1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə57/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   53   54   55   56   57   58   59   60   ...   98

 

    


276

 

 



Bunlardan 

kədərli 


“Məclis 

divanisi”nin  həm  də  “Şah  Xətai  divanisi”, 

“Meydan  divanisi”nin  isə  eyni  zamanda 

“Osmanlı  divanisi”  adlanmaları  da  bizim 

ehtimalımızı nisbətən qüvvətləndirir. 

Ustad 


aşıqların 

deməsinə 

görə 

“Osmanlı  divanisi”  saz  havasını  XIX  əsrin 



görkəmli  el  sənətkarı  Göyçəli  Aşıq  Alı 

Türkiyə səfəri zamanı orada öyrənmiş və geri 

qayıtdıqdan  sonra  azəri  aşıqları  arasında 

yaymışdır  ki,  bu  da  bizim  fikrimizə  uyğun 

gəlir. 

Qurbaninin  ilk  divani  şeir  nümunəsi 



kimi  tanıdığımız  “Ola”  rədifli  divanisi  də 

yasla,  matəmlə  əlaqədar  olduğu  üçün  sazın 

“Baş  divani”  pərdəsinin  tələblərinə  uyğun 

yazılmışdır.  

Bəzən  əslində  çox  nikbin  əhval-

ruhiyyəli, lakin saza, onun kök və pərdələrinə 

bələd  olan  sənətkarlar  öz  yaradıcılıqlarını 

rəngarəng  etmək  üçün  kədərli  şeirlər  də 

yazmışlar.  Çünki,  onlardan  məclislərdə  həm 

“Ayaq  divani”  havası  ilə  oxunan,  həm  də 

“Baş  divani”  havası  ilə  oxunan  şeirlər  tələb 

olunurmuş.  İfaçı  aşıq  da  sazının  ahəngini  və 

oxuduğu  şeiri  dəyişərək  eyni  məclisdə  həm 

kədər,  həm  də  sevinc  doğuran  havalar  çalır, 

mahnılar  oxuyurmuş.  Başqa  sözlə  deyilsə, 



 

    


277

 

 



“Baş divani” özünə uyğun, “Ayaq divani” də 

özünə  uyğun  şeir  tələb  edir,  yaxud  əksinə, 

yəni  hər  pərdənin  öz  şeiri,  hər  şeirin  öz 

pərdəsi  vardır.  Şux,  oynaq  divanini  “Baş 

divani”,  dərdli,  kədərli  divanini  isə  “Ayaq 

divani” havasında oxumaq olmaz. 

XVI-XVII əsrlərdə Koroğlu qoşmaları 

aşıq  poeziyasına  döyüşkənlik,  mübarizlik 

ruhu  gətirmiş,  onu  dağ  çeşmələrinin  suyu 

kimi 


durultmuş, 

ümumiyyətlə, 

aşıq 

poeziyasında 



qəhrəmanlıq 

motivlərini 

gücləndirmişdir. 

Xalq 


qəhrəmanlarının, 

eləcə  də 

məhəbbət  aşiqlərinin  könül  arzularını  daha 

təsirli  bir  şəkildə  ifadə  etmək,  səslərini  daha 

ucalara qaldırmaq və uzaqlara çatdırmaq üçün 

Koroğlu  və  Kərəm  qoşmalarının  bəndləri 

arasında münasib bayatılardan da çox istifadə 

edilmişdir.  Belə  bayatılar  öz  növbələrində 

qoşmaların  ana  xətti  ilə  birləşərək,  qoşma 

cığalarına  çevrilmişlər.  Bizcə,  Koroğlunun 

aşağıdakı  cığalı  qoşması    fikrimizi  təsdiq 

üçün əsas ola bilər: 

 

Yığılsa məxluqat, qurulsa məhşər, 



İsrafil surunu çala qoymaram. 

Çəkərəm qılıncı, girrəm meydana, 

Uçurdaram, burda qala qoymaram. 



 

    


278

 

 



 

 

*** 



Mən aşıq təhlədənəm, 

Tək evli Təhlədənəm. 

Arasbar tərlanıyam, 

 

Sonalar təhlədənəm. 



 

 

*** 



Xəbər olsun Bayazidin  elinə

Düşməmisiz mən dəlinin felinə. 

Hoy deyib minərəm Qırat belinə, 

Bu qisası Rüstəm Zala qoymaram. 

 

 

*** 



Mən aşiq ləngəridi, 

Gəmidi, ləngəridi. 

Çox bilib, az danışmaq, 

İyidin ləngəridi. 

 

 

*** 



Bir iyid ki, atasından var ola, 

Tülək tərlan qürbət eldə sar ola, 

Bayaziddə neçə gözəl var ola, 

Aya aparmasan, ilə qoymaram. 

 

 

*** 



Əzizim, ordu bada, 

Salmasdan Ordubada, 

Sərkərdə qoçaq olsa, 

Heç verməz ordu bada. 

 

 

*** 



Badələr içmişəm, hələ sərxoşam, 

Qorx o gündən ki, qaynayam, coşam, 




 

    


279

 

 



Tüləklər sındıran bir tərlan quşam

Ovlaram yuvalar, bala qoymaram. 

 

 

*** 



Mən aşiq ovun ovlar, 

Gözlərin ovun ovlar, 

Alvızdan qalxan tərlan, 

Murğuzda ovun ovlar. 

 

 

*** 



Qırram qayaları, yıxaram dağı, 

Xanlar zəhər içər, sultanlar ağı, 

Çənlibeldir qoç Koroğlu oylağı, 

Şah da gəlsə, Çənlibelə qoymaram. 

 

 

*** 



Mən aşığam şonqara, 

Şikar gərək şonqara

Cik-cik deyən sərçələr, 

Neylər şahin-şonqara? 

 

Qoşma  və  gəraylıların,  təcnis  və 



müxəmməslərin 

cığaları  sazın  tələbləri 

əsasında,  daha  doğrusu,  şeirin  yeni  şəkilləri, 

aşıqların axtarıb tapdıqları yeni-yeni ifa tərzi, 

ifa  üsulları  ilə  əlaqədar  olaraq  meydana 

gəlmişdir. 

Telli  saz  da  Misri  qılıncla  bərabər 

Koroğluya  kömək  etmiş,  onunla  döyüş 

meydanlarına  getmiş,  öz  coşğun  sədasilə 

qəhrəmanları 

vəcdə 

gətirmiş, 



onların 


 

    


280

 

 



dodaqlarından  söz  almış,  onu  öz  tellərilə 

həmahəng  edib,  yeni  musiqi  melodiyaları 

yaratmaq imkanı əldə etmişdir. 

Koroğlu  şeirləri  ilə  əlaqəli  yaranmış 

cəngi  havaları  saza  xüsusi  bir  ahəng 

gətirmişdir.  Hətta,  həmin  əsrdə  Koroğlunun 

zildə  oxunan  şeirləri,  cəngi  havaları  sazın 

qoluna  Ayaq  pərdə  deyilən  bir  pərdə  də 

bağlamışdır. “Bəlkə də zaman gəlib keçdikcə 

Koroğlunun  bu  və  ya  digər  hərbi    məharəti 

unudulacaqdır.  Lakin  şair  Koroğlunun  bu 

qızıl  sözləri  xalqımızın  sinəsində  nəsildən-

nəsilə keçib yaşayacaq, özünə daha parlaq bir 

gələcək qazanacaqdır”.

98

 

Bu  obrazlı  fikir  təkcə  deyilişinə  görə 



yox,  həm  də  tarixi  həqiqətə,  gerçəkliyə 

əsaslandığı  üçün  gözəldir.  Xalq  şairimiz 

S.Vurğunu  həyatı  boyu  aşıq  poeziyasına 

qırılmaz  tellərlə  bağlayan  da  bu  inam  idi. 

Onda  bu  böyük  və  yenilməz  inamı  aşıq 

poeziyasının  ölməz  abidələri  olan  “Kitabi-

Dədə  Qorqud”,  “Koroğlu”,  “Əsli-Kərəm”  və 

başqa  dastanlarımız  yaratmışdı.  Qəhrəman-

ların özləri, onların şan-şöhrətləri, unudulmaz 

igidlikləri də bu abidələrdə yaşamırmı? 

                                                           

98

 S. Vurğun, Azərbaycan ədəbiyyatı haqqında, “Ədəbiyyat və 



incəsənət” qəzeti, 1943-cü il, 21 oktyabr. 

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə