1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə59/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   55   56   57   58   59   60   61   62   ...   98

 

    


286

 

 



Bir mərd ilə ilqarını vur başa, 

Namərd ilə kəs ülfəti üzhaüz. 

 

 

*** 



Parçalandı gəmim, qaldı dərində, 

Mən qərq oldum dənizində dərində, 

Aşıq deyər, dərində, 

Dayazında, dərində, 

Sidqi haqqa düz olan 

Hərgiz qalmaz dərində. 

Qismət olsa o mövlanın dərində, 

Üz döşəyək, səcdə qılaq üzhaüz. 

   

 

***



 

Xəstə Qasım deyər, canan can deyər, 

Can danışır, can eşidər, can deyər, 

Aşıq deyər, can deyər, 

Vəfalıya can deyə, 

Görmədim hərcayilər, 

Cananına can deyə. 

Yox vəfalım, can deyənə can deyə, 

Bivəfasan, çək əlini, üzhaüz.

106


 

 

Ustad  sənətkar  təcnisin  yeni  növünü 



yaradarkən  musiqinin  yeni  tələblərinə  uyğun 

olaraq  hər  bəndi  iki  yerə  bölmüş,  aralarında 

cinaslı,  lakin  mövzuya  bağlı,  hər  bəndi 

özlüyündə tamamlayan bir bayatı işlətmişdir. 

                                                           

106


 Aşıqlar, I hissə, Bakı, 1937, səh.132. 


 

    


287

 

 



Mütəxəssislərimizin verdiyi  məlumata 

görə  qəzəl-müstəzadların  ilk  nümunələrinə 

hələ  böyük  şairimiz  Məhəmməd  Füzulinin 

oğlu Fəzlinin yaradıcılığında rast gəlirik: 

 

Ey sərvi-səhi, sən gələli seyr ilə bağə



             Sər çəkmədi ərər, 

Çox alinəsəblər özünü saldı ayağə, 

             Qul oldu sənubər. 

Sünbül özünü zülfünə bənzətdi nigarın, 

              Bildi ki, xətadır. 

Dağlarda bitər üzü qara, başı aşağə, 

              Qayğulu, mükəddər.

107


 

 

Bizcə,  Xəstə  Qasım  da  belə  qəzəl-



müstəzadlarla  tanış  olandan  sonra  sazın 

tələblərinə  uyğun  olaraq  on  bir  heca 

ölçüsündə  yeni  aşıq  şeiri  yaratmağa  başlamış 

və qoşma-müstəzadın, yaxud ayaqlı qoşmanın 

binasını qoymuşdur. 

Bir çarşıda dörd dərvişə uğradım, 

Dördü bir-biriynən eylər ixtilaf.  

Dördünün də dili ayrı, dini bir, 

İki də biz, onlarınan şəş cahat. 

                                 Əsil kainat. 

                                                           

107


 Bax: Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi, Bakı, 1943, I 

cild, səh.227. 




 

    


288

 

 



 

 

*** 



Bir şəhərin gördüm padşahını, 

Qulun, yasovulun, hər dəstgahını, 

Üç yüz altmış altı xoş süpahını, 

Onlar bir kişidən istədi sürsat. 

                           Xoş çəkər səffat. 

 

 



*** 

Altı, səkkiz, doqquz idi binası, 

Otuz cəlalı var, bəyaz sinəsi. 

Altı min altı yüz məddü mənası, 

Ərəb idi, əcəm idi, türkü tat. 

                        Bir ismə  fəryad. 

 

 

*** 



Altıdan qırxatan sərgərdan idi, 

İki yüz otuzda özün tanıdı; 

Altı min altı yüz pasiban idi

Kimi yahu çəkər, kimi əssalat, 

 

 

 



Kim edər fəryad.  

 

 



*** 

İki dərya xoş görünmür gözünə, 

İki qırx, dörd gəlməz ərin dizinə. 

Xəstə Qasımın bu şeirinə, sözünə, 

Qazı, molla, müctəhidlər qaldı mat, 

                       Tapmadı kəlmat.

108

 

 



                                                           

108


 Aşıq Ələsgər, Bakı, 1963, səh.471. 


 

    


289

 

 



Əlbəttə ki,  bu şeirdən bircə bənd ver-

məklə  də  kifayətlənmək  olardı.  Biz  ona  görə 

tam  verdik  ki,  şeirin  məzmun  xüsusiyyəti  də 

aydın  görünsün.  Xəstə  Qasımın  qıfılbənd-

lərindən  bir  neçəsini  Aşıq  Ələsgər  və  onun 

qardaşı  oğlu  Növrəs  İman  açmış,  bir  sıra 

qıfılbəndləri isə hələ də bağlı qalmaqdadır: 

 

Bir ov gördüm öz yerində çarasız, 



Bədənindən qanlar axır, yarasız. 

On beş şey gəlibdi göydən qarasız, 

Beşi isyan, beşi üfyan, beşi nə?

109


 

 

Ümumiyyətlə,  Xəstə  Qasım  şeirləri 



zəngin 

həyat 


müşahidələrinin 

məntiqi 


nəticələri  kimi  səslənir,  insanı  düşündürür, 

bədii  zövq  verir,  onun  idrakına, şüuruna  təsir 

edir, mənəvi aləmini saflaşdırır: 

Bir məclisə varsan özünü öymə

Şeytana bac verib kimsəyə söymə. 

Qüvvətli olsan da yoxsulu döymə, 

Demə ki, zorluyam, qolum yaxşıdı. 

                                                           

109

 Şeir 1968-ci ildə şair Cavad Bayram oğlu Hüseynovdan 



yazılmışdır. Cavad Bayram oğlu Hüseynov 1898-ci ildə 

Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olmuşdur. Şair 

Cavad dərin biliyə malik, savadlı və məlumatlı el sənətkarı idi. 

O, azəri türkcəsi ilə yanaşı, ərəb və fars dillərini də yaxşı bilirdi. 

O, 1969-cu il fevralın 18-də vəfat etmişdir. 



 

    


290

 

 



 

 

*** 



Xəstə Qasım kimə qılsın dadını, 

Canı çıxsın, özü çəksin odunu. 

Yaxşı oğul yaman etməz adını, 

Çünki yaman addan ölüm yaxşıdı.

110

 

Və yaxud: 



Alimdən dərs aldım, əlif-bey üçün, 

Sürahilər düzülübdür mey üçün. 

Dəli könül, qəm çəkirsən nə üçün? 

Qəmli günün şad günü var yanınca.

111

 

 



Başqa bir misal: 

 

Xəstə Qasım, yazlarımız yazlanar, 

Qızılgüllər pardaxlanar, nazlanar. 

İgid daldasında igid gizlənər

Tülkü daldasında heç bir şey olmaz.

112


  

 

Xəstə  Qasım  təkcə  söz  yaradıcısı,  söz 



aşığı deyilmiş,o, həm də mahir saz aşığı imiş. 

Sazla yaxınlıq etməyən və ona bələd olmayan 

bir  sənətkar  öz  şeirlərini  şəkli  cəhətdən  

zənginləşdirə  bilməz.  Bu  istedadlı  sənətkar 

bütün  qaynaqlara baş  vurduğu kimi,  sazın  da 

pərdələrinə  dönə-dönə  əl  gəzdirmiş,  özünün 

                                                           

110


 El şairləri, toplayanı S.Mümtaz, Bakı, 1935, səh.162. 

111


 Aşıqlar, toplayanı H.Əlizadə, Bakı, 1935, səh.57. 

112


 Aşıqlar, Bakı, 1937, səh.124. 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə