1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə52/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   48   49   50   51   52   53   54   55   ...   98

 

    


254

 

 



Şəmistan  Mikayılov  heca  vəznindən 

bəhs edərək yazır: “Azərbaycan şeirində heca 

vəzninin  işlənmə  tarixi  daha  qədimdir. 

Ədəbiyyatımızın  ən  qədim  abidələri  olan 

“Avesta”  və  “Dədə  Qorqud”dakı  şeirlər  heca 

vəznindədir.Heca vəzni  Azərbaycan dili  üçün 

ən  oynaq,  yüngül,  ahəngdar  şeir  ölçüsüdür. 

Şifahi  xalq  yaradıcılığının  nəzmlə  olan 

nümunələri  bu  vəzndədir.  Ona  görə  də  bu 

vəzn  Azərbaycan  xalqının  milli  şeir  ölçüsü 

hesab edilir. 

Heca  vəznində  yaranmış  şeirlərdə 

ahəngin birinci əsas şərti misralarda hecaların 

sayıdır. Başqa  sözlə, bu vəzndə hecaların sayı 

əsas götürülür”.

85

   



“Kitabi-Dədə  Qorqud”un  müqəddimə-

sində  oxuyuruq:  “Hecəsinlən  düz  oxunsa 

yasin  görklü”. 

86

  Burada    təkcə  heca 



vəznindən  yox,  həm  də  onun  vurğusu, 

bölgüsü  və  avazı  ilə  düzgün  oxunmasından 

söhbət  gedir.  Bu  cür  düzgün  oxunsa,  yasin 

görklü, yəni müqəddəs və gözəl olar. 

Əlbəttə,  bizi  daha  çox  maraqlandıran 

heca  vəzninin  Azərbaycan  xalq  şeirinin 

inkişafındakı  tarixi  roludur.  Bayatıları  bu 

                                                           

85

 Ş.Mikayılov. Ədəbiyyat nəzəriyyəsi, Maarif, bakı, 1981, 



səh.57. 

86

 “Kitabi-Dədə Qorqud”, Gənclik. Bakı, 1977, səh.16. 




 

    


255

 

 



qədər  rəngarəng  və  çoxşaxəli  edən,  zəngin-

ləşdirən, ürəyə yatımlı edən amillərdən biri də 

onun  musiqi  ilə  bağlılığıdır.  Ə.Haqverdiyev 

yaslarda  yuğçuların  iki  simli  “qobuz”la  ağı 

oxuduqlarını qeyd edir.

87

 



“Bayatı-Qacar”, “Bayatı-Şiraz”, Bayatı-

İsfahan”, “Sallama bayatı”, “Çoban bayatısı”, 

“Köç 

bayatısı” 



bayatının 

musiqi 


ilə 

əlaqəsindən yaranmışdır. 

Ə.Dəmirçizadə  yazır:  “Ədəbi  və  elmi 

dildə  işlənən  “Bayatı”,  “Əfşar”,  “Varsağı”, 

“Qaytağı”  və  bu  kimi  bir  sıra  folklor-musiqi 

terminləri  mənşəcə  oğuz  tayfalarının  adı  ilə 

bağlıdır”.

88

 



Bayatı  termini  hər  cəhətdən  Boyat 

qəbiləsinin  adı  ilə  əlaqələndirilir.  “Kitabi-

Dədə  Qorqud”  epos-dastanının  müqəddi-

məsinin  ilk  cümləsi  belə  başlayır.  “Rəsul 

əleyhüssəlamın  zamanına  yaxın  Bayat 

boyundan Qorqud Ata derlər bir ər qopdu”.

89

 

Məşhur  türk  folklorşünası,  “Divani-



lüğət-it  türk”    əsərinin  araşdırıcısı  prof.  Dr. 

                                                           

87

 Ə.Haqverdiyev. Seçilmiş əsərləri.  İkinci cild (Bədii nəşr və 



məqalələr), Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1971, səh.417-

418. 


88

 Prof. Ə.M.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının 

dili, APİ-nin nəşriyyatı, Bakı, 1959, səh.7. 

89

 “Kitabi-Dədə Qorqud”, Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 



1962, səh.11. 


 

    


256

 

 



Saim  Saakoğlu  yazır:  “Divani-lüğət-it-türk”ə 

şeir  kəlməsi  ilə  ilgili  olaraq  aşağıdakı 

terminlər  keçməkdədir.  Qoşqu:  şeir,  qəsidə 

qarşılığı olaraq qullanmışdır”. 

Folklorşünas-alim 

İsrafil 


Abbasov 

yazır:  “Hələ  əsrin  ikinci  yarısında  tərtib 

olunmuş  “Divani-lüğət-it-türk”də  bir  sıra  el 

ədəbiyyatı  inciləri  ilə  yanaşı,  bayatı-mani 

səpkisində 

nümunələr 

də 

özünə 


yer 

tapmışdır”.

90

 

İtil suyu aza durur, 



Qaya dibi qaqa durur

Balıq təlim baqa durur, 

Gölüng təki küşerür. 

 

*** 



(İtil suyu axar durur, 

Qaya dibini döyər durur. 

Bütün balıqlar baxar durur, 

Gölü daha daşırır).

91

 

 



Hələ  bayatı  şəkilli,  yəni  bayatı  kimi 

qafiyələnən  rübailərdən  öncə  Azərbaycan 

xalq  şeiri  içərisində  səkkiz  hecalı  oxşamalar 

tək-tək özünü göstərmişdir. Məsələn: 

 

                                                           



90

 İsrafil Abbasov. Ön söz. Azərbaycan bayatıları, “Elm” 

nəşriyyatı, Bakı, 1984, səh.4. 

91

 “Divani-lüğət-it türk”, I Ankara, 1939, səh.125. 




 

    


257

 

 



Mənim qızım xana gedər, 

Yırğana-yırğana gedər. 

Qabağından   yellər əsər, 

Telləri hər yana gedər. 

 

*** 


Mənim qızım xana gedər, 

Sallana-sallana gedər. 

Sığal çəkir tellərinə, 

Əllərində şana gedər. 

 

*** 


Mənim qızım xana gedər, 

Bağı-gülüstana gedər. 

Başında ay toxaması, 

Təbrizə, Tehrana gedər. 

 

Klassik 


Azərbaycan 

xalq 


yazılı 

poeziyasında  sənət  vəsiqəsi  almış  əruz  vəzni 

müəyyən  dərəcədə  şifahi  xalq  şeirinə  də  öz 

təsir gücünü göstərə bilmişdir. “Mənim qızım 

xana  gedər”  adlı  səkkiz  hecalı  oxşamanın 

özündə  də  sezilməz  dərəcədə  əruzun  təsiri 

duyulmaqdadır. 

Araşdırıcı  Kamil  Hüseynoğlunun  elmi 

mülahizəsi  bu  baxımdan  maraq  doğurur.  O, 

yazır:  “Bütün  tarixi  inkişafı  boyu  türk  yazılı 

şeiri  daima  xalq  poeziyası  ilə  qarşılıqlı 

təmasda  olmuşdur.  Bu  əlaqənin  nəticəsində 

xalq şeiri heca bərabərliyinin sabitləşməsində 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə