1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə36/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   32   33   34   35   36   37   38   39   ...   98

 

    


173

 

 



vermək 

arzusundayıq.  Dördüncü  iqlim 

padşahı  qızına  bildirir  ki,  “əsl  qızılı  məhəkə 

çəkək”.  Qız  onun  sorağı  ilə  gələn  oğlana  bir 

cüt  ləl  göndərir.  Nizami  rəmzi  dillə,  poetik 

şəkildə qələmə alınan bilməcəni belə başlayır: 

Qız: 

Xəzinədarına bir cüt ləl verdi, 



Qonağın yanına onu göndərdi. 

Sonra da tapşırdı: bunları dərhal, 

Çatdırıb qonağa cavabını al. 

 

Xəzinədardan  ləlləri  alan  oğlan  iki  ləlin 



üstünə üç cəvahir qoyub, qıza göndərir: 

 

Beş ləli görüncə daşqəlbli nigar, 



Onları çəkməyə tez verdi qərar. 

 

Qız  o  beş  ləli  toz  kimi  əzir  və  onun 



üstünə  bir  ovuc  şəkər  səpib,  oğlana  göndərir. 

Oğlan  bunun  mənasını  başa  düşür.  Süd  tələb 

edir, ləl tozu ilə şəkər tozunu südə qatıb  qıza 

göndərir,  qız  südü  içir,  dibində  qalan  ləli 

xəmir  tək  yoğurur.  Onu  tərəzidə  çəkir, 

tərəzidə düz gəlir. 

Qız bu dəfə oğlana üzük  göndərir, oğlan 

üzüyü  alıb  barmağına  taxır.  Qıza  bir  dürr 

göndərir.  Qız  dərhal  mücrüsünü  açıb,  ona 

bərabər bir dürr seçir. Qız bundan çox sevinir. 




 

    


174

 

 



Dürləri sırğa kimi alıb taxır, muncuğu qolbağ 

tək  qoluna  taxır.  Sonra  qız  üzünü  atasına 

tutub deyir: 

 

Bəsdir, naz etdiyim mənim bu qədər



Mənə ər tapıldı belə,  yaxşı ər, 

Tapmazlar ölkəni əgər gəzsələr

Olsam da kitaba, biliyə məftun, 

Elmdə zərrəsi olmaram onun. 

 

Atası  bu  rəmzi  sual-cavablarla  maraq-



lanır.  Qızın  rəmzi  sirləri  açması,  təhlili, 

doğrudan da, insanı duyğulandırır.  

Nizaminin  böyük  ilhamla  təsvir  etdiyi  o 

bədii 


nümunəni 

burada 


tam 

vermək 


qərarındayıq: 

 

Dedi: - Yoxlamaqçün onu lap əvvəl



Sırğamdan göndərdim ona iki ləl. 

Deyirdim ki, ömür çox uzun deyil

İki günlük ömrü sən qənimət bil, 

O, ikinin üstə qoyub üçü də, 

Dedi, gəlib keçər olsa beş gün də. 

Əzib o dürləri döndərdim una, 

Sonra qarışdırıb şəkər tozuna. 

Dedim ki, şöhrətlə bəzənib ömür, 

Necə ki, şəkərlə qarışıbdı dürr. 

Əfsunun, kimyanın  hünəri deyil,  




 

    


175

 

 



Onları ayırsan, bunu yaxşı bil. 

O, südü gətirib araya saldı, 

Şəkər tez əridi, dürlərsə qaldı. 

Söyləyirdi, dürrə qatılsa şəkər, 

Süd qatsan şəkəri mütləq əriyər. 

Haman piyalədən süd içib o an, 

Dedim: südəmər önündə inan. 

Üzüyü göndərdim bildirdim ona, 

Nigahçün razılıq mən verdim ona. 

O gövhər göndərib rəmz ilə dedi

Gövhər tək tayımı tapmaq çətindi, 

Mən açıb mücrünü tapdım gövhəri, 

Onun gövhərinin lap bərabəri. 

Hər iki gövhəri göndərdim, o da, 

Gördü üçüncüsü, yoxdu dünyada. 

Göy muncuq tapdırdı o cavan həmən

Qorusun o bizi qoy bədnəzərdən. 

Mən də göndərdiyi muncuğu aldım, 

“Razıyam” deyərək qoluma saldım. 

Onun sevgisinə məskəndir sinəm, 

Onun məhəbbəti mənim xəzinəm.

46

 



 

Bilməcə 


ilə 

tapmacanın 

fərqini, 

mahiyyətini  açmaq  üçün  Nizaminin  “Yeddi 

gözəl”indəki 

bilməcənin 

geniş 

şərhini 


                                                           

46

 Nizami. “Yeddi gözəl” poeması, Bakı, Yazıçı, 1992, səh.165-



168. 


 

    


176

 

 



verməyi  zəruri  bildim.  Təfərrüata  varmalı 

oldum.  Bilməcə insan zəkasını geniş mənada 

sınağa  çəkir.  Tapmacalarda  olduğu  kimi, 

burada  əlamətlər  əsas  olmur,  burada  tərəflər 

rəmzlərlə  danışırlar.  Rəmzlərin  açımı  həyati-

fəlsəfi  məna  daşıyır.  Bunlar  tapmaca  sualları 

deyil,    burada  böyük  sirr  olan  məsələlərin 

mahiyyəti açılır. 

Azərbaycan  məişət  nağıllarında  bu  cür 

dərin  məzmunlu  bilməcələrə  sıx-sıx  rast 

gəlirik.  Əlbəttə,  burada  genişliyi  ilə  nağılın 

məzmununu,  bilməcələrin  təhlilini  vermək  

niyyətində    deyiləm.  “Dərzi  şagirdi  Əhməd” 

altı ay Şah Abbasın onu döydürməsinə dözür, 

lakin öz yuxusunu inad göstərib danışmır. 

Bu  müddətdə  şahın  qızı  Pəri  Soltanla 

Əhməd arasında eşq macərası baş verir. 

Qəflətən  Firəng  padşahının  oğlu  Pəriyə 

elçi  göndərir.  Ya  onların  bilməcəsinə  bu 

ölkədə  kimsə  cavab  verməli,  ya  Pərini 

verməli,  yaxud  da  yeddi  ilin  baci-xəracını 

verməlidi.  

Firəng  padşahının  oğlu  qırx  gənc 

göndərir,  iyirmisi  qız,  iyirmisi  oğlan.  Hamısı 

bir  boyda,  oxşar,  bunları  seçmək  lazımdır.  

Əhməd  bunların  əlinə  özü  hazırladığı  suyu 

tökür, oğlanları və qızları seçə bilir. 



 

    


177

 

 



İkinci  dəfə  üç  at  göndərirlər,  boyları, 

rəngləri eyni.  Biri biryaşar, biri ikiyaşar, biri 

də üçyaşar. Əhməd bir qab süd, bir qab arpa, 

bir  qədər  də  yonca  qoyur.  Biryaşar  südə,  iki 

yaşar arpaya, üç yaşar da yoncaya tərəf gedir. 

Firənglilər 

üçüncü 

dəfə 


üç 

alma 


göndərirlər.  Almanın  biri  bu  ilki  biri  keçən 

ilki,  biri  də  inişilki.  Əhməd  qaba  su  tökdü.  

Bu ilki alma qabın dibinə endi, keçən ilki gah 

batdı,    gah  üzdü,  inşilki  isə  ipək  kimi  suyun 

üzündə  üzdü.  Əhməd  ağlının  gücü  ilə  üç 

bilməcəni məharətlə açır və Şah Abbasın qızı 

Pəri Soltanı alır. Şah soruşduqda ki, o yuxu nə 

idi? Əhməd bildirir ki, bu günkü toy. 

Bilməcələrdə  dərin  mətləblər  gizlənir, 

onları açmaq hər kəsin işi deyil. “Çil madyan” 

və  başqa  nağıllarımızda  insanı  düşüncə 

qarşısında  qoyan,  sınağa  çəkən  dərin 

mündəricəli  bilməcələr  çoxdur.  Onu  da 

bilmək  lazımdır  ki,  bilməcələr  nəsrlə  olur. 

Nizaminin  bilməcələri  nəzm  şəklində  qələmə 

alması,  onun  şair  səlahiyyətidir.  Lakin 

bilməcələr  nağıl  və  rəvayətlər  daxilində 

nəsrlədir. 

Azərbaycan 

nağıllarının 

davamlı 

araşdırıcısı  Nurəddin  Seyidov  tapmaca  ilə 

bilməcəni  bir-birindən  fərqləndirmir.  Hətta, 

“İlyasın  nağılı”nda  verilmiş  bilməcəni  – 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə