1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə37/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   33   34   35   36   37   38   39   40   ...   98

 

    


178

 

 



“Tapmaca şəklində verilən suallar” adlandırır. 

Gəlin,  birlikdə  diqqət  yetirək,  görək  qızın 

bilməcələrini 

tapmacanın  da  köynəyinə 

sığışdırmaq olarmı? 

Bir  də  ki,  yuxarıda  qeyd  etdik  ki, 

tapmacanı  açmaqda  müəyyən  əlamətlər  rol 

oynayır,  bilməcə  isə  rəmzlərlə  danışır. 

“İlyasın  nağılı”ndakı  gözəl  qız  şahları, 

şahzadələri,  vəzir,  vəkil  oğlanlarını  çətin 

suallarla  boş  qaytarır.  Nəhayət,  bağban  oğlu 

İlyasın qabağına qız qayçı, kağız, bir top iynə, 

bir də nar göndərir. 

İlyas  mətləbi  anlayıb  iynələrin  hamısını 

narın  üstünə  sancır,  kağızı  qayçı  ilə  kəsib 

doğradıqdan  sonra  sualın  cavabını  izah  edib 

deyir:  iynələri  narın  üstünə  vurdum  ki,  yəni 

bədənimi  oxlasalar  da  məndən  sirr  ala 

bilməzlər,  qayçı  ilə  kağızı  doğradım  ki, 

bədənimi  kağız  kimi  doğrasalar  da  heç  kimə 

sirr vermərəm.

47

  



Aydınca  görünür  ki,  bu  bilməcə  uşaqlar 

üçün deyilən tapmaca deyil. 

Lakin bir həqiqəti də bilmək lazımdır ki, 

müəyyən  mərhələdən  sonra  bilməcələr  nə 

qədər  yüksək  mövqe,  səlahiyyət  qazansa  da, 

                                                           

47

 Nurəddin Seyidov. Azərbaycan nağılları haqqında, 



Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, Az.EAN, 

Bakı, 1961, səh.113. 




 

    


179

 

 



onun başlanğıcı tapmacalarla bağlıdı və onun 

ibtidai,  sadə  formaları  üzərində  öz  inkişafını 

təmin  etmişdir.  Hər  halda  bilməcələr  öz 

varlığında tapmaca nüvəsini qoruyub saxlayır. 

Tapmacalar uşaq folkloruna daxil olduğu 

halda, bilməcələr ondan kənardır. Bilməcənin 

fəlsəfi  qatı  dərindədir.  Tapmacalara  xeyli 

yaxın  olan  yanıltmaclar  da  uşaq  folkloruna 

aiddir.  Lakin  yanıltmaclar  da  iki  cür  olur. 

Onun  birincisi,  uşaqların  tələffüzünü  nizama 

salmağa xidmət edir. 

Məsələn: 

Atı min, iti qov, 

İti qov, atı min, 

Atı min, iti qov, 

İti qov, atı min. 

 

Tapmaca  balacaları  sual,  düşüncə 



qarşısında  qoyur,  lakin  yanıtmac  dili  dolaşıb 

sözü  yanlış  deyəni,  yəni  “iti  min,  atı  qov” 

deyəni  gülüş  obyektinə  çevirir.  Bir  də  var  

qüsur  dildə  deyil,  beyində,  şüurdadır.  Belə 

hallarda  beyinlə  dilin,  yəni  nitqin  əlaqəsi 

pozulur,  tələffüzdə  dolaşıqlıq  yaranır.  Elə 

olduqda  uşağın  tələffüzü  ilə  yanaşı,  şüurun 

artması,  düşüncəsinin,  zehninin  yaxşılaş-

masına 

xidmət 


edən 

başqa 


formalı 

yanıltmaclardan  istifadə  olunur.  Tələffüzə 




 

    


180

 

 



xidmət  edən  yanıltmac  iti,  sürətlə  deyildiyi 

halda, 


beyinlə, 

şüurla 


əlaqədar  olan 

yanıltmaclar dialoq, deyişmə şəklində aparılır.  

Tələffüzlə  bağlı  yanıltmac  bir  fərd,  şüurun 

nizama  salınması  ilə  bağlı  yanıltmac  isə  iki 

şəxs tərəfindən icra olunur. Məsələn: 

Birinci şəxs deyir: 

       - Ağaca çıxdım, 

İkinci: -  Mən də, mən də. 

Birinci:   - Armudun dərdim, 

İkinci:   - Mən də, mən də. 

Birinci:      -Armud kal idi, 

İkinci:      -Mən də, mən də. 

 

Əgər ikinci şəxs bir qədər məşqdən sonra 



yetişibsə, cavab verir və ucadan deyir: 

 

-



 

Sən də, sən də. 

     

Lakin  ikinci  şəxs  yenə  də  sözləri 



mexaniki  təkrarlayırsa,  “mən  də,  mən  də” 

deyib  yerində  durursa,  həqiqətən,  gülüş 

obyektinə çevrilir. 

Yanıltmacın  islahedici,  öyrədici  gücü 

doğurduğu    gülüşdədir.  Ətrafdakılar  gülür, 

yanlışlıq  yapan,  səhv  edən  nəyə  güldüklərini 

anlayır,  dərk  edir.  Bundan  sonra  səhv 



 

    


181

 

 



etməməyə,  gülüş  hədəfi  olmamağa  çalışır. 

Yanıltmacların nəzmlə olan hissəsi də çoxdur.  

Məsələn: 

Aşçı Həsən aş asdı, 

Asanda ağlı çaşdı. 

Boz atın, boz torbasın, boş as, başından, 

Islat gətir, yaş as, başından. 

Mil-milit, qapıya kilit, 

Ya bunu tap, ya da burdan it. 

Qara qar yağacaq

Qara gün doğacaq. 

 

Uşaq  folkloru  nümunələri  içərisində 



uşaqların  özlərinə  məxsus  yaradıcılıqları  da 

vardır.  Bunların  çoxu  uşaq  oyunları  zamanı 

söylənən bədii şeir parçalarıdır. Məsələn: 

-Bənövşə 

-Bəndə düşə, 

Bizdən sizə kim düşə? 

 

Bu  səpkili  şeirlər  bu  qəbildəndir. 



Çoxşaxəli,  çoxşəkilli,  rəngarəng  folkloru-

muzun 


sərgilənmiş 

mənzərəsinə  diqqət 

yetirən  yazıçı-alim  Mir  Cəlal  Paşayev  yazır: 

“Xalqın  sözlərinin  tematik  cəhətdən  təsnifatı 

çətindir.  Çünki,  bunların  əksəri  çoxtərəfli, 

çoxcəhətlidir.  Həm  məişəti,  həm  tarixi,  həm 

də  fəlsəfəni,  dil,  ədəbiyyat  məsələlərini  əhatə 



 

    


182

 

 



edir,  mahiyyət  etibarı  ilə  bunların  məzmunu 

həyatdır, mənası həyatın fəlsəfəsidir”

48

. Məhz 


bu baxımdan yanaşdıqda tapmaca, bilməcə və 

minarələrin  sərhədlərini  tam  aydınlaşdırmaq, 

doğrudan-doğruya, xeyli çətinlik törədir. 

Professor Paşa Əfəndiyev tapmacalardan 

bəhs  edərək  yazır:  “Tapmacaya  belə  tərif 

vermək  olar:  tapmaca  insanların  düşüncəsini 

yoxlamaq  məqsədilə  düzəldilən  bu  və  ya 

digər  hadisə  və  əşyanın  poetik  təsviridir”.

49

 

Alim  sözünə  davam  edərək  onu  da  deyir  ki: 



“Xalq  ədəbiyyatımızın  janrları  içərisində  ən 

az  tədqiq  olunan  və  demək  olar  ki,  heç 

öyrənilməyəni tapmacalardır”

50



Nədənsə,  bu  istiqamətdə  olan  tədqi-

qatlarda  tapmaca  ilə  bilməcələr  arasındakı 

fərqə 

diqqət 


yetirilməmişdir. 

Beyində, 

düşüncədə  çeviklik  yaradan,  təbiət  və 

cəmiyyət  haqqında  insanların  anlayışını, 

müfəssəl bilik  və  məlumatlarını  az  bir  zaman 

daxilində  üzə  çıxaran  tapmacaların  folklor 

janrları  içərisində  öz  xüsusi  yeri  vardır. 

Tapmacalarda  hər  hansı  əşyanın,  canlının, 

                                                           

48

 Mir Cəlal. Xalqın idrakının qığılcımları, “Ədəbiyyat və 



incəsənət” qəzeti, 24 aprel, 1976 

49

 Paşa Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı, “MAarif” 



nəşriyyatı, Bakı, 1981, səh 104.  

50

 Yenə orada, səh 104. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə