1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə50/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   46   47   48   49   50   51   52   53   ...   98

 

    


244

 

 



Qız  da  oğlanı  cavabsız  qoymur, 

bədahətən deyir: 

Əzizinəm, çilovdan, 

Çil kəklikdən, çil ovdan, 

Tərlan özgə malıdı, 

Ac qalma, ye çilovdan.    

 

Dilin 


zənginliyi 

sayəsində 

poetik 

biçimli  şeir  şəkillərinin  meydana  çıxması 



üçün  yeni  imkanlar  açılır.  Bayatı  getdikcə 

daha məzmunlu, şəkli cəhətdən bitkinləşir  və 

yeni-yeni  qolların,  şaxələrin  yaranmasına 

səbəb  olur.  Qızılgül  kolu  kimi  sağa-sola  qol-

budaq  atır.  Bayatılı  hekayətlərdə  getdikcə 

bayatıların da sayı artır. “Nərgizlər” hekayəti 

buna misal ola bilər: 

Nişanlı  qız  və  oğlan  çəmən  seyrinə 

çıxırlar.  Yazbaşı  olur,  bənövşələr,  nərgizlər 

bir-birinə  göz  vurur.  Oğlanla  qızın  görüşüb 

söhbət etdiyi yerdə kəndlərindən olan bir kişi 

bura  gəlir.  Qız  tez  altı  taxta  tumanı  oğlanın 

başına atıb, onu gizləyir. Bunu görən kişi bir 

bayatı çəkir: 

Əzizinəm, nərgizlər, 

Top-top bitər nərgizlər. 

Əsrəmiş maya gördüm, 

Qoltuğunda nər gizlər. 

 



 

    


245

 

 



Qız  görür  ki,  çuğul  kişi  kəndə  tərəf 

xəbərə  qaçır. Qız tez  oğlanı  tumanın  altından 

çıxarır. Kişini geri çağırır və bir bayatı çəkib 

bildirir ki, bu özgəsi yox, nişanlımdır: 

 

Gedən, getmə, dayan, dur, 



Hər iş mənə əyandır. 

Nə çox tənə vurursan, 

Öz nərim, öz mayamdır. 

Qız  bununla  belə,  çuğul  kişinin  bayatısını  da 

cavabsız qoymur: 

 

Əzizinəm, nərgizlər, 



Top-top bitər nərgizlər. 

Sənin kimi çuğulu, 

Torpaq alar, yer gizlər. 

 

Bu  bir  içim  su  qədər  boy-buxunu  olan 



bayatılar 

hadisələrə 

yovuşaraq, 

epik 


yaradıcılıqla  birləşərək  dastan  yaradıcılığına 

doğru gedir. “Torpaq alar, yer gizlər” misrası 

“Dədə  Qorqud”  oğuznamələrinin  sonundakı 

“Cahannamə”  yarpaqlarını  xatırladır.  “Dədə 

Qorqud”  çeşməsindən  lirik-epik  janrlarımızın 

hamısı öz qədərincə sərbəst içmişdir. 

Bayatıların 

epik-lirik 

yaradıcılığa 

qoşulması  “Yaxşı-Yaman”  (Lələnin  dastanı), 

çoxvariantlı “Arzu-Qəmbər”, “Aşıq və Yaxşı” 



 

    


246

 

 



(Sarı  Aşığın  dastanı)  kimi  bitkin,  yetkin 

bayatılı  dastanların  yaranmasına  rəvac 

vermişdir. 

“Arzu-Qəmbər”in  Şamaxı  variantında 

on  beş,  Gəncə  variantında  on,  Bakı 

variantında  yeddi,  Qarayazı  variantında 

doqquz  bayatı  vardır.

79

  Azərbaycan  “Arzu 



Qəmbər”inin  süjetlərində  müəyyən  fərqli 

fikirlər  olduğu  kimi,  bənzərsiz  bayatılar  da 

mövcuddur.  Hətta  bu  bayatılar  İraq-Kərkük 

“Arzu-Qəmbər”indəki,  krım-tatar  folkloruna 

aid edilən variantlardakı bayatılardan da xeyli 

fərqlənir.  Bizim  üçün  maraqlı  olan  odur  ki, 

Qaqauz  folklorunda  da  tək-tək  “Arzu-

Qəmbər”  dastanları  ilə  səsləşən  bayatılar 

özünü  mühafizə  edib  saxlaya  bilmişdir. 

Məsələn: 

Ay da var, amber kibi, 

Ortası çember kibi. 

Kız, ben sana aşık oldum, 

Harzı ilə Kamber kibi.

80

 

 



Bu  faktın  özü  sübut  edir  ki,  “Arzu-

Qəmbər”  dastanı  vaxtı  ilə  türk  xalqları 

                                                           

79

 Xalqın söz mirvariləri, (Toplayanı və tərtib edəni Sədnik Paşa 



Pirsultanlı), “Azərnəşr”, 1999, səh.52-66 

80

 Qaqauz türkleri. Tarih-folklor və halq edebiyyatı, “Türk 



dünyası” nəşri, Ankara, 1991, səh. 155.  


 

    


247

 

 



arasında  geniş  yayılıbmış.  Biz,  hətta  Qaqauz 

maniləri-bayatıları  içərisində  deyişmələrə  də 

rast gəlirik: 

Sual: - Maniçi başı cəvahir misin,  

taşı misin? 

Bir kaç mani soylesam

Cibində taşım misin. 

 

Cavab:- Maniçi başıyım da, 

Cəvahir taşıyım da. 

Bir kaç mani söyləsən

Cibimde taşıyım da.  

 

Birinci  şəxs  qarşısındakından  soruşur 



ki,  sən  mani  (mani  söyləyənlərin)  başısanmı, 

sən  cəvahir  daşısanmı,  əgər  bir  mani 

söyləsəm,  məni  qiymətli  daş  kimi  cibində 

gəzdirərsənmi? 

Qarşıdakı  cavab  verir  ki,  mən  özüm 

mani (bayatı) söyləyənlərin başçısıyam, özüm 

cəvahir daşıyam. Lakin sən bir mani söyləsən, 

onu  cibimdə  daşıyaram.  Anlaşılır  ki,  bu  iki 

gəncin-qızla oğlanın deyişməsidir. Son yetmiş 

ildə  türk  xalqlarının  özünün  genetik  (qan 

yaddaşı),  tipoloji  əlaqələrini  qoruyub  yaşatsa 

da,  mədəni  əlaqələri,  folklor 

əlaqələri 

qırılmış, 

bir-birinə 

qaynayıb-qarışa 

bilməmişdir. Lakin aydınca hiss olunur ki, bu 



 

    


248

 

 



əlaqələr  əski  çağlarda  daha  möhkəm 

olmuşdur.  Hətta,  Krım-Tatar  və  Azərbaycan 

“Arzu-Qəmbər”lərində elə şeir şəkillərinə rast 

gəlirik 


ki,  artıq  o  nümunələr  bayatı 

məcrasından  çıxmış  kimi  görünür.  Məsələn:  

Dastanın  Gəncə    variantında    toy  zamanı 

Qəmbər  Arzunun  atının  cilovunu  çəkir,  at 

Qəmbərin 

dabanını  ayaqlayıb  yaralayır. 

Qəmbər buna etiraz edir və deyir: 

Al geyirsən, əsdirirsən, əmim qızı, 

Səbri-qərarım  kəsdirirsən,əmim qızı.                        

Çərpəndimi basdırırsan, əmim qızı. 



Arzu cavab verir: 

Çərpəndini basdırram, əmi oğlu. 

 

Dastanın  Bakı  variantında  həmin  şeir  bir  az 



fərqli şəkildədir: 

Qəmbər deyir: 

Əsdirirsən, əsdirirsən, 

Tellərini kəsdirirsən, 

Tələsirsən getməyə, 

Ayağımı basdırırsan. 

Arzu cavabında: 

Əsdirmirəm, əsdirmirəm, 

Tellərimi kəsdirmirəm. 

Tələsmirəm getməyə, 

Ayağını basdırmıram. 

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə