1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə64/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   60   61   62   63   64   65   66   67   ...   98

 

    


310

 

 



Aşıq  şeirinin  ümumi  mənzərəsinə, 

köklərə və şaxələrə, yəni ayrı-ayrı janrlara və 

növlərə  dərindən  nəzər  yetirdikdə  belə  bir 

dəqiq  nəticəyə  gəlmək  olur  ki,  öz  mənşəyi 

etibarilə gəraylı və cığalı gəraylı, əsasən, xalq 

mahnıları  ilə,  cığalı  qoşma,  təcnis  və  cığalı 

təcnis qoşma ilə, divani, müxəmməs və cığalı 

müxəmməs  isə  qəzəllə  əlaqədar  yaranmışdır. 

Lakin bu şeir janr və növləri sazın, onun kök 

və  pərdələrinin  təsiri  ilə  şəkildən-şəklə 

düşmüş  və  özünəməxsus  yeni  xüsusiyyətlər 

qazanmışdır. 

Heç bir vaxt aşıq ayrılıqda sazla bayatı 

oxumur.  Bayatıları  aşıq  ya  mübarizəyə, 

döyüşə  həsr  edilmiş qoşmalar  arasında qeyzə 

gələrək  oxuyur,  ya  da  məhəbbət,  vüsal  və 

könül həsrəti ifadə olunan qoşmalar oxuyanda 

kədər  hissi  güc  gəlir  və  bir  bayatı  çəkməli 

olur. Məsələn, aşıq Koroğlu qoşmalarına bağlı 

belə bir bayatı çəkir. 

 

Mən aşiqəm bu daşa, 



Bu qayaya, bu daşa. 

Elə vur ki, yağını, 

Kəlləsindən bud aşa.

126


 

                                                                                                         

Layiski kəndində anadan olmuş, hazırda Gəncə şəhərində 

yaşayır. 

126

 “Bülbül”, Bakı, 1968, səh.205. 




 

    


311

 

 



Və  yaxud  da  Kərəm  qoşmaları  ilə 

əlaqəli qəmli bir bayatı oxuyur: 

 

Dərd gələr gülə  sardan, 



Köç gedər Güləzardan. 

Xarın ölsün, ay bülbül, 

Qurtarsın gül azardan.

127


  

Son bayatı, həqiqətən, Kərəm qoşmaları 

ilə  əlaqəli  meydana  gəlmişdir.  Güləzar 

məşhur  bir  bulağın  adıdır.  Rəvayətə  görə, 

Qara  Keşiş  öz  qızı  Əslini  ilk  dəfə  bu  yol  ilə 

qaçırmışdır. 

Köç  bayatısı  sazın  Şah  pərdəsində,  el 

bayatısı  beçə  pərdəsində,  çoban  bayatısı  isə 

bayatı  pərdəsində  (həm  də  bayatı  kökündə) 

çalınır.  Deməli,  sazın  qolundakı  bayatı 

pərdəsi çoban bayatısına məxsusdur.  

Buna  əsasən  deyə  bilərik  ki,  sazın 

qoluna  bayatı  pərdəsi  Sarı  Aşığın  bayatıları 

ilə əlaqədar olaraq deyil, hələ ondan da əvvəl 

qoşmalar  arasında  oxunan  çoban  bayatılarına 

görə bağlanmışdır. 

Gəraylılar  xalq  mahnılarına  əsasən  və 

bir  də  aşıq  qoşmalarının  özünə  oxşadılaraq 

yaradılmışdır.  Fikrimizi  əsaslandırmaq  və 

                                                           

127

 Bayatılar. Toplayanı və tərtib edəni Həsən Qasımov, Bakı, 



1960, səh.50. 


 

    


312

 

 



aydınlaşdırmaq  üçün  aşıq  yaradıcılığının 

ölməz  abidələrinə  -  xalq  dastanlarımıza 

müraciət edək: 

“Tahir və Zöhrə” dastanındakı “Bülbül” 

şeirinə  necə  demək  olar  ki,  bu  xalq  mahnısı 

deyil? 


Bülbül, sənin işin qandı, 

Aşiqlər oduna yandı, 

Nədən hər yerin əlvandı, 

Köksün altı sarı, bülbül.

128

 

Başqa  bir  misal,  “Əsli  və  Kərəm” 



dastanında “Yaxan düymələ, düymələ” şeirinə 

diqqət yetirək: 

 

Sallanıban gələn dilbər, 



Yaxan düymələ, düymələ!.. 

Məni dərdə salan dilbər, 

Yaxan düymələ, düymələ!.. 

   


*** 

Al geyib, yaşıl bürünər, 

Zülfləri yana hörülər, 

Yel vurar, məmən görünər, 

Yaxan düymələ, düymələ!.. 

   


*** 

Köynəyinin gülü yaşıl, 

Süsən sünbülə dolaşır, 

                                                           

128

 Azərbaycan dastanları, 1-ci cild, Bakı, 1965, səh.122. 




 

    


313

 

 



Gözəllik sənə yaraşır, 

Yaxan düymələ, düymələ!.. 

   

*** 


Kərəm sənə nələr demiş, 

O dil, dodağını yemiş, 

Kətan köynək, bəndi gümüş, 

Yaxan düymələ, düymələ!..

129

 

 



Belə  misalların  sayını  istənilən  qədər  

artırmaq olar. Bir əsas da odur ki, gəraylılarla 

xalq mahnılarının misralarının sayı da, ölçüsü 

də  birdir.  Xalq  mahnılarının  əksəriyyəti 

gəraylılar  kimi  8  hecalı  olur.  Bundan  əlavə, 

aşıq  yaradıcılığının  bir  sirrini  də  duyub  dərk 

etmək  lazımdır.  Aşıq  öz  yaradıcılığına  şifahi 

və  yazılı  ədəbiyyatdan  o  şeyi  alıb  gətirir  ki, 

onun 

üzərində 



tarixin 

müəyyən 


bir 

mərhələsində bu və ya digər şəkildə, az və ya 

çox  özünün  əcdadı  olan  ozanın  və  yaxud  da 

bu  adlara  yaxın    el  sənətkarlarının  əməyi 

olmuşdur.  Biz  lap  əvvəldə  qeyd  etmişdik  ki, 

aşıq  və  onun  sənət  şəcərəsinin  əcdadı  olan 

ozanlar 

şeirdə 


təxəllüs 

işlətmirlərmiş. 

Bununla  da,  onların  ədəbi  irsi  ümumi  xalq 

yaradıcılığı içərisində əriyirmiş. Bu yol ilə də 

bayatılar  və  mahnılar  yaranırmış.  Deməli, 

                                                           

129

 Azərbaycan dastanları, 2-ci cild, Bakı, 1966, səh.85-86. 




 

    


314

 

 



vaxtı  ilə  bayatıların  və  xalq  mahnılarının  da 

yaradılmasında aşığın əməyi olmuşdur. 

Aşıq  yaradıcılığı  şifahi  və  yazılı 

ədəbiyyatımızdan  faydalandığı  kimi,  öz 

növbəsində  o  da  onlara  həmişə  xeyir 

vermişdir.  Yazılı  poeziyamızda  heca  vəzni, 

bizcə,  aşıq  qoşmasının  təsiri  ilə  yaranmış  və 

formalaşmışdır. 

Biz  bu  fikirləri  birinci  dəfə  olaraq  aşıq 

şeirinin 

keçdiyi 

inkişaf 


mərhələlərinə 

əsaslanaraq deyirik. Tarixilik etibarı ilə yazılı 

ədəbiyyatdan qədim olan Azərbaycan folkloru 

və  onun  ayrılmaz  bir  hissəsi  olan  aşıq 

yaradıcılığı  həmişə  görkəmli  şair  və 

yazıçılarımızın ilham mənbəyi olmuşdur. 

Aşıq  yaradıcılığı  şifahi  və  yazılı 

ədəbiyyatımızda  poetik  fikirlərin,  mütərəqqi 

ideyaların,  gözəl  yaradıcılıq  ənənələrinin, 

xüsusilə qeyd edək ki, eyni zamanda, həm də 

müxtəlif  şeir  formalarının  yaranmasında  və 

inkişafında böyük təsir gücünə malikdir. 

Azəri  aşıq  şeirinin  cığalı  qoşma,  cığalı 

təcnis,  cığalı  müxəmməs  və  cığalı  gəraylı 

növlərinin quruluşuna baxanda adamın yadına 

S.Vurğunun “Bəsti” poeması düşür. Elə bil ki, 

şair  bu  poemada  vəzndən-vəznə  keçməkdə, 

çoxhecalıdan  azhecalı,  azhecalıdan  çoxhecalı 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə