1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə43/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   39   40   41   42   43   44   45   46   ...   98

 

    


208

 

 



  Dörd şey vardır bir qarındaşa lazım, 

Bir elm, bir kəlam, bir nəfəs

62

 , bir saz. 



 

Şah  İsmayıl  Xətayi  bəzən  qoşmalarını 

“Xəstə  Xətayi”  təxəllüsü  ilə  yazdığına  görə, 

onun  ideyalarını  canla-başla  sevən  Qasım 

“Xəstə 

Qasım” 


təxəllüsü 

ilə 


yazıb 

yaratmışdır.  Şifahi  və  yazılı  poeziyamıza 

dərindən  bələd  olan  Xəstə  Qasım  aşıq 

poeziyasında  telli  sazın  köməyi  ilə  bir-

birindən 

qiymətli 

qoşma-qıfılbəndlər, 

təcnislər,  cığalı  təcnislər  düzüb  qoşmuşdur. 

Bunlar  Azərbaycan  folklorundakı  bağlama-

bayatıların son inkişafının bəhrəsidir. 

Heca  vəznini  ən  yüksək  pilləsinə 

qaldıran aşıq şeiri hər şeydən əvvəl, telli saza 

borcludur.  Məhz,  Ləzgi  Əhmədlə  Xəstə 

Qasım 


da 

dərin 


mündəricəli 

qoşma-


qıfılbəndləri  sazın  möcüzəsi  kimi  meydana 

qoymuşlar. 

Cinaslı  olsa  da,  bayatı  başqa    şeir 

şəklidir,  qoşma  da  bir  başqa.  Bayatılardan 

əlavə,  digər  xalq  şeirlərində  də  ara-sıra 

cinaslara  rast  gəlirik.  Kərkük  folklorundan 

alınmış  bir  şeir  parçasında  cinaslı  misralar 

düzümünə rast gəlirik: 

                                                           

62

 Nəfəs-ilahi ilə, dinlə bağlı qoşmalardır. 




 

    


209

 

 



Baba, bu gün yüz incidir, 

Yüz sədəfə, yüz incidir. 

Əsli sərraf olmayan, 

Zənn edər hər daş incidir. 

Öz qədrini bilməyən

Yolda yoldaşın incidir. 

Dağı-daşı incidir, 

Mən yarı bir incitməm, 

Yar məni yüz incidir

63



Bunların  hamısı 

“gələcək  təcnis 

binalarını qurmaq  üçün  inşaat  materialı”  rolu 

oynamışdır.  Lakin təcnisin  özünü də, qoşma-

qıfılbəndləri  də  saz  yaratmış,  həmin  şeir 

formalarının bölgüləri, heca ölçüləri sazın kök 

və  pərdələri  ilə  əlaqədar  olmuşdur.  Sazın 

pərdələri  aşıq  şeirinin  forma  və  şəkillərini, 

kökləri isə məzmunu  ifadə edir. 

Xəstə 


Qasım  Dağıstanda  türkdilli 

noqayla,  qumuqla  deyişmir,  Ləzgi  Əhmədlə 

deyişir,  çünki  noqaylar  və  qumuqlar  bu  gün 

də  ağac  komuz  (qopuz)  çalğı  alətlərindən 

istifadə  edirlər.  Bu  isə,  meydan  sazını  əvəz 

edə  bilmir.  Qumuq  folklorunda  qoşmadan 

yox, bayatılardan istifadə edirlər: 

 

                                                           



63

 Azərbaycan folkloru antologiyası, (İraq-Türkən cildi), Bakı, 

1999, səh 197 



 

    


210

 

 



Göydə uçur göverçin, 

Yerə düşer den üçün, 

Ben seni sevirim, 

Sen sevirsen kim üçün? 

Cənubi 

Dağıstanda  yaşayan  ləzgi 



aşıqları,  Səid  Köçkurski,  Yetim  Əmin  və 

başqaları 

Azərbaycan 

sazından 

və 

qoşmasından 



istifadə 

etmişlər. 

Özbək, 

türkmən,  uyğur,  qaraqalpaq  dütarları,  qazax 



dombrası  (simli  çalğı  alətləri)  meydan sazına 

çevrilə 


bilməmişdir. 

Aşıq 


şeirini 

şəkilləndirən,  qollu-budaqlı,  çoxçeşidli  edən 

sazın  kök  və  pərdələridir.  Simlər,  pərdələr 

artdıqca sazın imkanları qat-qat artır. 

Sazın  ecazkar  qüdrətindən  istifadə 

edərək  Xəstə  Qasım  cinaslı  bayatıların, 

bağlama-bayatıların  davamı  olan  qoşma-

qıfılbəndlər,  təcnislər  və  cığalı  təcnislər 

yaratmağa  müvəffəq  olmuşdur.  Qoşma 

qıfılbəndlərə nümunə: 

Ləzgi Əhməd: 

O nədir ki, dayanıbdır dayaqsız? 

O nədir ki, boyanıbdır boyaqsız? 

O nədir ki, doğar əlsiz-ayaqsız, 

Üç ay keçər ayağı var, əli var. 

Xəstə Qasım: 

Göy bir çadır dayanıbdır dayaqsız, 

Ayla gündür boyanıbdır boyaqsız. 




 

    


211

 

 



Qurbağalar doğar əlsiz ayaqsız, 

Üç ay keçər ayağı var, əli var. 

 

İkinci bir qıfılbənddən nümunə: 



Ləzgi Əhməd: 

Nə quşdu ildə bir yumurta salar

Onun yumurtası qar üstə qalar

Hansı ölən zaman,hansı sağalar, 

Ona kimlər deyər, dur buradan uç?! 

Xəstə Qasım: 

Simurğ quş ildə bir yumurta salar, 

Onun yumurtası qar üstə qalar, 

Ana ölən zaman, bala sağalar, 

Cəbrayıl deyər ona dur buradan uç. 

Xəstə  Qasımdan  əvvəl  Dirili  Qurbani, 

Tufarqanlı  Abbas  təcnis  yaratmışlar.  Hətta, 

Tufarqanlı  Abbas  “Gözəl  göz  ala”  adlı  cığalı 

təcnisin də ilkin nümunəsini yaratmışdır. 

Lakin  saza-sözə  dərindən  bələd  olan, 

xalqın zəngin folklor yaradıcılığına baş vuran 

Xəstə  Qasım  cığalı  təcnisin  bir-birindən 

mükəmməl  örnəklərini  yaratmışdır.  “Görün-

cə”,  “Üzhaüz”,  “Ay  hayıf,  hayıf”  adlı  cığalı 

təcnisləri buna misal ola bilər. 

Səhər tezdən əzmi gülşən elədim, 

Qəm məni çuğladı, ay hayıf, hayıf! 

Aşıq deyər: ay hayıf, 

Kimlər oldu ay hayıf, 




 

    


212

 

 



Sən ilə mən sevmişdim, 

Ayrı düşdüm ay hayıf. 

Bağban oldum bağ bəslədim çifayda, 

Dərmədim gülünü, ay hayıf-hayıf! 

 

Saz  qoşmaya,  qoşma  da  saza  təsir  edə-



edə  çoxsaylı  saz  havalarının,  rəngarəng 

poeziya  nümunələrinin  yaranmasına  səbəb 

olmuşdur.  “Koroğlu”  kimi  qəhrəmanlıq 

dastanını  saz  yaratmışdır.  Türkdilli  xalqların 

ozanları,  aşıqları,  baxşıları  bu  gün  də  sazı 

bardaş qurub oturduğu yerdə çalıb oxuyurlar. 

Qəhrəmanlıq  havalarını,  cəngiləri  oturub 

çalmaq,  oxumaq  olmaz,  bunlar  döyüş,  

mübarizə    havaları  və  nəğmələridir.  “Misri” 

çalınanda  necə  oturasan?  Onun  sədasında 

qılıncların  cingiltisi,  Koroğlu  nərəsi  var.  Elə 

bil göy şaqqıyır, ildırım çaxır. Şimşəyin alovu 

döyüş  yollarını  işıqlandırır.  Budur,  Azər-

baycan  sazının  möcüzəsi.  Azhecalılıqdan 

çoxhecalılığa  doğru  inkişaf  edən  sazımızın 

yaratdığı  şeir  janrları  kök  və  pərdələrin 

köməyi 

ilə 


qanunauyğun  bir  şəkildə 

biçimlənir, yəni forma və məzmun qazanır. 

Bir  əlində  qılınc,  bir  əlində  saz  tutan 

Koroğlu düşmən üstə gedəndə yerdə və ya bir 

daşın  üstündə  saz  çalardımı?  Yox.  Koroğlu 

əlinə  saz  alıb  meydana  girəndə  şirə-pələngə 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə