  vasitəsi  olduğunu  unutma-

malıyıq.  Keçmişdə  tapmacalar  daha  çox 

məclis  üçün  yaradılırdı.  Uzun  qış  gecələri 

tapmacasız keçməzdi. Kinosuz, teatrsız, radio 

və  televizorsuz,  kitab  və  qələmsiz  keçmiş, 

müxtəlif  əyləncələr  içərisində  tapmacalara 

xüsusi yer vermişdir.  

Məclislərdə  tapmacaları  qocalar  deyir, 

cavabını  cavanlar  fikirləşirdilər.  Bu  da 

təsadüfi  deyildi.  Çünki,  qocalar  çətinlik 

yarananda  cavabı  özləri  izah  edər,  həyat 

haqqındakı  biliklərini,  təcrübələrini  gənc 

nəslə ötürərdilər.  

                                                           

44

 F.Köçərli. Azərbaycan ədəbiyyatı tarixi materialları. I cild, I 



hissə. Bakı, 1925, səh 6.  


 

    


170

 

 



Ona  görə  də  tapmacalar  quru,  maraqsız, 

dillə  deyil,  obrazlı  yaradılmışdır.  Burada 

yumor,  gülüş,  satira  mühüm  yer  tutur.  Xalq 

məzəli,  gülməli  ifadələrlə  bu  janrı  daha  da 

şirinləşdirir.  

Tapmacalar  obrazlı,  bədii  təfəkkürün 

gözəl  nümunələridir.  Burada  xalq  ən  çox 

metafora,  müqayisə,  təşbih  və  s.  bədii  təsvir 

vasitələrindən  istifadə  edir.  Aristotelə  görə, 

tapmaca  yaxşıca  düzəldilmiş  metaforadan 

başqa bir şey deyildir. Məsələn:  

  Dəyirmi təpə, 

  Qızılca küpə. 

Burada  “dəyirmi  təpə”    göy-səma, 

“qızılca küpə”  isə günəş mənasında işlənilib. 

Bəzi 


tapmacalar 

sırf 


müqayisə 

və 


bənzətmələrdən ibarət olur.  

  Üstü qoyun, 

  Altı keçi.  

  Başı şabalıd, 

  Quyruğu qayçı. (qaranquş) 

Tapmacaların 

əksəriyyəti 

xalqın 


gündəlik həyatı və məişəti ilə qırılmaz tellərlə 

bağlıdır.  Tapmacaların  ilk  yaradıcıları  –

müdrik  “dədələr”,  “ozanlar”    gözləri  ilə 

görüb, 


ürəkdən 

duyduqları 

əşyalara, 

hadisələrə,  bitki  və  heyvanların  qeyri-adi 

əlamət  və  xüsusiyyətlərinə  məcazi  məna 



 

    


171

 

 



vermiş,  onları  “...sual  şəklində  qurulmuş 

metaforaya”  çevirmişlər.  

  Bir meyvəm var, al olur, 

  Yetişir xal-xal olur.  

  Yeyirsən, turşməzədir, 

  Qaynadırsan, bal olur. (tut) 

Qədimdə  evlənən  cavanlara,  ərə  gedən 

qızlara da tapmacalar verilmiş, onların həyat, 

ailə, 

insanlar 



haqqındakı 

düşüncələri 

sınanmışdır.  Azərbaycan  xalqının  ən  zəngin 

folklor  dəfinələrindən  biri,  məhz  böyük 

şairmiz  Nizaminin  “Xəmsə”sidir.  Nizaminin 

“İsgəndərnamə”sinin  “Şərəfnamə” hissəsində  

bilməcənin 

ən  mükəmməl,  yaddaqalan 

nümunəsi verilmişdir.  

İran hökmdarı Dara İsgəndərin yanına öz 

elçilərini  göndərərkən,  qasidə  tapşırır  ki, 

İsgəndərə özünlə bir top, bir çövgan, bir çuval 

da  küncüt  apar.  Dara  öz  bilməcəsi  ilə 

İsgəndərə  demək  istəyir  ki,  uşaqsan  hələ  al, 

bu topla, çövganla oyna! 

Küncüt  isə,  Daranın  ordusunun    böyük  

olduğuna  işarə  idi.  Daranın  məqsədini  bilən 

İsgəndər  küncütü (darını) evə, eşiyə səpir və 

öz  quşlarını  onları  dənləməyə  səsləyir. 

Nizami 


öz 

poetik 


qənaətlərini 

belə 


tamamlayır: 

 



 

    


172

 

 



Darıya daraşdı saray quşları, 

Qalmadı bu yerdə bir dənə darı. 

Küncütdən çox olsa Dara qoşunu, 

Mənim də quşlarım dənləyər onu.

45

  

 



Bilməcələrdən 

qədimlərdə 

təkcə 

diplomatiya  sahəsində  deyil,  eyni  zamanda, 



sevgi,  məhəbbət    aləmində  də  istifadə 

olunmuşdur.  Bilməcələr  sevgililər  arasında 

güclü  bir  sınaq  vasitəsinə  çevrilmişdir. 

Gözəlliyi  dünyaya  məşhur  olan  qızlar  elə 

oğlana  ərə  getmək  istəmişlər  ki,  həmin  şəxs 

ağlı,  zəkası,  fəhmi-fərasəti,  müdrikliyi  ilə 

fərqlənsin,  seçilsin,  qəlbindən  keçən  suallara 

cəsarətlə  cavab  versin,  həm  də  bu  cavablar 

onu  təmin  etsin,  razı  salsın.    Daha  doğrusu, 

həmin  oğlan  qeyri-adi  bir  insan  olduğunu  

əyani  şəkildə  sübuta  yetirsin.  Onun  sərrast 

cavabları  hamını  heyrətdə  buraxsın.  Bu 

məzmunda  bilməcə  örnəklərini  məhz  Nizami 

əsərlərində tapa bilirik.  Şairin “Yeddi gözəl” 

poemasındakı  “Slavyan  qızı”  hekayətindən 

aldığımız  bilməcə  buna  misal  ola  bilər.  Əsl 

bilməcə nədir, onun mahiyyətini, məzmununu 

açmaq üçün həmin bilməcəni tam genişliyi ilə 

                                                           

45

 Nizami. İskəndərnamə (Şərəfnamə), Az.EAN, Bakı, 1964, 



səh.113. 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə