1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


    İraq-Kərkük  “Arzu-Qəmbər”ində  həmin  deyişmə bayatı aşağıdakı şəkildədir:  Qəmbər



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə51/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   47   48   49   50   51   52   53   54   ...   98

 

    


249

 

 



İraq-Kərkük 

“Arzu-Qəmbər”ində 

həmin 

deyişmə bayatı aşağıdakı şəkildədir: 



Qəmbər:   

Hannan, Arzum, hannan, 

Məhəbbətü çıxmaz cannan. 

Diz kinüü çəkərək tut

Dabanım doldu qannan. 

Arzunun cavabı: 

Hannan, Qəmbərim, hannan, 

Məhəbbətü çıxmaz cannan, 

Dabanundan gələn qan, 

Gəlsin mənim gözümnən.

81

 



 

Türk  xalqlarının  tələffüzündə,  ifadə 

tərzində  müəyyən  fərqlər  olsa  da,  mətnlərdə, 

əsasən,  məzmun  qalır,  lakin    bənzərsizliklər 

də  göz  önündədir.  Azərbaycan  şeirində 

təkamül  daha  qabarıq  şəkildə  özünü  göstərir 

ki,  bu  hər  şeydən  əvvəl  xalq  şeirinin 

azhecalılıqdan çoxhecalılığa doğru bir inkişaf 

prosesi  keçirdiyini,  yəni  forma  və  şəkillər 

qazandığını  sübut  etməkdədir.  Azərbaycan 

xalq  şeirini hər  şeydən öncə, dilimizin ahəng 

qanunu tənzimləyir. 

                                                           

81

 Arzu-Qəmbər, Kərkük xalq dastanı, toplayanı Əta Tərzibaşı, 



çapa hazırlayanı və redaktoru Qəzənfər Paşayev, “Gənclik”, 

Bakı, 1971, səh.23.  




 

    


250

 

 



Daha 

mükəmməl 

bayatılı  dastan-

larımızdan  biri  də  bayatı  yaradıcısı  Lələnin 

həyat  və  yaradıcılığını  özündə  təcəssüm 

etdirən  “Yaxşı-Yaman”  dastanıdır.  “Yaxşı-

Yaman”  dastanında  on  səkkiz  bayatı  vardır. 

Bu bayatıların çoxu  poetik biçimli, lirik bədii 

parçalardan ibarətdir. Lirik planda: 

Evləri gün aşanda, 

Xalları gün nişanda. 

A Yaxşı, sən də yaxşı, 

Sən handa, Günəş handa? 

Və ya: 

Eləmi, çalma yeri, 

Çal yeri, çalma yeri. 

Günəşin özü gözəl, 

Yaxşının çalma yeri. 

 

Lakin  bəzi  bayatılar  epik  planda  verilir 



və hadisə danışılır: 

Eləmi, ya qar-qar, 

Ötər qarğa, ya qar, qar. 

Yaxşının gül üzünə, 

Utanmazmı, yağar qar.

82

 



 

Bayatılar  hadisəyə,  süjetə  qovuşduqca, 

dastana  çevrildikcə  lirik-epik  istiqamətdə 

                                                           

82

 S.P.Pirsultanlı “Xalqın söz mirvariləri”, səh.50. 




 

    


251

 

 



inkişaf  edir,  yeni  boyalar,  rənglər,  çalarlar 

qəbul edir, bədii-estetik dəyərini artırır.  

Bizim üçün ən maraqlısı odur ki, bayatı 

ustası  Lələnin  adı  İraq-Kərkük  bayatı-

tapmacalarında tez-tez çəkilir: 

Lələm deyər: düz durdum, 

Əgri yatdım, düz durdum. 

Yüz il ər qucağında, 

Gəlin yatdım, qız durdum. 

(Xurma ağacı) 

Və ya: 

Lələm deyər: quş uşdu, 

Uşdu dəryahi keşti. 

Bir ağacda beş alma

İkisinə gün düşdü. 

               (Beş vaxt namaz) 

Dili  bir,  dini  bir,  etnik  xüsusiyyətləri 

bir,  coğrafi  məkana  görə  bir-birindən  ayrı 

olan 

İraq 


türklərinin 

xoryatlarından-

bayatılarından  ürək  dolusu  danışan  hörmətli 

şairimiz  Rəsul  Rza  yazır:  “...bu  gün  Şimali 

İraqda,  Kərkük,  Ərbil,  Mosul  dolaylarında, 

xalq  arasında  məşhur  olan  bəzi  xoryatların-

bayatıların Füzuliyə aid olduğunu söyləyirlər.  

Gülə naz, 

Bülbül eylər gülə naz

Girdim dost bağçasına, 

Ağlayan çox, gülən az. 



 

    


252

 

 



Bu 

xoryatın 

bizdə 

məlum 


olan 

“Əziziyəm,  gülə  naz”  sətri  ilə  başlayan  

bayatıların  azca  dəyişmiş  əkizi  olduğu 

aydındır. Hansı illər, hansı yellər, hansı tellər 

xalq  yaradıcılığının  bu  nadir  incisini  diyar-

diyar 


gəzdirib 

Füzuli 


qürbətgahına 

salmışdır?”.

83

 

İstedadlı şairimiz bu bayatılar sərgisinə 



baxıb  heyran  qalır,  heyrətini  gizlədə  bilmir, 

coşğun  duyğuları  sinəsində  baş  qaldırır, 

qəlbini  təlatümə  gətirir,  şair  ilham  ilə  yazır: 

“Xoryatlar-bayatılar  ən  qısa  formada  ifadə 

olunmuş  insan  duyğusu,  insan  fikridir.  Bu 

forma  yığcamlıqda  Xəyyam  rübailəri  ilə 

rəqabət  edə  bilən  bir  dolğunluğa,  ifadə 

qüvvəsinə malikdir. Onları oxuduqca oxumaq 

istəyirsən.  Düşündükcə  düşünürsən.  Şirini 

var, acısı var”.

84

 

Niyə  məhz  Rəsul  Rza  bayatıları 



rübailərlə yanaşı tutur?  Məlumdur ki, rübailər 

də  bayatı  kimi  qafiyələnir.  Burada  da 

rübailərin  birinci,  ikinci,  dördüncü  misraları 

həmqafiyə  olur,  üçüncü  misrası  isə  sərbəst 

qalır. 

                                                           



83

 Rəsul Rza. Mənim fikrimcə (məqalələr), Uzaq ellərin yaxın 

töhfələri, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1967, səh.51 

84

 Rəsul Rzanın göstərilən əsəri, səh.58-59. 




 

    


253

 

 



Rübailər,  tuyuqlar  bu  şəkildə  qafiyə-

lənsələr  də,  onlar,  əsasən,  əruz  vəznində 

olurlar.  Bəzi  tədqiqatçılar  tuyuqları  heca 

vəzninə aid edirlər, lakin belə deyil. 

Qazi 

Bürhanəddində 



(XIII 

əsr), 


Nəbatidə  (XIX  əsr)  gördüyümüz  tuyuqlar 

əruzun  müəyyən  bəhrlərində  yaradılmışdır. 

Mən  bu  qədər  axtarışlarım  zamanı  xalqın 

əzbərində, 

ağız 

ədəbiyyatında, 



xalq 

poeziyasında  tuyuqlara  rast  gəlməmişəm. 

Lakin  bir-birindən  qiymətli  rübailərə  rast 

gəlmişəm. 

Məsələn: 

Pərvanə özünü oda yandırar, 

Günəş göl qurudar, ada yandırar. 

Günəşdən istidir qucağın, ana, 

Fəqət nə qaraldar, nə də yandırar. 

Və yaxud: 

Sevgim zər üzükdə dürr qaşa bənzər

Sevib seçən könlüm nəqqaşa bənzər. 

Sevgisiz, duyğusuz, yarsız bir insan

Üstə yovşan bitmiş bir daşa bənzər. 

 

Bayatı 


ilə 

rübailəri 

bir-birindən 

fərqləndirən  misralardakı  hecaların  sayıdır. 

Bayatı  misralarında  hecaların  sayı  yeddi, 

rübainin  misralarında  isə  hecaların  sayı  on 

birdir.  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə