1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə60/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   56   57   58   59   60   61   62   63   ...   98

 

    


291

 

 



yaratdığı  cığalı  şeirə  və  müstəzada  sazın 

yarım  (lal)  pərdələri  ilə  danışan  pərdələri 

arasında münasib yer axtarıb tapmışdır. 

Xəstə  Qasımın  “qızıl  cildli  kitabı”nı 

əldə  edə  bilməsək  də,  biz  onun  zehinlərə, 

şüurlara  və  sinələrə  yazılmış  qızıl  kitabının 

qızıl səhifələri ilə, qızıl sözləri ilə az-çox tanış 

ola bilmişik. 

Xəstə  Qasımın  yaratdığı  gözəl  sənət 

inciləri, 

yəni 

təcnislər, 



qıfılbəndlər, 

ustadnamələr və s. onun aşıq yaradıcılığındakı 

ədəbi mövqeyini düzgün müəyyənləşdirməyə, 

istedadlı  bir  sənətkar  olduğunu  söyləməyə 

haqq verir.  

Xəstə  Qasım  öz  ədəbi  mövqeyinə  görə 

aşıq  poeziyasının  ana  xəttində  özünə  elə  bir 

yer seçib dayanmışdır ki, ondan sonra bu yol 

ilə  gələn  heç  bir  böyük  sənətkar  onun 

təsirindən kənarda qala bilməmişdir. 

Xəstə Qasım aşıq yaradıcılığına yenilik 

gətirmək,  onu  bədii  və  şəkli  cəhətdən 

zənginləşdirmək 

məqsədi 


ilə 

bütün 


qaynaqlara  baş  vurmuş  və  hər  sərseçmədən 

bir  dürr  əldə  etmişdir.  Bu  səbəbdən  də  onun 

şeir  xəzinəsi  qiymətli  incilərlə  doludur.  Heç 

şübhəsiz  ki,  Xəstə  Qasım  Vaqifin  poeziya 

yaradıcılığı  ilə  tanış  olsaydı,  onun  şux 

müxəmməslərinə  biganə  qalmazdı.  O  da 




 

    


292

 

 



XVIII əsrin axırlarında yaşamış Göyçəli Aşıq 

Musa və onlarca başqaları kimi  müxəmməsin 

gözəl  nümunələrini  yaradardı.  XVIII  əsrdə 

Vaqif  yaradıcılığı  aşıq  poeziyası  ilə  yazılı 

poeziyanın  görüş  yeri  olmaqdan  əlavə,  həm 

də  hər  iki  qaynağın  axarını  öz  məcrasında 

birləşdirmişdir. 

Vaqif  qəzəl  və  müxəmməslərlə  yanaşı, 

həm  də  aşıq  üslubunda  qoşmalar,  təcnislər 

yazırdı.  Vaqif  yaradıclığı  üzərində  aşıq 

poeziyasının təsiri aydın olduğu kimi, onun da 

aşıq poeziyası üzərindəki təsiri açıq və aydın 

idi.  XVIII  əsrdə  onun  bütün  şeirləri  kimi 

müxəmməsləri 

də 

aşıq 


yaradıcılığına 

gəlmişdi: 

 

Ey səba, yarə de kim, avarə gördüm Vaqifi



Qəm əlindən bikəsü-biçarə gördüm Vaqifi

Bağrı olmuş sərbəsər, sədparə gördüm Vaqifi

Aqibət salmış özün odlara gördüm Vaqifi

Gecə-gündüz müntəzir didarə gördüm Vaqifi.

113

 

 



Yazılı  poeziyamızdan  aşıq  yaradıcı-

lığına  gələn  müxəmməs  də  sazla  ünsiyyət 

bağlayandan  sonra  əvvəlki  şəklini  saxlaya 

bilməmişdir.  Sazın  kök  və  pərdələrinin  daxili 

                                                           

113


 Molla Pənah Vaqif, Bakı, 1960, səh.172. 


 

    


293

 

 



ahəng  qanununauyğun  olaraq  müxəmməs  də 

öz şəklini dəyişmiş və ən azı hər bir misra iki 

yerə bölünmüşdür: 

 

Ey səba, yarə de kim, 



Avarə gördüm Vaqifi. 

Qəm əlindən bikəsü, 

Biçarə gördüm Vaqifi. 

Bağrı olmuş sərbəsər, 

Sədparə  gördüm Vaqifi, 

Aqibət salmış özün 

Odlara gördüm Vaqifi. 

Gecə-gündüz müntəzir, 

Didarə gördüm Vaqifi. 

 

Buna  görə  də  aşıqlar  deyirlər  ki, 



Vaqifin  bir  müxəmməsi  saza    gələndə 

bölünüb  iki  gəraylı  olur.  Yazılı  ədəbiyyatdan 

müxəmməs  adı  ilə  gələn  bu  şeir  forması  aşıq 

yaradıcılığında,  sazla  yoldaşlıq  zamanı,  hətta 

yeni  adlar  da  qazanmışdır.  Ona,  dastanların 

sonunda  oxunduqda  duvaqqapma,  adi  vaxtda 

sazla oxunanda isə gözəlləmə deyilir. 

İlk  aşıq  müxəmməsi  (gözəlləmə) 

yaradıcıları  onun  misralarını  bölərkən  hər 

beytdə  misranın  biri  yeddi,  o  biri  səkkiz 

hecalı  olurmuş.  Misal  üçün  XVIII  əsrin  el 

sənətkarı  Göyçəli  Aşıq  Musa  aşıqlar  arasında 




 

    


294

 

 



şux müxəmməslər müəllifi kimi tanınır. Onun 

da  əsas  müxəmməslərində  hər  beytin  bir 

misrası səkkiz, o biri yeddi hecalıdır. 

 

Mən səni çox sevirəm, 



Bilirsən halım, samavar. 

Bir əyləş məclisimdə, 

Cahi-cəlalım, samavar. 

Həm taxtım, həmi baxtım, 

Həm iqbalım, samavar.

114


 

 

Lakin  sazla  əlaqəli  bu  yaradıcılıq 



prosesi nəticəsində müxəmməs aşıq şeiri kimi 

formalaşmışdır. 

Bir müxəmməsdən iki gəraylı düzəldən 

aşıqlar  sazın  tələblərinə  uyğun  olaraq 

misralarda  hecaların  sayını  bərabərləşdirmiş 

və  hamısını  gəraylı  ölçüsündə,  səkkiz  hecalı 

yaratmağa  başlamışdır.  Həm  də  hər  bənddə 

misraların  sayı  on  deyil,  səkkiz-səkkiz,  yəni 

iki  gəraylı  ölçüsündə  formalaşmışdır.  Aşıq 

Musanın 


dillər 

əzbəri 


olan 

“Maral” 


müxəmməsi  məhz  deyilən  tələblər  əsasında 

düzülüb-qoşulmuşdur: 

 

Mən səni görəndən bəri, 



Halım pərişandı, Maral. 

                                                           

114

 Aşıqlar, 1935, səh.127. 




 

    


295

 

 



Ləblərində şəhdü-şəkər, 

Xəstəyə dərmandı, Maral. 

Açılıbdı qoynun içi, 

Bağı-gülüstandı, Maral. 

Dərd bilməzlər naqis dedi, 

Dərd bilən inandı, Maral.

115

 

Müxəmməs  yaratmaq  təcrübəsi    olan 



yaradıcı  aşıqlar  bundan  sonra  cığalı 

müxəmməsin  cilalanmış,  püxtələşmiş,  ən 

mükəmməl  nümunələrini  yarada  bilmişdir. 

Şəmkirli  Aşıq  Hüseyn  və  Molla  Cümə  bu 

sahədə  daha  irəli  getmişlər.  Nümunə  üçün 

Aşıq  Hüseynin  müxəmməsindən  bir  parçaya 

diqqət yetirək: 

 

Həzarət, bircə baxın, 



Canlar alandı bu gələn. 

Gözləri cəlladə dönüb, 

İsmi Qaytandı bu gələn. 

Özü bir səxa kanıdı, 

Adil divandı bu gələn. 

Özü gül, saçı sünbül, 

Yaqut-yəməndi bu gələn. 

 

*** 



 

Yaquta bənzər yanaq, 

Mərmərə bənzər buxaq, 

                                                           

115

 Aşıqlar, Bakı, 1935 səh.128. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə