1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə47/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   43   44   45   46   47   48   49   50   ...   98

 

    


228

 

 



-

Beyrək  gedəli  Bambam  təpə  başına 

çıxdınmı, qız?

 

Qarılatıb dörd yanına baxdınmı qız? 



Qarğı kimi qara saçını yoldunmu qız? 

Güz alması kimi al yanağın yırtdınmı qız? 

(Gələnlə 

gedəndən 

Beyrək 

xəbərini 



sordunmu qız? 

Sevdigim  Bamsı  Beyrək  deyü-ağladınmı 

qız?) 

Qız, (çün) sən ərə varırsan, (barmağındakı) 



Altun üzük mənimdir, ver mana qız

70

-dedi. 



 

Banuçiçəyin  cavabı  da  həyəcanlıdır, 

könlünün həsrət yanğısı ondan da güclüdür: 

 

-Beyrək  gedəli  Bambam  təpə  başına 



çıxdığım çox. 

Qarğı kimi qara saçımı yolduğum çox. 

Güz alması kimi al yanağımı yırtdığım çox 

Gələnilə gedəndən sorduğum çox

Qara gözdən acı yaşı tökdüyüm çox. 

Vardı gəlməz bəy iyidim

Xan iyidim Beyrək-deyə ağladığım çox

71



 

“Aşıq  Qərib”  dastanında  da  eyni 

məqamın  təsvirinə  rast  gəlirik.  Diqqət  verilsə 

görərik 


ki, 

Banuçiçəklə 

Şahsənəmin 

                                                           

70

 “Kitabi-Dədə Qorqud”, Gənclik, Bakı, 1962, səh 65 



71

 Yenə orada, səh 65 




 

    


229

 

 



cavablarını bir-birindən seçmək olmur. Elə bil 

ki,  Şahsənəm  Qəribin  yox,  Bamsı  Beyrəyin 

suallarına cavab verir: 

Evimizin dalı xırda təpələr, 

Orda yağış yağsa burda səpələr. 

Mücrümdə qalıbdır almaz küpələr

Heç birin taxmadım, yar sən gedəli. 

 

Cavabları bir-birindən söy və qoşmanın 



şəkli  xüsusiyyətləri  ayırır.  Tədqiqat  üçün  ən 

kiçik  izlər,  əlamətlər,  işartılar  da  böyük 

əhəmiyyət kəsb edir, böyük məna və məqsəd 

daşıyır. 

Folklorumuzun  bilicisi,  onun  dərin 

zəkalı  araşdırıcılarından  biri  olan  akademik 

Mirzə  İbrahimov  yazır:  “Heç  şübhəsiz 

bayatılar,  müdrik  xalq  məsəlləri,  nağıllar  bir 

adamın,  iki  adamın  yox,  yüzlərlə,  minlərlə 

adamın  iştirakı  ilə  yaranmışdır,  yəni 

ümumxalq  şüurunun,  ümumxalq  bədii 

təfəkkürünün  məhsuludur.  Həm  də  bayatı, 

ağı,  gəraylı  kimi  şeir  formaları  birdən-birə 

əmələ gəlməmişdir, yavaş-yavaş, on illər, yüz 

illər  ərzində  bədii  sözün  ibtidai  təşbehlər, 

oxşatmalar şəklində daha dolğun və mürəkkəb 

ifadə  vasitələrinə  doğru  tədricən  təkamülü 



 

    


230

 

 



nəticəsində 

formalaşmışdır”

72



Xalq 



ədəbiyyatının varlığından doğan kiçik və sadə 

folklor  janrları  yeni  keyfiyyətlər,  çalarlar, 

məna və məzmun qazana-qazana təkmilləşmiş 

və  yeni  bitkin  janrların,  o  cümlədən,  şeir 

formalarının  yaranıb  üzə  çıxmasına  səbəb 

olmuşdur.  El  arasında  belə  bir  ifadə  var: 

“Mənə  qara  təppəcə  gəlmə”

73

.  Məlumdur  ki,  



forma  aktiv,  məzmun  passiv  olur.  Daha 

doğrusu, forma tez dəyişir, məzmun gec. Bu o 

deməkdir ki, folklorda ibtidai şəkildə yaranan 

nümunələr itib batmır, bu və ya digər şəkildə 

formasını  dəyişsə  də,  məzmununu  saxlayır, 

əlbəttə,  bu  məzmun  yeni  keyfiyyətlər  də 

qazanır.  Tapmacalar  da  bayatı-bağlamalara 

çevrildiyi  kimi,  cinaslı  bayatılarla  qovuşduğu 

kimi,  qara  təppəcələr  də  bayatılar  içərisində 

minarələrə,  bayatı  deyişmələrə  üz  tutmuş, 

bunlar  da  öz  növbəsində,  aşıq  yaradıcılığında 

əvvəl  bayatı  hərbə-zorbalarına,  sonra  da 

qoşma 

hərbə-zorbalarına 



çevrilmişdir. 

Bayatıların  bütün  incəliklərinə  damar-damar 

                                                           

72

  Mirzə İbrahimov. Aşıq poeziyasında realizm, EAN, Bakı, 



1966, səh. 21-22 

73

 Qara böyük,təppəcəninə əsli yəqin ki, tapmacadır. Bu ifadə 



qərb dialektində belə işlənir. Ümumi mənası budur: mənim 

qabağımı qara iri tapmaca ilə kəsmə, qabağıma yekə tapmaca 

dığırlama. 



 

    


231

 

 



bələd  olan  Sarı  Aşıq  minarələrin,  bayatı 

deyişmələrin yaranmasına rəvac verdiyi kimi, 

bundan sonra yaradıcılığa başlayan, Sarı Aşıq 

yaradıcılığını  sevən  və  ona  bir  qaynaq  kimi 

yanaşan,  ondan  faydalanan  Xəstə  Qasım  da 

aşıq  poeziyasında  bayatı  hərbə-zorbalarla 

yanaşı,  qoşma-qıfılbəndlərə  meydan  vermiş 

və  özü  də  onların  ən  gözəl  nümunələrini 

yaratmışdır.  Xəstə  Qasımın  yaratdığı  hərbə-

zorba  bayatı  və  qoşmalar  Ləzgi  Əhmədlə 

deyişmədə  tam  üzə  çıxır  və  öz  qüdrətini 

göstərir. Bayatı hərbə-zorba: 

Ləzgi Əhməd: 

Dədəsən, dədə Qasım, 

Yandırram, oda, Qasım. 

Ləzgi Əhməd əlindən, 

Gedərsən dada, Qasım. 

Xəstə Qasım: 

Əhməd, belin dağa ver, 

Hirsinə qadağa ver. 

Qurtarsan bu Qasımdan, 

Bir ye, beş sadağa ver. 

 

Xəstə  Qasımın  qoşma  hərbə-zorbası  



ölməz  bir  sənət  nümunəsi  olmaqla  yanaşı, 

aşıq  poeziyamızda  özündən  sonra  gələn 

sənətkarlar üçün bir örnək olmuşdur: 

 



 

    


232

 

 



Ləzgi Əhməd, mənəm Fizuli nəsli, 

Bəhrilərdə mən ümmanam, sən nəsən? 

Dərin kitabları məna eylərəm, 

Söz anlayan, dərd qananam, sən nəsən? 

 

Bu hərbə-zorbada  Xəstə  Qasım  özünün 



“Füzuli  nəsli”ndən  olduğunu  deməklə,  həm 

də  xalq  yaradıcılığı  ilə  yanaşı,  yazılı 

ədəbiyyat 

qaynaqlarından 

da 

dərindən 



bəhrələndiyini bildirmək istəmişdir. 

“Büllur  qaşlı,  qızıl  cildli  kitabı,  zərli 

qələmdanı”-olan  Xəstə  Qasım  dövrünə  görə 

mükəmməl  mədrəsə  təhsili  görmüş,  istedadlı 

aşıq-şair olmuşdur. 

Xəstə Qasım, kəsilibdir, gülabım, 

Qızılgültək çəkilibdir gülabım, 

Billur qaşlı, qızıl cildli kitabım, 

Yoxdur zərli qələmdanım əlimdə. 

 

Öz  sağlığında  çox  şey  itirən  Xəstə 



Qasım,  gör  özündən  sonra  nələr  itirmişdir. 

Bütün  bunlara  baxmayaraq,  Xəstə  Qasım 

Azərbaycan 

xalq 


ədəbiyyatında, 

aşıq 


poeziyasında  nəinki,  öz  mövqeyini,  ucalığını 

saxlamış,  hətta,  özündən  sonra  sənət 

meydanına  gələn  sənətkarlara  da  işıq  tutmuş, 

yol göstərmişdir. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə