1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə49/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   45   46   47   48   49   50   51   52   ...   98

 

    


239

 

 



“Hava”  sevda  mənasında  olduğundan  əlavə, 

hadisəyə  bir  incəlik  verir,  ikinci  bir  məna 

kəsb  edir.  Bülbül  yarının  qoxusunu  havadan 

almışdır. Bülbül, “hələ qış idi, gəldi”. Hələ bu 

söz nə yeni, nə də dərin məna ilə dolu sözdü. 

Lakin  burada,  belə  bir  yerdə  onun  necə 

işləndiyinə  diqqət  verin!  Görün  dörd  səsdən 

yaranmış  bir  söz  nələr  ifadə  edə  bilər.  Bir 

anlığa “hələ” sözünü burdan götürün. “Qış idi 

gəldi”.  Amma,  qışda  bülbül  gəlməz.  Onun 

gülə  olan  məhəbbəti  nə  qədər  böyükdür  ki, 

bülbülü qışda gəlməyə məcbur etmişdir.

77

 

Heca  vəznli  Azərbaycan  xalq  şeiri 



bayatılarımızın timsalında özünü təsdiq etmiş, 

bayatının lirik növə daxil olan bir janr kimi nə 

qədər  böyük  bədii  imkanlara  malik  olduğunu 

əyani  şəkildə  göstərmişdir.  Bayatı  kiçik  lirik 

şeirdir.  Lakin  bu  lirik  şeir  öz  bədii 

imkanlarına  malik  olduğunu  əyani  şəkildə 

göstərmişdir.  Öz  bədii  tutumu,  məzmunu, 

lirizmi,  emosionallığı  və  estetik  gücü  ilə 

Azərbaycan    xalq  şeir  nümunələri  içərisində 

möcüzələr  yaratmışdır.  Bayatı  bir  söz-termin 

kimi  həm  “köhnə,  boyat”    kəlməsi  ilə 

əlaqələndirilmiş,  həm  totem  adı  kimi 

                                                           

77

 İraq-Kərkük bayatıları, Bakı, “Yazıçı”, 1984, müqəddimə 



yazanı Rəsul Rza- “Uzaq ellərin yaxın təhfələri 


 

    


240

 

 



mənalandırılmış  (Mahmud  Kaşğari),  həm  də 

Oğuz  xanın  nəvəsi,    Gün  xanın  ikinci  oğlu 

Boyatın,  sonralar  isə  əski  azərbaycanlıların 

soy  kökündə  əhəmiyyətli  rol  oynamış  eyni 

adlı  qəbilə,  tayfa,  elin  adı  ilə  bağlanmışdır. 

(Salman  Mümtaz).  Bayatıların  ən  qədim 

növlərindən  olan  Saya  isə,  eyni  zamanda,  el 

nəğməkarı, aşığın əcdadı, ulu babası sayılmış, 

bu  ifaçı-sənətkar  bir  çox  soylar,  boylar, 

dastanların 

yaradıcısı, 

müəllifi 

kimi 

dəyərləndirilmişdir.



78

 

Hazırda  Azərbaycanın Ağdam, Ucar və 



Şamaxı  rayonlarında,  eləcə  də  Dərbənddə 

Boyat  adlı  kəndlərin  mövcud  olması  da  bu 

fikrr həqiqətə yaxınlaşdırır. 

 

İnsanın qüdrəti 

Əzizim, qurud aşı, 

Yeməyə qurud aşı. 

İnsanın könlü olsa, 

Göyərdər quru daşı. 

 

Gözəlin təsviri 

Əzizim, səksəndi gün, 

Ay doğdu, səksəndi gün. 

                                                           

78

 İraq-Kərkük bayatıları, Bakı, “Yazıçı”, 1984, müqəddimə 



yazanı Rəsul Rza- “Uzaq ellərin yaxın töhfələri”, səh.16-17. 


 

    


241

 

 



Camalın bədirləndi, 

Ay doğdu, səksəndi gün. 

 

Bayatı-yanıltmac 

Əzizim, kimsə yada, 

Tor qurub kim səyyada? 

Nə kimin kimsəsiyəm, 

Nə salır kimsə yada. 

 

*** 



Mən aşiqəm azalmaz, 

Xotkar payı az olmaz. 

Aşıq bir şam görübdü

Yanar, yağı azalmaz. 

 

Oxşama 

Söyüdün göyü balam, 

Dibinin şöyü balam. 

Boyunda gözüm qaldı, 

Tez ol, bir böyü balam. 

 

Getdikcə  bayatıların  quruluşunda  bir 



mürəkkəblik  özünü  göstərir.  Elə  laylaların 

özündə  nəqarətin  əlavəsi  ilə  misraların  sayı 

artır, bayatının yeni bir şəkli-laylalar meydana 

çıxır. Məsələn: 

 

Ay belə tək-tək doğar, 



Gün belə tək-tək doğar. 


 

    


242

 

 



Sənin kimi oğulu, 

Analar tək-tək doğar. 

Laylay, balam, a laylay, 

Laylay, gülüm, a laylay. 

 

“Haxışta”  sözünün  əlavəsi  ilə,  rəqslə 



bağlı  bayatının  əsasında  yeni  şeir  forması 

yaranmışdır.  Bayatı    janrının  yeni  bir  qolu 

olan  “Haxıştalar”  bilavasitə  rəqslə-oyunla 

bağlı şəkildə meydana çıxmışdır: 

Yoldakı quş üzümü, haxışta, 

Yola dikdim gözümü, haxışta. 

Gözlərəm, yarım gəlməz, 

Öldürərəm özümü, haxışta. 

 

“Ay  gülüm  ey”də  rəqslə-oyunla  bağlı 



şəkildə, həm də “haxışta”lardan fərqli şəkildə 

formalaşmışdır. Məsələn: 

Arxalığın dizdən yar, 

Gülüm ey, ay gülüm ey. 

Gəl qapıda gizlən yar, 

Gülüm ey, ay gülüm ey. 

Anam sənə nə dedi? 

Ayaq kəsdin bizdən, yar. 

Gülüm ey, ay gülüm ey. 

 

Bayatı lirik janrdır. Lakin bayatıların da 



epik şəklinə rast gəlirik. 


 

    


243

 

 



 

Mən aşiqəm, don qara, 

Qofta yaşıl, don qara. 

Ay Allah, sənə qurban, 

Yaxşını yaxşıya yaz, 

Donqarı da donqara. 

 

Heca  vəzninin  bayatı  möcüzəsi  təkcə 



bunlar  deyil.  Heca  vəzninin  bayatı  möcüzəsi 

neçə-neçə  bayatılı  hekayət  və  dastanlar 

yaratmışdır.  Bayatılı  hekayətlərdən  bir 

nümunə: 


İki  dost  olur.  Bunlar  küçədə-bayırda 

görüşürlər. Bir gün bunlardan biri arvadını və 

yeniyetmə  oğlunu  götürüb  dostunun  evinə 

qonaq gedir. Dostunun özü və ailəsi qonaqları 

mehribanlıqla 

qarşılayır.  Onların  gəlişi 

münasibətilə  ev  sahibəsi  çilov  hazırlayır. 

Xörək  qabağa  gəlir.  Adamlar  əllərini  çilova 

atırlar.  Elə  bu  vaxt  ev  sahibinin  qızı  qapıdan 

içəri daxil olur. Oğlan həyəcanlanır, özünü ələ 

ala bilmir, bədahətən deyir: 

Əzizinəm, çilovlar, 

Çil kəkliklər, çil ovlar, 

Gözə tərlan göründü, 

Əldə qaldı çilovlar. 

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə