1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə63/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   59   60   61   62   63   64   65   66   ...   98

 

    


305

 

 



 

El yeridi, yalqız qaldıq səhrada, 

Çək həsrətin çal çatığın, çathaçat. 

Hərcayılar səni saldı irağa, 

Həsrət əlin  yar əlinə çathaçat. 

 

 



*** 

Qışda dağlar ağ geyinər, yaz qara, 

Sağ dəstinlə ağ kağıza yaz qara, 

Əsər yellər, qəhr eləyər yaz qara

Daşar çaylar, gələr daşlar çathaçat...

121


 

 

Təcnis 



aşıq  poeziyasının  tacıdır, 

əvəzsiz incisidir. Zərif və cilalanmış ifadələr, 

cinas  qafiyələr  ona  xüsusi  gözəllik  və  bədii 

ahəng bəxş etmişdir. 

Bəzən  belə  düşünülür  ki,  təcnisdə  aşıq 

məna  və  məzmun  dərinliyi  yarada  bilmir. 

Bizcə, bu fikri bütün  yaradıcı aşıq və şairlərə 

aid etmək olmaz. Təcnisin qüvvətli və ya zəif 

olması sənətkarın bacarığından asılıdır. Hətta, 

çox  sənətkarlar  öz  istedadını  bu  sahədə 

sınamışsa da müvəffəq ola bilməmişdir. Həm 

forma,  həm  də  məzmun  gözəlliyinə  malik 

təcnislər  yaratmaq  üçün  aşıq  poeziyasının 

bütün  qayda-qanunlarına  bələd  olmaqdan 

əlavə,  sənətkarın  söz  xəzinəsi  də  elə  zəngin 

                                                           

121

 Yenə orada, səh.225 




 

    


306

 

 



olmalıdır  ki,  oradan  öz  şeirinə  incilər  seçə 

bilsin. 


Aşıq  poeziyasına  dərindən  bələd  olan 

Xəstə  Qasım  təcnisi  yüksək  qiymətləndirərək 

demişdir: 

Xəstə Qasım sözün deyib tamama, 

Gün doğan, gün batan gələr salama. 

Nə alim işi deyil, nə də üləma, 

Təcnis mənasının çox hünəri var.

122


 

 

M.P.Vaqif, Q.B.Zakir, Nəbati, Şəmkirli 



Aşıq  Hüseyn,  Molla  Cümə  və  başqa  xalq 

ruhunda  şeirlər  yazıb-yaradan  sənətkarlar 

təcnis  yaradıcılığını  yüksək  qiymətləndirmiş, 

özləri də gözəl təcnislər yaratmışlar. 

Dövrünün  şairlərindən  məzmun  və 

forma gözəlliyinə malik şeirlər yazmağı tələb 

edən  M.F.Axundov  özü  də  bu  sahədə 

qələmini sınamış və bir neçə təcnis yaratmağa 

müvəffəq olmuşdur. 

Təcnisin  ilk  dövrlərdə  qoşmanın  bir 

növü  kimi  meydana  çıxdığı  şübhəsizdir. 

Lakin əsrlərdən bəri böyük bir təkamül dövrü 

keçirmiş olan təcnisə indi qoşmanın bir  növü 

kimi  baxmaq  düzgün  olmaz.  Bizcə,  təcnis 

artıq sazla əlaqədə müstəqil bir şeir janrı kimi 

                                                           

122

 Şeir 1968-ci ildə şair Cavaddan yazılmışdır. 




 

    


307

 

 



formalaşmış  və  özünün  yeni  şeirlərini 

yaratmışdır.  

Təcnis 

də 


qoşma 

kimi 


aşıq 

poeziyasında  köklü,  şaxəli,  qollu-budaqlı, 

çoxşəkilli 

görünür. 

Təcnisin 

cığalı, 


dodaqdəyməz,  müstəzad  (ayaqlı  təcnis)  və 

başqa növləri vardır. 

Təcnis  şeir  forması  məlahətli  bir  təcnis 

havası  yaratmaqla  yanaşı,  sazın  qoluna  da 

təcnis  pərdəsi  bağlamışdır.  Ustad  sənətkar 

olan 


Aşıq 

Ələsgər 


şeirin  dildönməz 

nümunələrini də yarada bilmişdir: 

 

Gözüm sağı, səhər çağı, 



Geyək ağı, gəzək bağı, 

Könül sevdi bu damağı, 

Qaymağa, həm yağa bax-bax!..

123


  

 

Təcnislər  aşıqların  söz-lüğət  fondunun 



zənginləşməsinə, 

dildönməzlər 

nitqin 

inkişafına, 



qıfılbəndlər 

fikrin, 


zehnin 

itiləşməsinə 

və 

dərinləşməsinə 



kömək 

etmişdir.Öz  dövrünün  yüksək  təhsil  görmüş 

sənətkarı olan Molla Cümə də demək olar ki, 

aşıq  poeziyasının  bütün  şəkillərində  şeir 

                                                           

123


 Aşıq Ələsgər, Bakı, 1963, səh.226. 


 

    


308

 

 



yazmışdır.  Şair-aşığın    “Pəri”  adlı  müxəm-

məsi qiymətli bir sənət incisidir: 

Alu-əlvan hənaləyib, 

Tök tellərin gərdənə sən. 

Gərdən göyçək, tel nazik. 

Qucmaq üçün bel nazik

Barmaq, şimşad, əl nazik, 

Xoş danışan dil nazik, 

Çox qəmlidir ürəyim, 

Bircə danış, gül nazik... 

Bircə məni elə qonaq, 

Sevindir, mehmanı, Pəri.

124

 

 



Vaqifin 

məlum 


ifadələrini 

Molla 


Cümənin  “Pəri”  müxəmməsindən  inci  kimi 

bir-bir  seçib  qırağa  qoymaq  o  qədər  də  çətin 

deyildir. Bu təsirlər Molla Cümə poeziyasının 

qiymətini  azaltmır,  əksinə  biz  heyran  qalırıq 

ki,  böyük  sənətkar  ümumən  şifahi  və  yazılı 

poeziyamızın  bütün  şeir  janrları  ilə  tanış 

olmuş və özü də əvəzsiz sənət inciləri yarada 

bilmişdir.  Molla  Cümə  də  aşıq  yaradıcılığına 

yenilik  gətirmiş  sənətkarlardan  biridir.  O, 

cığalı  gəraylının  bitkin  nümunəsini  yarat-

maqla  özünün  bacarıq  və  istedadını  sənət 

meydanında nümayiş etdirmişdir: 

                                                           

124


 Molla Cümə, Bakı, 1966, səh.178-179. 


 

    


309

 

 



Aşıq məşuqdan ayrılsa,  

Canı yanar, 

Təzənə vurar, 

Simin qırar, 

Saz vay eylər. 

Yarı yad ilə gəzən görsə, 

Bir ah çəkər, 

Qəddin bükər. 

Yaşın tökər, 

Göz vay eylər. 

 

 

*** 



Qiyməti yoxdur maçının, 

O müşk-ənbər saçının. 

Bəxti dönsə bir ovçunun, 

Murğu uçar, 

Dağdan keçər. 

Ceyran qaçar, 

Düz vay eylər. 

 

*** 



Fələk qoymur yetim kama, 

Heç kəs dözməz bu sitəmə. 

Dost boynuna Molla Cümə, 

Qolun dolar, 

Qurban olar. 

Busə alar, 

Üz vay eylər.

125


 

                                                           

125

 Gəraylı 1968-ci ildə Molla Cümənin həmyerlisi Aşıq 



Siracdan yazılmışdır. Aşıq Sirac 1931-ci ildə Şəki rayonunun 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə