1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə40/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   36   37   38   39   40   41   42   43   ...   98

 

    


192

 

 



Səndən xəbər alıram, 

Bu daş neçə yaşardı? 

Cavab: 

Düşübdü, ha düşübdü, 



Qəmbər həddə düşübdü. 

Dünya peyda olanda

Bu daş bura düşübdü. 

Başqa bir misal: 

Sual:-Mən aşiq, adı nədir? 

Alovu, odu nədir? 

Çəngi çaxmaq, tükü qov, 

Bu quşun adı nədir? 

 

Cavab:-Aşıq, nə müşgül işdi? 



Bir ocaq yandı, keçdi. 

Çəngi çaxmaq, tükü qov, 

Səməndər adlı quşdur. 

 

Bunlar  sonralar  oğlan-qız  deyişmə-



lərinə  geniş  təkan  vermiş,  onların  inkişafı 

üçün  özül  olmuşdur.  Xalq  ədəbiyyatından 

çeşnilər  alan  Sarı  Aşıq  minarə  deyişmələrin 

bitkin nümunələrini yaratmışdır. Məsələn: 

Qız: 

-Aşıq, bənək-bənəkdir, 



Xalın bənək-bənəkdir, 

Səndən soruşum, aşıq, 

Araz necə sənəkdir? 



 

    


193

 

 



Aşıq: 

-Ay qız,  bənək-bənəkdir, 

Xallar bənək-bənəkdir. 

Çağır Araz dayansın, 

Ölçüm, neçə sənəkdir. 

 

Elə də Kür haqqında: 



 

Sual:-Demə ki, odu, budu, 

Sözümün canı budu. 

Qoy səndən bir soruşum, 

Kür necə batman sudu? 

  *** 


Cavab:-Mən aşiqəm, aş üstə, 

Aş bişirrəm, daş üstə. 

Sən o Kürü əyləsən, 

Mən ölçərəm, baş üstə. 

Və yaxud: 

Sual:-Mən aşiq, beçə verər, 

Sana gör neçə verər

Yarpaqsız ağac bitər, 

Torpaqsız beçə verər. 

 

*** 



Cavab:-Mən aşiq, beçə verər, 

Ucların haça verər, 

O maral buynuzudur, 

Torpaqsız beçə verər. 

 



 

    


194

 

 



Gördüyünüz  kimi,  minarələr  özünə-

məxsus  məzmuna  və  şəkli  xüsusiyyətlərə 

malikdir.  Sarı  Aşığın  bir-birindən  gözəl  və 

təsirli  deyişmələrində  hərbə-zorba  ünsürləri 

də  vardır.  Doğrudur,  aşıq  heç  kəsə  meydan 

oxumur.  Əksinə,  ona  meydan  oxuyurlar. 

Lakin o, sərrast cavabları ilə həmişə üstünlük 

qazanır. 

Azərbaycan  folkloru  antologiyasının 

(İraq-Türkmən  cildində)  Qəzənfər  Paşayev 

bayatı-bağlamalara aid nümunələr vermişdir: 

Lələm elin aşına, 

El toplaşar başına. 

Nə əli, nə ayağı, 

Gedər əkin başına. 

(su) 

Və yaxud: 

Gözəl məndən nar istər, 

Bağım yoxdu, bar istər. 

Əkilməmiş bostanı

58



Toxumsuz xiyar istər. 

(dombalan) 

Başqa bir misal: 

Nədəndi, 

Incili sədəf nədəndi, 

                                                           

58

 Azərbaycan folkloru antologiyası (İraq-Türkmən cildi), 



tərtibçilər f.e.d professor Qəzənfər Paşayev, dr. Əbdüllətif 

Bəndəroğlu, Bakı, 1999, səh 24 




 

    


195

 

 



Bir şüşədə iki löyün süd 

Qarışmayır nədəndi? 



(yumurta) 

 

Doğrudan  da,  folklor  ədəbiyyatın 



özüdür,  canıdır,  havası,  suyu  və  həyatıdır. 

Bitib tükənməyən Azərbaycan folklorunda nə 

yoxdur?!  Dilin  bütün  incəlikləri  atalar 

sözlərində,  tapmacalarda,  bayatılarda,  xalq 

düzgülərində  cilalanır,  gözəlləşir,  könüllər 

oxşayır, insana bədii-estetik zövq verir. 

Azərbaycan 

tapmacaları 

içərisində 

nəzmlə  olanları  daha  çox  maraq  doğurur. 

Tapmacalar  ayrı-ayrı  şeirlərin  əlamətləri 

əsasında  qurulur,  hər  şey  üstü  örtülü  şəkildə 

verilir.  Həmin  əlamətlərin  köməyi  ilə  də 

tapmacanın cavabı tapılır. 

Suda bitər, 

Suda itər. 



(buz) 

Və yaxud: 

Hazar hazara gedər, 

Mehdi bazara gedər, 

Anası üç yaşında, 

Oğlu bazara gedər. 



(üzüm) 

Yanıltmaclar  uşaqların  tələffüzünün, 

nitqinin  inkişafında  nə  qədər  əhəmiyyətli  rol 



 

    


196

 

 



oynayırsa,  tapmacalar  da  onların  fikrinin, 

zehninin 

itiləşməsinə, 

xəyallarının 

qanadlanmasına,  düşüncə  və  biliklərinə  o 

dərəcədə müsbət təsir edir. Kəpənək haqqında 

tapmaca: 

Torpaq deyil, daş deyil, 

Quru deyil, yaş deyil. 

Buynuzu var qoç deyil

Qanadı var quş deyil. 

Arı haqqında: 

Yola xalça döşəlidi, 

Bir anadan yüz oğul

Hamsı bir peşəlidi. 

Kəklik haqqında: 

Dağdan gəlir Banı xanım, 

Əlləri xınalı xanım. 

Dindirirsən fors eyləyir, 

Tükləri tehranı xanım. 

Barama qurdu haqqında: 

Bir quşum var alaca, 

Gedər qonar ağaca. 

Özünə bir ev tikər, 

Nə qapı qoyar, nə baca. 

Üzərlik haqqında: 

Ilim-ilim düyməsi, 

Ilim xatın düyməsi. 

Hər kəs onu tapmasa

Yeddi ilin xəstəsi. 




 

    


197

 

 



Göy, Yer, ulduzlar və Ay haqqında: 

Min minara, 

Dibi qara, 

Yüz min çiçək, 

Bir yarpaq. 

Günəş haqqında: 

Yaxşı gözəldi, hamıya baxır, 

Üzünə baxanı yandırır, yaxır. 

Bulud haqqında: 

Ayağı yoxdu, qaçır, 

Qanadı yoxdu, uçur. 

 

Qafiyəsi,  rədifi  yerində  olan,  avazla 



deyilən ildırım, mancanaq haqqında tapmaca: 

 

Dağdan gəlir, dağ kimi, 



Qolları budaq kimi. 

Əyilir su içməyə, 

Bəyirir oğlaq kimi. 

Göz haqqında: 

Bir güzgüm var qapaqlı, 

Dörd qırağı saçaqlı. 

Qızıl haqqında: 

Əriməz küpə, 

Çürüməz küpə, 

Min il qalsa, 

Çürüməz küpə. 

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə