1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə58/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   54   55   56   57   58   59   60   61   ...   98

 

    


281

 

 



XVI-XVII əsrlərdə, daha doğrusu, Şah 

İsmayıl Xətai və Koroğlu zamanında saza çox 

böyük  üstünlük  verilmişdir.  XVII  əsrdə  bu 

meyl,  demək  olar  ki,  bir  az  da  güclənmiş  və 

ictimai  xarakter  almışdır.  Hətta  bu  əsrdə 

eposdan  göründüyü  kimi  Koroğlu  kimi 

qəhrəmanlar  sazdan  ötrü  “məəttəl”  qalırmış, 

Çənlibeldən  gəlib  usta  sorağına    düşürmüş, 

elə  ki,    yaxşı    bir  usta  tapdı,  “ona  usta  qulun 

ollam, al düzəlt sazı!”da deyirmiş: 

 

Çənlibeldən səni deyib gəlmişəm, 



Usta qulun ollam, al düzəlt sazı! 

Qırılıbdı sazım, mətəl qalmışam, 

Usta qulun ollam, al düzəlt sazı! 

 

Hətta,  saz  düzəldib  gələnə  qədər 



qoşun Çənlibelin düzünə çıxıb Koroğlunun və 

onun sazının səsini gözləyirmiş: 

 

Qoşun çıxdı Çənlibelin düzünə, 



Qurban olum şagirdinin gözünə. 

Xırda sədəf doğra sazın  üzünə, 

Usta, qulun ollam, al düzəlt sazı!

99

 



 

                                                           

99

 “Koroğlu”, Bakı, 1959, səh.220-221. 




 

    


282

 

 



Tufarqanlı  Abbas  da  həmən  əsrdə 

təxminən  yaxın  bir  tərzdə  ustaya  müraciət 

etmişdir: 

 

Usta, məni gözlərinə fəda qıl, 



Səndən saz istərəm, amma saz ola. 

Dindirəndə imran dillə danışa, 

Şeyda bülbüllər tək xoş avaz ola. 

 

Lakin Tufarqanlı Abbasın bu şeirindən 



anlaşılır  ki,  o  əsrdə  “şeyda  bülbüllər  tək  xoş 

avaz”la  ötən,  daha  doğrusu,  qoluna  təzə 

pərdələr bağlanmış sazları düzəldən ustalar da 

tək-tək tapılırmış: 

 

Yamanı yamana, yaxşını mərdə, 



Tərifini edim hər düşən yerdə. 

Dolaşmaya simlər, vurmaya pərdə, 

Gözəllər tək onda işvə-naz ola.  

 

Simləri  dolaşmayan,  pərdələri  vurma-



yan  sazların  qiyməti  isə  adi  sazlardan  baha 

olurmuş: 

 

Qiyəmətin soruşsan tamam on tümən, 



Nə ondan çox ola, nə də az ola. 

 



 

    


283

 

 



Tufarqanlı  Abbas    öz  parlaq 

istedadının,  zəngin  həyat  müşahidələrinin 

gücü 

ilə, 


qüdrəti 

ilə 


yaratdığı  geniş 

mündəricəli, 

hikmətli 

qoşmalarla 

aşıq 

poeziyamıza yeni məna dərinliyi gətirmişdir: 



 

Ulğun coşa gəlsə, köpük yağ olmaz, 

Söyüd bar gətirsə, bağça-bağ  olmaz. 

Zibil təpə olmaz, küllük dağ olmaz, 

Yel əsəndə alçaqlara endirər. 

 

 



*** 

Abbas  bu sözləri deyər sərinnən, 

Arxı qazın, suyu gəlsin dərinnən. 

El bir olsa, dağ oynadar yerinnən, 

Söz bir olsa, zərbi kərən sındırar.

100


 

 

Bizcə,  Sarı  Aşığın  yaratdığı,  hətta, 



bəlkə  də  kəşf  etdiyi  cinas  qafiyələr  öz 

dövründə 

və 

özündən 


sonrakı 

aşıq 


ədəbiyyatımızda 

təcnis 


yaradıcılığının 

inkişafında  mühüm  rol  oynamışdır.  Gələcək 

təcnis binalarını tikmək üçün Sarı Aşıq mahir 

bir  sənətkar  kimi  cinasdan  tağ  daşları 

yonmuşdur. 

Mən aşığam bağdadı, 

Sona, meylin bağdadı. 

                                                           

100

 Azərbaycan dastanları, II cild, Bakı, 1966, səh.145. 




 

    


284

 

 



Getməz bülbül sərindən

Gül sevdası, bağ dadı.

101

 

 



Və yaxud: 

 

Aşığam su dayandı, 



Sel gəldi, su dayandı. 

Özümü suya vurdum, 

Odumdan su da yandı.

102


 

 

Lakin  o,  bu  tağ  daşlarından  istifadə 



edib 

öz 


təcnis 

binalarını  tam  qura 

bilməmişdir. 

Bayatılarında sevgi, məhəbbət, hicran, 

vüsal  həsrəti  ifadə  olunmuş  bu  istedadlı 

sənətkarın  olduqca  az  yaşadığı  aydın  hiss 

olunur.  Aşıqlar  axtardıqları  cinasları  çox 

zaman onun şeir xəzinəsində hazır tapmışlar: 

Mən aşıq, oda para, 

Ay doğdu o da para. 

Varmı bir odu sönmüş, 

Canımdan od apara.

103

 

 



Sarı  Aşığın  özünəməxsus  bir  ustalıqla 

yaratdığı  cinas  qafiyəli  bayatılar  yeni 

                                                           

101


 Sarı Aşıq, toplayanı və tərtib edəni Əhliman Axundov, Bakı, 

1966, səh.57. 

102

 Yenə orada, səh.29. 



103

 Sarı Aşıq, Bakı, 1966, səh.51. 




 

    


285

 

 



təşbehlərlə  elə  gözəl  bəzənmişdir  ki,  istər-

istəməz insanı təsirsiz buraxmır. 

Bizcə,  bundan  sonra  sənət  meydanına 

gəlmiş  Xəstə  Qasım  bu  zəngin  xəzinədən 

istifadə  yolu  ilə  təcnisin  yeni  binalarını 

qurmağa başlamışdır: 

Lazım olur yoxsul üçün bircə mal, 

Laf eyləmə, var saqidən bir cəm al. 

Leyli, göstər mən Məcnuna bir camal

Leysan çeşmim məni eylər sənə mal.

104

 

 



Başqa bir misal: 

Xəstə könlüm yar bəsləmiş, həm dərdi, 

Dərd bilməzə demək olmaz həm dərdi. 

Bir iyidin yaxşı olsa həmdərdi, 

Qışı nurdur, yazı nurdur, yayı nur.

105


 

 

Bu istedadlı sənətkar cığalı təcnisin də 



ilk nümunələrini yarada bilmişdir: 

 

Həqiqət bəhrində qəvvasam deyən, 



Qəvvas isən gir dəryaya üzhaüz. 

Aşıq deyər, üzhaüz, 

Sonam göldə üzhaüz. 

Qarı düşmən dost olmaz, 

Yalvarasan üzhaüz. 

                                                           

104

 Aşıqlar, I hissə, Bakı, 1938, səh.130. 



105

 Aşıqlar, I hissə, Bakı, 1937, səh. 129. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə