1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə55/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   51   52   53   54   55   56   57   58   ...   98

 

    


267

 

 



ilə  formalaşır.  Hər  bir  vəzn  ayrı-ayrılıqda 

müəyyən  bir  musiqi  ahəngi  ilə  əlaqədar 

meydana  gəldiyi  üçün  aşıq  şeiri  təbiəti 

etibarilə  ilə  daha  oynaqdır,  musiqi  dili  axıcı 

və rəvandır. 

Pərdələrin  sayına  və  düzülüşünə  görə 

ən  münasib  sayılan,  aşıq  şeirinin    inkişafını 

özündə  düzgün  əks  etdirən  sazın  qolunda  on 

danışan (işlək) və beş lal (yarım) pərdə vardır. 

Şeiri  təmsil  etməsinə  görə  işlək  (danışan) 

pərdə    bir  misra,  lal  (yarım)  pərdə  isə  yarım 

misra ölçüsündədir. Daha doğrusu, sazın “Baş 

divani” 

(Şərxətai) 

pərdəsinə, 

Təcnis 


pərdəsində,  Şah  pərdəsində,  “Ayaq  divani” 

(Osmanlı)  pərdəsində,  Bayatı  pərdəsində, 

Beçə  pərdəsində,  Ayaq  pərdəsində,  habelə 

“Baş  divani”nin  yuxarıdan  birinci    sinə 

pərdəsində,  təcnisin  ikinci  sinə  pərdəsində, 

Şah pərdənin üçüncü sinə pərdəsində, əsasən, 

yeddi,  səkkiz  və  on  bir  hecalı  şeirlər  oxunur 

və onlara uyğun musiqi havaları bəstələnir.  

Beş  yarım  (lal)  pərdələrdən  biri    cığalı 

təcnisin,  biri  qoşma-müstəzadın,  biri  cığalı 

müxəmməsin,  biri  cığalı  qoşmanın  və  biri  də 

cığalı gəraylınındır. Daha doğrusu, yarım (lal) 

pərdələr bu şeir növlərinin cığalarınındır. 

Hər  hansı  saz  havasının  musiqi  ahəngi 

müəyyən bir pərdə ilə əlaqəli yaranır, lakin o 



 

    


268

 

 



saz  havası  bütün  pərdələrdə,  əlaqəli  bir 

şəkildə  icra  olunur  və  tamamlanır.  Hətta, 

motivləri  bir-birinə  yaxın  olan  saz  havaları 

eyni  kökdə  (musiqi  ahəngində)  çalınır.    Bizə 

məlum  olan  100  saz  havası    altı  kökdə 

(musiqi ahəngində) ifa olunur. 

Aşıq  sazda  çalanda  “Baş  divani” 

pərdəsindən  başlayıb  Beçə  pərdədə,  yəni 

pəsdən  başlayıb  zildə  qurtarır.  Sazın  ana 

pərdəsi  sayılan  Şah  pərdədən  yuxarı pəs, Şah 

pərdədən  aşağı  isə  zildir.  Şah  pərdədən 

yuxarıdakı  baş  (Baş  divani)  və  orta  (Təcnis) 

pərdələrdə,  daha  doğrusu,  bu  pərdələrin 

köməyi 


ilə 

alınan 


köklərdə 

(musiqi 


ahənglərində)  insanda  kədər  hissi  doğuran, 

Şah  pərdədə  və  ona  alt  hissədə  yaxın  olan 

“Ayaq divani” pərdələrində insanda şadlıq və 

sevinc  hissi  doğuran,  Şah  pərdədən  aşağıda 

olan  Beçə  və  Ayaq  pərdələrdə  isə  insanı 

döyüşə,  mübarizəyə  çağıran  cəngi  havaları 

çalınır.   

Ayrı-ayrı şeir janrlarının musiqi ahəngi 

ilə  əlaqədar  olaraq  yaranmış  pərdə  kökləri 

aşağıdakılardır. Şah pərdə kökü, Şah pərdənin 

Misri kökü, Çoban bayatısı kökü, Ayaq divani 

kökü, Ürfani kökü və Dilqəmi kökü. 

Şah pərdə kökü, eləcə də Şah pərdənin 

Misri  kökü  Şah  pərdəyə,  Dilqəm  kökü  Baş 




 

    


269

 

 



divani 

pərdəsinə, 

Ürfani 

kökü 


Təcnis 

pərdəsinə,  Ayaq  divani  kökü  Ayaq  divani 

pərdəsinə,  Çoban  bayatısı  kökü  Bayatı 

pərdəsinə  məxsusdur.  Beçə  pərdə  ilə  Ayaq 

pərdənin  isə  müstəqil  kökləri  yoxdur.  Beçə 

pərdə  və  onun  Ayaq  pərdəsi  öz  musiqi 

ahəngini  ana  pərdə  olan  Şah  pərdədən  alır. 

Ona  görə  də,  həmin  pərdənin  birinə  ana 

pərdənin  beçəsi,  o  birinə  isə  Beçə  pərdənin 

sonu,  ayağı  deyilir.  Şeirin  forması  sazın 

pərdələrində,  motivi  isə  köklərində  öz  əksini 

tapıb. 


Bir  növ  pərdə  şeiri,  kök  musiqini, 

yaxud belə də demək olar: pərdə formanı, kök 

məzmunu  təmsil  edir.  Forma  olan  pərdə  ilə 

məzmun  olan  kökün  daxili  əlaqələrindən  hər 

hansı  bir  şeir  janrının  sazda  musiqi  ahəngi 

alınır.  Bu  o  deməkdir  ki,  sazla  əlaqədə 

yaranan  aşıq  şeirinin  forması  məzmuna 

məzmunu  isə  formasına  təsir  edir,  bir-birini 

tənzim  edir,  bir-biri  ilə  vəhdətdə,  əlaqədə 

inkişaf edirlər. 

Məlumdur  ki,  aşıq    poeziyası  şifahi 

xalq  poeziyası  və  onun  bünövrələri  əsasında 

yaranmış  və  yazılı  poeziya  ilə  əlaqədə 

zənginləşmiş, yeni keyfiyyətlər kəsb etmişdir. 

Bu  da  aydın  və  mübahisəsizdir  ki,  aşıq 

poeziyasının  şifahi xalq poeziyası ilə əlaqəsi 




 

    


270

 

 



nisbətən  daha  qədimdir.  Ona  görə  də,  aşıq 

poeziyasının  şifahi  xalq  poeziyası  ilə  əlaqə 

tarixi tam dəqiqliyi ilə məlum deyildir. Lakin 

çox  tədqiqatlarda  bunlar  qismən  öyrənil-

mişdir.

96

 Lakin onun yazılı poeziya  əlaqəsini, 



keçid  dövrlərini,  bizcə  sazın  qolundakı 

pərdələrin və ayrı-ayrı şeir janrlarının köməyi 

ilə aydınlaşdırmaq mümkündür. 

Zənnimizcə,  ilk  keçid  Şah  İsmayıl 

Xətainin  hakimiyyəti  dövründə  olmuşdur. 

Akademik  H.Araslı  bu  baxımdan      o  dövrü 

çox  gözəl  və  bizim  məqsədimizə  uyğun 

şəkildə xarakterizə etmişdir: “Səfəvilərin dini 

görüşlərini  yaymaq,  səfəvi  hakimiyyətini 

möhkəmləndirmək üçün hər vasitədən istifadə 

etməyə  çalışan  Şah  İsmayıl  Xətai  xalq 

müğənnilərinin  nüfuz  və  qüdrətindən  də 

istifadə  etmişdir.  Şah  İsmayılın  uşaqlıq  illəri 

xalq  içərisində  keçmişdir.  Onun  şairlik 

istedadının  inkişafında  aşıq  şeirinin  böyük 

təsiri  vardır.  O,  aşıq  yaradıcılığına  böyük 

diqqət  verir,  özü  də  aşıq  şeiri  üslubunda 

əsərlər  yazırdı.  Bu  əsərlərdə  aşıq  şeiri  yeni 

istiqamətdə  inkişaf  edir,  aşıq  yaradıcılığında 

                                                           

96

 Bax: Sədnik Paşa Pirsultanlı, Heca vəznli şeir və mənzum ata 



sözləri, Gəncə, Əsgəroğlu, 2001. 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə