1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə48/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   44   45   46   47   48   49   50   51   ...   98

 

    


233

 

 



Dağıstana  səfər  etmiş  Xəstə  Qasımdan 

sonra  sənət  meydanına  gələn  XVIII  əsrin 

nəhəng sənətkarı, onun kimi real tarixi  dastan 

yaratmış  Aşıq    Valeh  də  Dərbəndə  səfər 

etmişdir.  Valeh  də  Xəstə  Qasım  kimi  hərbə-

zorbalara,  deyişmələrə  öz  yaradıcılığında  və 

həyatında geniş meydan vermişdir. 

Xəstə  Qasım  üzünü  Ləzgi  Əhmədə 

tutub  qürurla:  “Ləzgi  Əhməd,  mənəm  Füzuli 

nəsli”-deyirsə,  Abdalgülablı  Aşıq  Valeh  də 

qarşıdakı  rəqibinə  eyni  ahəngli  hərbə-

zorbayla meydan oxuyur: 

Qarabağdan dov eyləyib gəlirəm, 

Məndən dovtələbi varsa, de gəlsin! 

Cəhənnəmi bu dünyada göstərim, 

Hansı bəndə günahkarsa, de gəlsin! 

 

Sarı  Aşığın  cinaslı  bayatılarını  cığalı 



təcnislərində  çeşni  götürüb  toxuyan  və 

faydalanan  Xəstə  Qasım  heca  vəznli  şeirləri, 

bayatı  və  qoşmaları  yüksək  sənətkarlıq 

səviyyəsinə 

qaldırmış  və  bununla  da 

gələcəkdə  şifahi  və  yazılı  poeziyamızın 

inkişafı  üçün  zəmin  yaratmışdır.  Akademik 

Mirzə  İbrahimov  aşıq-şairin  böyük  istedad 

sahibi  olduğunu  belə  qeyd  edirdi:  “Xəstə 

Qasım,  heç  şübhəsiz  ki,  həyatı  bədii,  idrak 




 

    


234

 

 



duyğusu  güclü  olan  ustad  aşıqdır”

74

.  Xəstə 



Qasım  şeirinin  rəvan,  axıcı  dili,  poetik 

rəngarəngliyi  ilə  özündən  sonra  gələn 

sənətkarlara  güclü  təsir  göstərmişdir.  Öz 

araşdırmalarında  bunu  görən  akademik 

Həmid Araslı yazırdı: “Xəstə Qasımın əsərləri 

dil, 


ifadə 

xüsusiyyətləri 

ilə 

Vaqif 


yaradıcılığına  çox  yaxındır”

75

.  Əlbəttə,  Xəstə 



Qasım  Vaqifdən  əvvəl  yazıb-yaratmış  və 

mükəmməl ədəbi irs qoyub getmişdir. 

Sözsüz  ki,  Xəstə  Qasım  şeirinin  dil 

əlvanlığı xalq yaradıcılığı çeşməsindən, bayatı 

inciləri  xəzinəsindən  gəlir.  Xəstə  Qasım 

şeirinin  dili  bayatılarımızın  dilidir.  O,  bu 

büllur çeşmənin gözündən içib. 

“Xəstə Qasımın yaratdığı sənət inciləri, 

xüsusilə,  təcnis,  qıfılbənd,  ustadnamə  və 

başqa  şeirləri  onun  aşıq  yaradıcılığındakı 

ədəbi mövqeyini ucada saxlamağa və istedadlı 

bir  sənətkar  olduğunu  söyləməyə  haqq 

verir”

76



                                                           

74

 Mirzə İbrahimov. Aşıq poeziyasında realizm, EAN, Bakı, 



1966, səh 42 

75

 Həmid Araslı. Aşıq yaradıcılığı, Birləşmiş nəşriyyat, Bakı, 



1960, səh 73 

76

 Sədnik Paşayev, Azərbaycan folkloru və aşıq yaradıclığı, 



ADUN, Bakı 1989, səh 72 


 

    


235

 

 



Fikrimi  heca  vəznli  şeirin  bir  bayatı 

incisi  və  bir  də  bir  bitkin  qoşma  bəndi  ilə 

tamamlamaq niyyətindəyəm. 

Bayatı: 


Aşığam gəlməsin yaz, 

Sözün yaz, kəlməsin yaz. 

Gül gəlsin, bülbül gəlsin, 

Gəlməsə, gəlməsin yaz. 

Qoşma: 

Getmə, getmə, görüm, kimin yarısan, 



Hansı bəxtəvərin vəfadarısan. 

Kölgədə bəslənmiş quzey qarısan, 

Səhərin yelləri tez dəyər sənə. 

(Dirili Qurbani) 

 

Sonda  yenidən  boy  verən  bayatı  və 



qoşma onu demək istəyir ki, hələ biz dururuq, 

yuxarıda  deyilənlər  hazırlıq  mərhələsi  idi. 

Dilin  qızıl  söz  külçəsi  olan  bayatılar, 

əsrlərdən  bəri  saza  yoldaşlıq  edən  qoşmalar 

haqqında  geniş  tədqiqat  əsərləri  yazılacaq, 

onların  şifahi  və  yazılı  poeziyamızda  heca 

vəznli şeirimizin inkişafında necə əhəmiyyətli 

rol oynadıqları genişliyi ilə açıqlanacaqdır. 

 

 

  



 


 

    


236

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

    


237

 

 



Heca vəzninin bayatı və qoşma 

möcüzələri

 

 



Yeddi  hecalı  bayatılar  xalq  mahnı-

larının yaranmasına rəvac vermişdir. 11 hecalı 

qoşmaları  isə  heca  vəznində  saz  yaratmışdır. 

Quşların  dilindən  deyilən,  azhecalılıqdan 

çoxhecalılığa doğru yol alıb gələn nümunələrə 

bir anlığa diqqət yetirək: 

 

Hop-hop, 



Gül-top. 

 

Və yaxud: 



Qaranquşam, qaranquş, 

Quyruğum ayrıc-ayrıc. 

Məni vuran bay oğlu, 

Qan qussun ovuc-ovuc. 

 

Başqa bir misal anaların oxşamasında: 



 

Dağda meşəlik, 

Gül bənövşəlik. 

Mən həmişəlik 

Bu balama qurban. 

 



 

    


238

 

 



Bütün  bura  qədər  şəkillənən,  biçim-

lənən  bitkin  şeir  janrına  çevrilən  bayatının 

meydana gəlməsində mənzum atalar sözünün, 

mənzum tapmacaların oynadıqları roldan bəhs 

olunmuşdur.Məsələn: 

 

Gülabı güldən allam, 



İyin bülbüldən allam. 

Bağda bülbül can versə

Qanını güldən allam. 

 

Xalq  şairimiz  Rəsul  Rza  “Uzaq  ellərin 



yaxın  töhfələri”  adlı  elmi  yazısında  Kərkük 

maniləri-bayatıları  içərisindən  bundan  da 

qiymətli bir inci seçib nümunə vermişdir: 

 

Bülbül kişidi gəldi, 



Dərdə tuşudu gəldi. 

Bülbül gül havasına, 

Hələ qış idi, gəldi. 

 

Bayatının  təsiri  hörmətli  şairimizin 



duyğularını  təlatümə  gətirmiş,  hiss-həyəcan 

düşüncə ilə birləşərək, insanı valeh edərək elə 

qənaətlər  yaratmışdır  ki,  bunları  yalnız  şairin 

öz sözləri izah edə bilər: “Bülbül niyə gəlib?”, 

o,  “gül  havasına  gəlib”.  Gül  sorağına 

deyilsəydi  bu  qədər  qüvvətli  çıxmazdı. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə