1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə56/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   52   53   54   55   56   57   58   59   ...   98

 

    


271

 

 



şiə 

görüşlərinin 

təsiri 

gündən-günə 



qüvvətlənirdi... 

Xətai adına saz havası və xüsusi qoşma 

şəkli  (divani  şeir  janrı-  S.P.Pirsultanlı) 

meydana  çıxmışdır.  Hətta,  Xətainin  əruz 

vəznində  yazdığı  qəzəllər  də  saz  havalarına 

uyğunlaşdırılaraq aşıqlar tərəfindən oxunurdu. 

 

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini, 



Ya İlahi, sən bilirsən günahkaram doğrusu- 

 

beyti    ilə  bitən  qəzəli  aşıqlar  son  zamanlara 



qədər ustadnamələr sırasında oxuyurdular”.

97

 



Bizcə,  elə  həmin  dövrdə,  yəni  XVI 

əsrin bu illərində sazla yoldaşlıq edən qəzəllər 

əsasında  aşıq  poeziyasının    divani  forması 

yaranmışdır: 

Fələk, sənlə əlləşməyə, bir belə meydan ola

Tut əlimi, fürsət sənin, lütf ilə ehsan ola. 

Getmiş idim mürşüdümə, dərdimə dərman qıla, 

Mən nə bilim, mən gəlincə, xak ilə yeksan ola. 

 

 

 



*** 

Kölgəsində zülflərinin bir zaman yatmaq gərək

Tabutu sərv ağacından, kəfəni yarpaq gərək. 

Tez yuyun, tez götürün ki,  

mənzilə çatmaq gərək, 

Bari-ilham, necə qıydın, bir belə canan ölə. 

                                                           

97

 H.Araslı, Aşıq yaradıcılığı, Bakı, 1960, səh.33-34. 




 

    


272

 

 



 

 

 



*** 

Bir gülü ki, dərəmmirsən, dərib xəndan eyləmə! 

Bir könlü ki, hörəmmirsən, yıxıb viran eyləmə! 

Haqq-təaladan səda gəldi: Qurbani, qəm eyləmə! 

Qorxum budur:bu gün burda çoxları peşman ola! 

 

Aşıq poeziyası yazılı poeziya ilə bu və 



ya  digər  şəkildə  əlaqədə  olsa  da,  öz  təbiəti 

etibarı  ilə  şifahi  xalq  poeziyasına  daha 

yaxındır. 

Şifahi  xalq  poeziyasından  saza  gələn 

yeddihecalı  bayatı,  yaxud  səkkizhecalı  xalq 

mahnıları,  eləcə  də,  on  bir  hecalı  şeirlər  öz 

şəkillərini  olduğu  kimi  saxladıqları  halda, 

yazılı poeziyadan gələn şeirlər öz quruluşunu 

bəzən  tamamilə,  bəzən  də  qismən  dəyişir, 

sazın  kök  və  pərdələrinin  təsiri  ilə  yeni 

formalar alır. 

Yazılı  poeziyamızın  qəzəl  janrı 

əsasında  formalaşan  divani  şeirləri  də  sazla 

ünsiyyətdə,  yəni  sazda  ifa  olunduqda  əvvəlki 

şəklini  itirməli  olur.  Başqa  şəkildə  deyilsə, 

misralar  saza  gələndə  sınır,  hər  misra  bir 

beytə  çevrilir.  15  hecalı  divaninin  hər 

beytində  misranın  biri  8,  o  biri  7  hecalı  olur. 

Məsələn: 

Fələk, sənlə əlləşməyə, 

Bir belə meydan ola. 



 

    


273

 

 



Tut əlimi, fürsət sənin, 

Lütf ilə ehsan ola. 

 

*** 


            Getmiş idim mürşüdümə

Dərdimə dərman qıla. 

Mən nə bilim, mən gəlincə, 

Xak ilə yeksan ola. 

 

*** 


Kölgəsində zülflərinin, 

Bir zaman yatmaq gərək, 

Tabutu sərv ağacından, 

Kəfəni yarpaq gərək. 

 

*** 


Tez yuyun, tez götürün ki, 

Mənzilə çatmaq gərək. 

Bari- İlahim, necə qıydın, 

Bir belə canan  ölə. 

 

*** 


Bir gülü ki, dərəmmirsən, 

Dərib xəndan eyləmə! 

Bir könlü ki, hörəmmirsən, 

Yıxıb viran eyləmə! 

 

*** 


Haqq-təaladan səda gəldi: 

Qurbani, qəm eyləmə, 

Qorxum budur: bu gün burda 

Çoxları peşman ola! 

 



 

    


274

 

 



Bunun  sirri  və  səbəbi  ondadır  ki, 

qəzələ  bağlı  olan  tar  15-16  heca  ölçüsündə, 

qoşmaya bağlı olan saz isə 11 heca ölçüsündə 

düzəldilmişdir.  Aşıq  şeirini  sazın  kök  və 

pərdələri  formalaşdırır,  sənət  süzgəcindən 

keçirir  və  bundan  sonra  ümumi  yaradıcılığa 

daxil edir. 

Divani  şeiri  “Baş  divani”  və  “Ayaq 

divani”  kimi  musiqi  havalarının  yaranmasına 

səbəb olduğu kimi, sazın qoluna da, kədər və 

sevinc  duyğularını  ifadə  edən  iki  pərdə 

bağlamışdır. 

Şah  pərdə  sazın  qolunda  bütün 

pərdələrin  mərkəzindədir.  Kədər  ifadə  edən 

Divani  pərdəsi  Şah  pərdədən  yuxarıda,  yəni 

başda,  sevinc  ifadə  edən  Divani  pərdəsi  isə 

Şah 

pərdədən 



aşağıda, 

yəni 


ayaqda 

bağlanmışdır. Buna görə də birincinin pərdəsi 

başda  bağlandığı  üçün  Baş  divani,  ikincinin 

pərdəsi  ayaqda  bağlandığı  üçün  Ayaq  divani 

adlandırılmışdır.  Çox  maraqlı  və  tamamilə 

qanunauyğun  haldır  ki,  Baş  divaninin,  Ayaq 

divaninin şeirləri də öz pərdələrinə, öz əhvali-

ruhiyyəsinə  uyğun  olur.  Yəni  Baş  divaninin 

şeiri kədərli, Ayaq divaninin şeiri isə sevincli, 

fərəhli  olur.  Yaxud  əksinə:  kədərli  divanilər 

baş  pərdədə,  şux  divanilər  isə  ayaq  pərdədə 

çalınır. 




 

    


275

 

 



Çox maraqlıdır ki, divani pərdələrinin 

və saz havalarının hər birinin dörd adı vardır: 

“Baş divani”nin ikinci adı “Şərxətai”, üçüncü 

adı  “Qurbani”,  dördüncü  adı  isə  “Məclis 

divanisi”dir.  “Ayaq  divani”nin  ikinci  adı 

“Osmanlı  divanisi”,  üçüncü  adı  “Gövhəri”, 

dördüncü  adı  isə  “Meydan  divanisi”dir.  Elə 

bil  ki,  bu  adlar  müəyyən  bir  tarixi  sirri 

gələcək  nəsillərə  danışmaq,  demək  üçün  belə 

sıralanmış,  zəncir  kimi  bir-birinə  bağlan-

mışlar. 

“Baş  divani”nin  ikinci  adı,  yəni 

“Şərxətai “sözü bizcə əslində Şah Xətai imiş. 

Əsrlərdən  bəri  bu  adla  yaşayan  havanın  nə 

üçün  belə  adlandırıldığının  fərqinə  varmayan 

aşıqlar  sadəcə  olaraq  onu  bu  şəkildə  təhrif 

etmişlər.  Bizcə,  bu  divanilərin  hər  ikisi,  öz 

mətnləri  və  saz  havaları  ilə  birlikdə  eyni 

dövrdə, yəni Türkiyə ilə Azərbaycan arasında 

1514-cü  il  Çaldıran  müharibəsinin  axırında 

yaranmışdır. 

“Məclis  divanisi”  çalınanda  onun 

ahəngində dərin bir kədər, “Meydan divanisi” 

çalınanda  isə  ahəngində  coşğun  bir  sevinc, 

şadlıq duyulur. Bu isə  o dövrün  vəziyyəti  ilə 

çox uyğundur. Yəqin ki, məğlub olan tərəf öz 

sazında kədər mahnıları, qalib tərəf isə sevinc 

mahnıları çalıb-oxuyurmuş. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə