1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə45/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   41   42   43   44   45   46   47   48   ...   98

 

    


218

 

 



Bir at mindim başı yox, 

Üzük tapdım qaşı yox. 

Burda bir gözəl ölmüş

Yanında qardaşı yox. 

Bu  bayatıda  izaha  ehtiyacı  olan  ikinci 

misradır: “Üzük tapdım qaşı yox”. Belə bir el 

sözümüz  var:  “Üzük  qaşı  ilə,  qız  qardaşı  ilə 

qiymətli  olur”.  Bu  vaxtsız  ölmüş  gözəlin  bir 

faciəsi  də  odur  ki, o  özündən  əvvəl  qardaşını 

itirmiş, qaşsız üzük kimi qalmışdır. Bu faciəli 

mənzərəni  seyr  edən  və  ya  bayatını  düzüb 

qoşan kəs də son beytdə qardaşsız qızın halına 

yanaraq, məhz hər şeyi açıq deyir: 

Burda bir gözəl ölmüş, 

Yanında qardaşı yox. 

Başqa bir misal: 

Mən aşiqəm, tamam qan, 

Oxu dərsin, tamam qan. 

Bir dərya var, lil axır, 

Biri də var tamam qan. 

Mətləb son iki misradadır. Burada qanlı 

müharibələrdən  söhbət  gedir.  Bildirilir  ki, 

“ölkənin  biri  yavaş-yavaş  qarışıb,  suyu 

bulanmağa, lil axmağa başlayıb, o birində isə 

tamam  qandı”,    qan  tökülür,  dəryası-dənizi 

qana  boyanıb.  Eyni  ölkənin  daxilində  gedən 

faciələr,  qan-qadalar  isə  başqa  şəkildə 

mənalandırılır: 




 

    


219

 

 



Mən aşiqəm, tamam qan, 

Oxu dərsin, tamam qan. 

Bir dərya var, lil axır, 

Bir cülgəsi tamam qan. 

“Cülgə”-Kür  kimi  çaylardan  kiçik  su 

arxı  çəkib,  cülgələr-gölməçələr,  su  tutarlar 

yaradılır  ki,  onunla  bostan  suvarılsın,  qoyun-

quzu  içsin.  Iri  çayların  onlara  xatası 

dəyməsin.  Burada  “cülgə”  başqa  mənada, 

bütöv ölkənin bir parçası kimi verilmişdir. 

Bu  bayatının  bir  əhəmiyyəti  də  “cülgə” 

ifadəsini  yaşatmasıdır.  Tükənməz  folklor 

xəzinəmizdə  bu  cür  əvəzsiz  incilər,  böyük 

sənətkarlıqla  yaradılmış  bayatılar,  bayatı-

bağlamalar çoxdur. 

Bütün  bunlar    Sarı  Aşıq  və  Xəstə 

Qasım  kimi  nəhəng  sənətkarların  yaradı-

cılıqları  üçün  bir  qaynaq,  qida  mənbəyi 

olmuşdur.  Xalq  ədəbiyyatından  bəhrələnən 

sənətkarların  yaradıcılığı  ölməzlik  qazanır, 

zaman-zaman  yaşayır  və  sahibinə  böyük 

şöhrət qazandırır. 

Şifahi  və  yazılı  poeziyamızda  heca 

vəznli  şeiri  kamilləşdirən,  ərsəyə  çatdıran  və 

onun yüksək inkişafını təmin edən M.P. Vaqif 

yaradıcılığı  üzərində  Xəstə  Qasımın  müsbət 

təsiri vardır. 



 

    


220

 

 



Bütün  bunları  xalq  poeziyasının,  aşıq 

şeirinin yazılı ədəbiyyat üzərində güclü təsiri, 

bir-birinə  dərindən  qovuşması,  birinin  digəri 

üçün  tükənməz  qaynaq  rolu  oynaması  kimi 

başa  düşmək  lazımdır.  Bu,  şifahi  və  yazılı 

poeziyada  heca  vəzninin  yeni  qüdrət,  güc 

qazanması və rəvac alması, yeni sənət inciləri 

yaratmaq üçün imkan tapması deməkdir. 

XI 

yüzillikdə 



yaşamış 

Mahmud 


Kaşqarinin  (1029-1126)  “Divani lüğətit-türk” 

(Türk  dillərinin  lüğəti)  əsəri  təkcə  türkdilli 

xalqların  dilinin  yox,  həm  də  folklorumuzun 

ana  qaynağıdır.  Bu  divanda  yeddi  və  səkkiz 

hecalı “qoşqu” nümunələri verilmişdir. Bunlar 

heca vəznində olsalar da, bizim anlayışımızda 

olan  qoşma  deyildir.  Kaşqarinin  dediyi 

“qoşqu”  qoşulan,  düzülən,  söylənən,  bəda-

hətən  deyilən  şeir  anlamındadır.  Həm  də  bu 

şeirin  avaz  və  ahəngləri-“küy”  adlanır. 

Qazaxıstanda və Orta Asiyada “Qorqud küyü” 

adlanan  həmin  melodiya  dombra  və  dütar 

simli  çalğı  alətlərində  bu  gün  də  ifa  olunur.  

İstər  Alp  Ər  Tonqaya  deyilən  qoşqu  olsun 

(yeddi  hecalı),  istərsə  səkkiz  hecalı  başqa 

qoşqu  olsun  bunlar  bizim  anlamımızdakı 

qoşma deyildir. Məsələn: 

Alp Ər Tonqa öldümü

Yaman dünya qaldımı? 



 

    


221

 

 



Zaman üçün aldımı? 

Artıq ürək yırtılır. 

O zamankı simli çalğı alətlərinin indiki 

qoşmanı  yaratmağa  mkanı  çatmazdı.  Heca 

vəznli  xalq  poeziyasının  o  dövrdə  nəyə  gücü 

çatırdısa,  onun  təkamülü,  inkişafı  nəyə  qadir 

idisə, onu da yaratmışdır. 

Heca  vəznli  şeirimizin  zirvəsi  olan 

Dədə qoşmanı, məhz, Ana saz yaratmış, Dədə 

qoşma  və  Ana  saz  nəfəs-nəfəsə  dayanaraq 

qoşmanın çoxçeşidli forma və şəkillərini, bir-

birindən  qiymətli  çoxsayda  saz  havalarını 

yaratmışlar. 

Sazın-sözün  incəliyinə  dərindən  bələd 

olan  sevimli  şairimiz  Hüseyn  Arif:  “Dədə 

qoşma ancaq doqquz telli sazın törəməsidir”-

deyərək, tövsiyə edirdi ki: “Səməd Vurğunun 

dilinin, şeiriyyətinin incəliklərini açmaq üçün, 

birinci  növbədə,  aşıq  şeirinə  istinad  etmək, 

sazdan  yapışmaq  lazımdır.Biz  ana  dilimizin, 

milli 

təfəkkürümüzün 



yad 

təsirlərdən 

qorunması üçün saza borcluyuq”

64

.  



 Saz  və  söz,  saz  və  qoşma  ekiz  doğul-

muş,  bərabər  doğulduqları  kimi,  bərabər  də 

yaşayır,  ölməz  sənət  inciləri  yaradırlar.  Heca 

                                                           

64

 Hüseyn Arif. Dədə Qoşma, “Ədəbiyyat və incəsənət” qəzeti, 



11 yanvar 1980 


 

    


222

 

 



vəznli  qoşma  sazın  bəhrəsidir,  onun  dünyaya 

gətirdiyi şeir möcüzəsidir. 

Akademik Mirzə İbrahimov bu münasi-

bətlə  yazır:  “Aşıq  şeirini  çox  zaman  adi 

danışıq  dilindən  seçmək  olmur.  Eyni 

zamanda,  bu  şeirlərdə  hecanın  ən  oynaq,  ən 

ifadəli vəznləri işlədilir”

65



Aşıq  yaradıcılığından  böyük  heyran-

lıqla  danışan,  onun  paklığına,  duruluğuna, 

zənginliyinə  diqqət  yetirən  yazıçı-alim  Mirzə 

İbrahimov  sözünə  davam  edərək  yazır: 

“Xalqın  sinəsindəki  duyğulardan  yaranan  bu 

sənət dağlardan qaynayıb  tökülən qüdrətli  bir 

çaya  oxşayır.  Bu  çayı  bulandırmaq  çətindir. 

Əsrlər  uzunu  yaranıb  inkişaf  etmiş  aşıq 

yaradıcılığı  istər  məzmunu,  istərsə  forması 

etibarı ilə zəngin və rəngarəngdir”

66



Adəm  Ata  Həvva  ananı  öz  qabırğa-



larının  arasından  çıxardığı  kimi,  saz  da 

qoşmanı  öz  taxta  qabırğaları  arasından 

çıxarmışdır. 

Əsrlərdən bəri çağlayıb gələn, sellənən, 

göllənən,  süzülə-süzülə  durulan,  çeşmələnən 

xalq  ədəbiyyatı  yeni-yeni  janrların,  müstəqil 

şeir  formalarının  yaranması  üçün  münbit 

                                                           

65

 Mİrzə İbrahimov. Xəlqilik və realizm cəbhəsindən, Azərnəşr, 



Bakı, 1961, səh 450 

66

 Yenə orada, səh 451 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə