1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə42/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   38   39   40   41   42   43   44   45   ...   98

 

    


203

 

 



Sarı  Aşığın  cinaslı  bayatıları  elə 

sənətkarlıqla 

qurulmuşdur  ki,  deyəndə 

qarşıdakı yerindəcə donub qalır. 

Aşıq, qaz binə bağlar, 

Meylin Qəzbinə bağlar. 

Gözüm yaşı göl olar, 

Ördək, qaz binə bağlar. 

Göz  yaşının  axıb  sel,  göl  əmələ 

gətirməsini hələ Sarı Aşıqdan əvvəl də çoxları 

deyib, amma göz yaşından əmələ gələn göldə 

ördəyin,  qazın  məskən  salıb  binə  bağlaması, 

üzüşməsi  orijinal  bir  bədii  lövhə  kimi  məhz 

Sarı  Aşığa  məxsusdur.  Sarı  Aşığın  eşq, 

məhəbbət, sevgi yanğısı nələr yaratmamışdır. 

Mən aşıq, genə xar, 

Araz Kürdə gen axar. 

Cəfanı bülbül çəkər. 

Gülü qucar genə xar. 

 

Daha 



bir 

bayatı-bağlamada 

isə 

obrazlılıq o dərəcədə güclüdür ki, onu açmaq 



güclü dərrakə tələb edir.  

Mən aşiqəm ustakar, 

Nədən olsun usta kar? 

Süd istər, məmə istər, 

Şagird laldı, usta kar. 

Bu  bayatı-bağlama  ana  ilə  uşaq 

haqqında 

düzəldilmiş 

bayatı-bağlamadır. 

Uşaq  acıb  məmə  istəyir,  süd  istəyir.  Lakin 




 

    


204

 

 



şəyird  olan  körpənin  dili  açılmamışdır.  O, 

laldır.  Usta  olan  ana  isə  yatdığı  üçün  kardır. 

Xalq  nəyi  yaradırsa,  düşünüb  yaradır  və  hər 

bir  folklor  nümunəsinə  bədii  kamillik  bəxş 

edir.  Əlbəttə,  bayatı  janrı  özü  xüsusi  bir 

sahədir  və  heca  vəzninin  inkişaf  tarixində 

onun özünəməxsus yeri vardır.  

İraq-Kərkük 

folklorunda, 

onun 


xoryatları-bayatıları  içərisində  Sarı  Aşığın 

bayatıları  ilə  yanaşı  dura  biləcək  nadir 

incilərin  olması  bizi  sevindirir,  coşdurur, 

qanadlandırır. Məsələn: 

Yaz, yara, 

Sinəmdə var yüz yara

Leylanın bir zülfünü, 

Məcnun verməz yüz yara. 

Və ya: 

Ay demərəm, 



Can versəm, ay demərəm

59



Hüsnün durarkən gözəl, 

Aya mən, Ay demərəm. 

*** 

İstər gül, 



Bülbül ağlar,istər gül, 

Həyatın sonu ölüm, 

İstər ağla, istər gül. 

                                                           

59

 Yəqin ki, oy demərəmdi, qafiyə xatirinə ay qalmışdır. 




 

    


205

 

 



*** 

Necə dağlar, 

Qarşıda necə dağlar. 

Yetim yanağı bilir, 

Göz yaşı necə dağlar. 

*** 


XVII  əsrin  nəhəng  simalarından  olan 

Sarı  Aşığın  bayatı  yaradıcılığı  Azərbaycan 

ədəbiyyatı  tarixində xüsusi bir  mərhələ  təşkil 

edir.  Sarı  Aşıqdan  əvvəl  və  sonra  yaşayıb 

yaratmış bayatı yaradıcılarından heç biri onun 

fəth etdiyi zirvəyə yüksələ bilməmişdir

60

. Sarı 


Aşığın  yaradıcılıq    çeşməsi  özündən  sonra 

gələn  sənətkarlar  üçün  bir  qaynaq  rolu 

oynamışdır.  Sarı  Aşıqdan  sonra  sənət 

meydanına  gələn  Tikmədaşlı  Xəstə  Qasımın 

bu  zəngin  söz  xəzinəsindən  bəhrələnməyinə 

inanmamaq  olmaz.  Qoşma-qıfılbənd,  təcnis 

üçün  özül  daşı  olan  Sarı  Aşığın  bayatı-

bağlamaları  Xəstə  Qasım  kimi  böyük 

sənətkarın diqqətindən kənarda qala bilməzdi. 

Xəstə  Qasımın  şeir  yaradıcılığına  baş  vursaq, 

yəqin 

ki, 


fikir 

və 


mülahizələrimizi 

əyaniləşdirməyə, nəsə deməyə imkan əldə edə 

bilərik. 

                                                           

60

 Sədnik Paşayev. Azərbaycan folkloru və aşıq yaradıcılığı, 



ADUN, Bakı, 1989, səh 41 


 

    


206

 

 



Xəstə  Qasım  hələ  qoşma-qıfılbəndlərə, 

təcnislərə,  cığalı  təcnislərə  girişməzdən  əvvəl 

qəribə  bir  şeirlə  məşq  edir  və  o  şeirdən 

özünün  də  xoşu  gəlir.  Həmin  şeir  aşıq 

poeziyasında  xüsusi  məzmuna  və  deyim 

tərzinə malik bitkin bir əsəridir. 

“Gizlənər”  rədifli  bu  qoşma  qəribə  bir 

şəkildə  qurulmuşdur.  Məzmun  çalarına  görə, 

minarələri, 

bayatı-bağlama 

deyişmələri 

xatırladır. 

Özü 

sual 


verir, 

özü 


də 

cavablandırmağa  çalışır.  Bu,  Xəstə  Qasım 

qıfılbəndlərinə gedən yolun başlanğıcıdır: 

O necə quş idi yaz gələr bağa

Sinəmi çəkiblər düyünə, dağa. 

Bir şana, bir bafta, bir də cığa, 

Bu üçü bir olsa, teldə gizlənər. 

*** 


O necə quş idi anasın əmər, 

Havada dövr edər şəms ilə qəmər. 

Bir qılınc, bir xəncər, bir də kəmər, 

Bu üçü bir olsa, beldə gizlənər. 

*** 

Aladır gözləri şəhlayı-nərgiz, 



Sənin tək bir gözəl bulunmaz hərgiz. 

Bir bulaq, bir hovuz, bir də ki, kəhriz, 

Bu üçü bir olsa yerdə gizlənər. 

*** 


 


 

    


207

 

 



Yar ki, yara şirin verər salamı, 

Təbibimsən özün bağla yaramı. 

Bir oğru, bir əyri, bir də haramı, 

Bu üçü bir olsa kolda gizlənər. 

*** 

Xəstə Qasım deyər: ləbi ballı qız, 



Bu şirin göftarlı, üzü xallı qız. 

Bir qələm, bir davat, bir də kağız 

Bu üçü bir olsa əldə gizlənər

61



 

Xəstə  Qasımın  bu  şeirini,  Sarı  Aşığın 

bayatı-bağlamalarından  ayıran  birinin  qoşma, 

o  birinin  bayatı  şəklində  olmasıdır.  Xəstə 

Qasım bu qoşmanı sazın iştirakı ilə, sazın kök 

və  pərdələrinin  köməyi  ilə  yaratmışdır.  Xalq 

poeziyasının  düzgü,  bayatı,  mənzum  atalar 

sözü,  bağlama-bayatılarından  fərqli  olaraq 

qoşma, 

qoşma-qıfılbənd, 



təcnis 

sazın 


bəhrəsidir. 

Qoşmanın  sazla  bağlı  olmasını  heca 

vəznli  qoşmamızın  ilk  yaradıcılarından  olan 

Şah İsmayıl Xətai deyir: 

 

Bir gün ələ almaz oldum mən sazım, 



Ərşə dirək-dirək çıxar avazım. 

                                                           

61

 Xəstə Qasım (tərtib edəni Sədnik PAşayev), Gənclik , Bakı, 



1975, səh 34 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə