1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə61/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   57   58   59   60   61   62   63   64   ...   98

 

    


296

 

 



Kövsərə bənzər dodaq, 

Ağ gülə bənzər ayaq, 

Qoy bassın gözüm üstə, 

Qucmalı candı bu gələn. 

 

*** 


 

Həm didarı şirindi, 

Həm gövtarı şirindi, 

Bağça barı şirindi, 

Qoşa narı şirindi. 

Bir belə bəşər olmaz

Huri-qılmandı bu gələn.

116


 

 

Müxəmməs  və  cığalı  müxəmməs  aşıq 



sənətini  təkcə  şeir  şəkli  cəhətdən  deyil,  həm 

də 


yeni 

saz 


havaları 

cəhətdən 

zənginləşdirmişdir.    “Baş  müxəmməs”  və 

“Orta müxəmməs” kimi sevinc və şadlıq ifadə 

edən  saz  havaları  da  bu  şeirlərlə  əlaqədar 

olaraq  yaranmışdır.  Yuxarıda  da  deyildiyi 

kimi,  ümumiyyətlə,  hər  bir  saz  havası 

müəyyən bir şeir formasına bağlı yaranmışdır. 

Məsələn: 

“Güllü  qafiyə”  adlı  saz  havası  Aşıq 

Əmrahın aşağıdakı şeiri ilə əlaqədar meydana 

gəlmişdir: 

                                                           

116


 Azərbaycan dastanları, Bakı, 1965, səh.146. 


 

    


297

 

 



 

Dedim gülşən nədi?  –      Dedi: bağımdı. 

Dedim səfalıdı?         –     Söylədi: yox, yox. 

Dedim işrət nədi?     -      Dedi: səfamdı. 

Dedim: gəlsən sürək? –   Söylədi: yox, yox. 

 

 



 

*** 


Dedim:  əla nədi?    -       Dedi: gözümdü. 

Dedim: şəkər nədi?  -      Dedi: sözümdü. 

Dedim: alma nədi?   –     Dedi: üzümdü. 

Dedim: öpməlisən?   -    Söylədi: yox, yox. 

 

 

 



*** 

Dedim:inci nədi?  -        Dedi: dişimdi. 

Dedim: əbru nədi? -       Dedi: qaşımdı. 

Dedim: yumru nədi? -    Dedi: döşümdü. 

Dedim: əmməlisən?  -    Söylədi yox, yox. 

 

 



 

*** 


Dedim: siyah nədi?   -    Dedi: telimdi. 

Dedim: şəkər nədi?  -     Dedi: dilimdi, 

Dedim: nazik nədi?  -     Dedi: belimdi. 

Dedim:  qucmalısan? –  Söylədi: yox, yox. 

 

 

 



*** 

Dedim: qulac nədi?  -        Dedi: qolumdu, 

Dedim: Əmrah kimdi?   -  Dedi: qulumdu, 

Dedim: uzaq nədi?   -      Dedi: yolumdu. 

Dedim: gəlsən gedək! –  Söylədi: yox, yox.

117


 

 

                                                           



117

 Azərbaycan  dastanları, III cild,  Bakı-1967,  səh. 76 




 

    


298

 

 



XIX  əsrin  başlanğıcından  etibarən  aşıq 

şeiri və  musiqisi böyük inkişaf yoluna düşür. 

Bu,  hər  şeydən  əvvəl,  sazın  təkmilləşməsi  və 

hər bir pərdənin öz yerini tutması ilə, sazda üç 

müstəqil  səs  qatarının  yaranması  ilə  əlaqədar 

olur. Bir sözlə, sazda məhsuldar pərdənin sayı 

bir deyil, üç olur. Yəni sazın daha iki pərdəsi 

böyük  inkişaf  yolu  keçərək,  Şah  pərdə 

səviyyəsinə qalxır. O pərdələrin də Şah pərdə 

kimi üç səsi olur. 

Məsələn,  danışan  pərdələrin  aşağıdakı 

şəkildə səs qatarı yaranır: 

 

1-ci səs qatarı                       2-ci səs qatarı 

Baş divanı pərdəsi               Təcnis pərdəsi 

Ayaq divani pərdəsi             Beçə pərdə 

1-ci sinə pərdə                      2-ci sinə pərdə 

 

3-cü səs qatarı 

Şah pərdə 

Ayaq pərdə 

3-cü sinə pərdə 

 

Bu  o  deməkdir  ki,  hər  bir  məhsuldar 



pərdənin  sazda  üç  səsi  vardır.  Məsələn:  Baş 

divani  pərdənin  Dilqəm  kökündə  (musiqi 

ahəngində)  Baş  divani  pərdəsi  bir  cür,  Ayaq 

divani  pərdəsi  bir  cür,  lakin  eyni  ahəngli  səs 




 

    


299

 

 



verir.  Təcnis  pərdəsi  ilə  Şah  pərdədə  səslər 

belə sıralanır. 

Beləliklə,  pərdələrin  səs  qatarında 

müxtəlif çalarlı musiqi səsləri alınır ki, bu da 

yeni  saz  havalarının  düzəlməsi  üçün  böyük 

imkanlar yaradır.  

XIX  əsrdə  “Göyçə  şərilisi”,  “Göyçə 

gülü”,  “Qəmərcan”,  “Naxçıvan  şərilisi”, 

“Şəmkir  gözəlləməsi”,  “Aşıq  Hüseyni”  və 

“Dilqəmi” kimi saz havaları meydana gəlir. 

Bu  əsrdə  sənət  meydanına  gəlmiş  olan 

Aşıq  Alı,  Şəmkirli  Aşıq  Hüseyn  və  Aşıq 

Ələsgər kimi görkəmli saz və söz ustaları aşıq 

yaradıcılığını qiymətli incilərlə, yeni-yeni şeir 

və  musiqi  havaları  ilə  daha  da  zəngin-

ləşdirirlər. 

Dilqəmin  kədər  dolu  qoşmaları  ilə 

əlaqədar olaraq xüsusi bir saz havası yaranır, 

öz  emosional  təsiri  ilə  fərqlənən,  seçilən  bu 

hava  saza  yeni  bir  musiqi  ahəngi  bəxş  edir, 

sazda  “Dilqəmi”  kökünü  əmələ  gətirir.  İşlək 

(danışan)  pərdələrə  bağlı  köklərdən  (musiqi 

ahənglərindən) biri məhz belə adlanır. 

Dilqəmin  şeirlərini  “Dilqəmi”  saz 

havası  ilə  bir  yerdə,  vəhdət  halında  dinlə-

dikdə,  onun  dərin  lirizmi,  şairin  keçirdiyi 

iztirabları,  bəşəri  kədəri,  emosiyaları    daha 

aydın duyulur, silinməz izlər buraxır: 




 

    


300

 

 



 

O qızıl gülləri dərməyən, Dilqəm, 

Dərib dosta pünhan verməyən, Dilqəm, 

Bu dünyada yarı görməyən, Dilqəm, 

Yarəb, o dünyada görüşərmola?.

118


 

 

Aşığın  qanadlı  sözləri,  sazın  ahəngdar 



səsi  xalqımızın  ruhundan  doğmuşdur.  Aşıq 

şeiri  və  musiqisinin  daxili  bir  qanuna-

uyğunluğu  vardır.  Burada  şeirlə  musiqi  bir-

birini tənzimləyir. Buna görə də aşıq şeirində 

sözlərin  ahəngi,  musiqisi  və  məna  gözəlliyi 

əsasdır. 

Ayrı-ayrı şeir janrları və növləri ümumi 

aşıq  yaradıcılığından,  aşıq  poeziyasından 

kənarda  yaranmadığı  kimi,  sazın  danışan  və 

lal  pərdələri  də  bir-birindən  kənarda  deyil, 

əlaqəli,  qanunauyğun  bir  şəkildə  meydana 

çıxmış  və  aşıq  şeiri  ilə  üzvi  surətdə  bağlı 

inkişaf etmişdir. 

Xalq  istedadlı  sazın ecazkar  gücündən, 

kök 

və 


pərdələrin 

yaratdığı 

böyük 

imkanlardan  istifadə  edərək,  yeni  musiqi 



melodiyaları yaratmağa başlamışdır. 

“Baş  divani”  pərdəsi  və  onun  Dilqəmi 

kökü  ilə  əlaqəli  8,  Təcnis  pərdəsi  və  onun 

Ürfani kökü ilə əlaqəli 11, Şah pərdə və onun 

                                                           

118


 Aşıqlar bakı, 1937, səh.144. 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə