1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə46/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   42   43   44   45   46   47   48   49   ...   98

 

    


223

 

 



şərait  yaratmışdır.  Mərasimlər,  sayaçılar,  ata 

sözləri,  tapmacalar,  əsatir  və  əfsanələr, 

rəvayətlər,  nağıllar,  söyləmələr,  lətifələr  xalq 

ədəbiyyatının varlığından doğmuşdur. 

Folklor  janrları  içərisində  kiçik  və  ya 

böyük  təsadüfi  heç  nə  yoxdur,  onların  hərəsi 

bir  zərurət  nəticəsində  yaranmışdır.  Layla-

dırsa,  körpənin  yatmasına,  oxşamadırsa, 

körpənin  yenidən  həyata  hazırlanmasına, 

yanıltmacdırsa,  uşağın  düzgün  tələffüzünə, 

nitqin  aydınlığına,  səlisliyinə,  tapmacadırsa, 

dünyagörüşünün  formalaşmasına,  təbiət  və 

cəmiyyət  haqqında  geniş  məlumata  malik 

olmasına  xidmət  edir.  Eləcə  də,  mərasimlər 

əcdadlarımızın  inam  və  etiqadlarını  yaşadır. 

Mövsüm  və  məişət  mərasimlərinin  özü  də 

insanı  təbiətlə,  cəmiyyətlə  vəhdətdə,  daimi 

təmasda  olmağa  öyrədir.  Insan  günəşli 

günlərin,  yağmurun  sürəkli  davam  etməsini 

istəmir,  mötədillik,  bezdirici  olmayan,  əkini, 

biçini  becərməyə  imkan  verən  mülayim  və 

əlverişli  şərait  istəyir.  Uca  dağlardan,  xalqın 

tapındığı müqəddəs yerlərdən inamı olan pak 

insanlar  xurcun-xurcun  xırda  daş  gətirib,  elat 

camaatına 

paylayır. 

Davamlı 

quraqlıq 

keçəndə daşın birini suya atıb deyir: 

Dağlardan daş gəlibdi, 

Gözündə yaş gəlibdi. 



 

    


224

 

 



Bu  sözləri  deyir  və  üzünü  göyə  tutub, 

ulu  tanrıdan  yağış  diləyir.  Əksinə,  yağmurlar 

ara vermədikdə daşın birini oda atır və deyir: 

Dağlardan daş gəlibdi, 

Od, atəş gəlibdi. 

Yenə  də  üzünü  göyə  tutub  günəşin 

çıxmasını  arzulayır.  Istər  mərasim  nəğmələri 

olsun,  istərsə  də  başqa-başqa  folklor  janrları 

olsun,  bunlar  bir  toplumun  içində,  ürəyində, 

zehnində  yaşayır,  bu  ona  yadigar  qalmış 

mənəvi dəyərlərdir. Onun dünəni, bu günü və 

sabahıdır. 

Əsrdən-əsrə  qətrə-qətrə,  yığıla-yığıla 

gələn,  cilalanan,  qızıllaşan,  zəngin  bir 

xəzinəyə  çevrilən  folkorumuzda  nə  yoxdur? 

Folklorumuzun daxilində cilalanan, yeniləşən, 

təkamülünü  davam  etdirən  xalq  mərasimləri 

də  yaradıcılıq  prosesində  öz  forma  və 

məzmunlarını  dəyişmişdir.  Mövsüm  mərasi-

minə  daxil  olan  əski  saya  sözləri  bayatı 

formalı  sayaçı  oxşamalarına  çevrilmişdir. 

Folkorşünas-alim, professor Mürsəl Həkimov 

haqlı  olaraq  yazır:  “Sayaçı  sözü,  bizdə 

Sayanın  el  nəğməkarı-aşığın  ən  ulu  babası 

olmasına heç bir şübhə yeri qoymur

67

”. 



                                                           

67

 Xalq deyimləri və duyumları, “Maarif” nəşriyyatı, (Toplayıb 



tərtib edəni Mürsəl Həkimov), Bakı, 1986 səh 10 


 

    


225

 

 



Əski sayaçı sözünə diqqət yetirək: 

Salamməleyk, say bəylər, 

Bir-birindən yey bəylər. 

Saya gəldi, gördünüz, 

Salam verdi aldınız. 

Alnı təpər qoç quzu, 

Sayaçıya verdiniz. 

Səfa olsun yurdunuz. 

Ulamasın qurdunuz. 

Ac getsin avanınız

68



Tox gəlsin çobanınız. 



Nəhayət, sayanın kimdən qaldığı soruşulur: 

Bu saya kimdən qaldı? 

Adəm Atadan qaldı. 

Adəm Ata gələndə, 

Qızıl öküz duranda, 

Buğda sünbül salanda, 

Dünya binnət olanda

Musa çoban olanda. 

Bu  əski  sayaçı  sözlər  bizi  iki  cəhətdən 

maraqlandırır,  bir  sonra  yaranan  sayaçı 

sözlərdən  şəkli  xüsusiyyətlərinin  fərqi,  bir  də 

qədim  izləri  özündə  qoruyub  saxlaması. 

Sayaçı  da  ozan  kimi  “alnı  təpəl  qoç  quzu” 

alır.  “Kitabi-Dədə  Qorqud”dakı  “Bamsı 

Beyrək” boyunun bir məqamına baxın: 

                                                           

68

 Avan-ziyankar canavar 




 

    


226

 

 



Qız, ozanı öz ağası Beyrəyə oxşadıb deyir: 

 

-Çalma ozan, bir zaman ayıtma ozan! 



Ağam Beyrək gedəli bizə ozan gəldiyi yox. 

Əynimizdən qaftanımızı aldığı yox. 

Başımızdan gecəliyimizi aldığı yox! 

Buynuzu burma qoçlarımızı aldığı yox

69



 



Xalq  öz  sayaçısına  “Alnı  təpəl  qoç 

quzu”,  ozanına  da  “Buynuzu  burma  qoç” 

ənam  vermiş,  eyni  dərəcədə  söz  yaradıcısı 

kimi  əziz  tutmuş,  yaşatmışdır.  Özan  söyləri 

(şeirləri)  öz  ömrünü  aşıq  qoşmasına  verdiyi 

kimi,  əski  sayaçı  sözlər  də  öz  yerini  sayaçı 

oxşamalara vermişdir. 

Dərindən  diqqət  yetirsək  və  öyrənsək 

görərik  ki,  hər  bir  əski  ənənələrin,  hər  şeyin, 

hər mətləbin əski abidələrimizdə az və ya çox 

dərəcədə izi qalıb. 

Sayaçı oxşamalarına bir nümunə: 

Nənəm, a narınc qoyun, 

Yunu bir qarış qoyun, 

Çoban səndən küsübdü, 

Südün ver barış qoyun. 

                                                           

69

 “Kitabi-Dədə Qorqud”, Gənclik, Bakı, 1977, səh 64 




 

    


227

 

 



Məzmunca  fərqlənsə  də,  quruluşu 

etibarı  ilə  sayaçı  oxşamaları  da  bayatılara, 

bağlama-bayatılara bənzəyir. 

Azərbaycan  folklorunun  əski  çağlarını 

öyrənməkdə 

“Kitabi-Dədə  Qorqud”  və 

Nizami  “Xəmsə”si  ən  mötəbər  mənbədirlər. 

Xüsusilə,  anadilli  “Dədə  Qorqud”  boylarına 

nəzər  saldıqda  şifahi  xalq  ədəbiyyatımızın 

keçdiyi  yolu,  onun  inkişaf  mərhələlərini 

izləməklə, eyni zamanda, onun nəyi itirdiyini, 

nəyi  qazandığını  müqayisə  edə-edə  öyrənə 

bilirik. 

Bu  yolla  getdikdə  həm  heca  vəznli 

şeirimizin  inkişaf  mərhələlərini,  folklor 

təfəkkürünün 

qazandığı  yeni  məzmunu 

yaşadan və inkişaf etdirən onun gözəl ənənə-

lərinin  olmasıdır.  Bu  ənənələrdən  biri  əski 

çağlarla bu günün əlaqəsi məsələsidir. Sayaçı, 

ozan,  aşıq  yaradıcılıqları  tarixən  əski  sayaçı 

sözlərinin  köməyi  ilə  xalqın  sayaçıya,  “Dədə 

Qorqud”  boylarının  vasitəsi  ilə  ozana  pay 

verdiyini, öz sənətkarlarını əzizlədiyini, yaşat-

dığını  öyrənirik.  Biz  qeyd  etdik  ki,  ozan  öz 

yaradıcı  ömrünü  aşığa  vermişdir.  Gəlin, 

“Bamsı Beyrək” boyundakı bir mənzərəni göz 

önünə  gətirək.  Dustaqlıqdan  qayıdan  Beyrək 

nişanlısı Banuçiçəkdən soruşur: 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə