1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə41/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   37   38   39   40   41   42   43   44   ...   98

 

    


198

 

 



Barama qurdu haqqında: 

Hansının oxu düzdü, 

Sana gör neçə yüzdü. 

Oğlan padşahlıq eylər, 

Anası hələ qızdı. 

İydə haqqında: 

Bircə damcı unu var, 

Qırmızıdan donu var. 

Yarasa haqqında: 

Gedərəm beləsinə, 

Qaragözlü məhləsinə 

Quşlarda o nə quşdu, 

Süd verir körpəsinə. 

Çay, su haqqında: 

Hal gedər Leyli, 

Hul gedər Leyli. 

Gecəli-gündüzlü, 

Yol gedər Leyli. 

Ana südü haqqında: 

Bir yemiş var, yemişdim, 

Yeməsəydim ölmüşdüm. 

Indi də var, yemərəm, 

Adını da demərəm. 

Dil haqqında: 

Bir tabaq səbzə, 

Təzəbətəzə, 

Yaşdı, qurumaz, 

Nəmdi çürüməz. 




 

    


199

 

 



Yuxu haqqında: 

Narda var, narda var, 

Nardan şirin harda var? 

Əl dəyməz, bıçaq kəsməz, 

Ondan şirin harda var? 

Gəmi haqqında: 

O tayda durub bir kişi

Əlində dəmir şişi, 

Deyir mənə bir at göndər

Nə erkək olsun, nə dişi. 

Tüfəng haqqında: 

İynə gözündən baxaram, 

Cümlə cahanı yıxaram. 

Göy qurşağı haqqında: 

Dağdan gələr rəngbərəng, 

Başmaqları qırmızı, 

Paltarı yeddi rəng. 

Arı haqqında: 

Qah-qah qalası var bunun, 

Qan piyalası var bunun, 

Yumurtamır, çalxamır, 

Uçan balası var bunun. 

Duman-çən haqqında: 

Uzun-uzun ulama, 

Ucuna qıl dolama, 

Gedər Alvız dağına 

Gələr bizə salama. 



 

    


200

 

 



Sarı  Aşıq  təkcə  “göy”  ifadəsi  ilə 

əlaqədar bir neçə bayatı-bağlama yaratmışdır: 

Mən aşiq, göydə nə var? 

Göy yemiş, göy dana var. 

Ayaqları yerdədir, 

Bədəni göy dana var. 

Bu  bayatı-bağlamada  adamı  çaş-baş 

salan “göydə nə var”  ifadəsidir. Qarşıdakı elə 

başa  düşür  ki,  ondan  göydə-asimanda,  ərşdə 

nə  olduğunu  soruşurlar.  Halbuki  burada 

asimandan,  göydən  deyil,  göy  zəmidən,  göy 

çəməndən  söhbət  gedir.  Hətta,  ikinci  misrada 

sualın  cavabı  da  var  ki,  göydə  “göy  yemiş, 

göy  dana  var”.  Burada  söz  oyununa  qarşı 

diqqətli  olmaq,  çaşmamaq  lazımdır.  Belə 

nümunələrdə  əsas  məqsəd  qarşıdakının  dilin 

incəliklərinə  nə  dərəcədə  bələd  olduğunu 

yoxlamaqdır.  Diqqət  verin,  birinci  misrada 

aşıq  soruşur:  “göydə  nə  var?”  Ikinci  misrada 

göy  dananın  göy  taxıl  və  ya  göy  ot  yediyi, 

üçüncüdə  dananın  ayaq  üstə,  yəni  ayaqları 

yerdə  olduğu  aydınlaşır.  Bu  həm  də  bir  növ  

“göy”  ifadəsinin  təkrarı  ilə  yaradılmış 

cinasdır. 

Sarı  Aşıq,  məlumdur  ki,  cinaslı  bayatı 

yaradıcısıdır. 

Aşığın 

bayatı-bağlamalara 



meyli  də  bununla  bağlıdır.  Demək  olar  ki, 

bayatı-bağlamaların 

əksəriyyəti 

cinaslar 




 

    


201

 

 



üzərində qurulur. Mətləb cinasla cinas, sözlə-

söz  arasında  gizlənir,  nəticədə  bayatı-

bağlamanı  açan  da  həmin  cinaslardan  biri 

olur. 


Sarı  Aşıq  cinaslı  bayatı-bağlamalara  o 

qədər  meyl  etmişdir  ki,  hətta,  nadir  adam 

adlarından istifadə yolu ilə bayatı-bağlamalar 

yaratmışdır. 

Mən aşiq, boğazdadı, 

Dad, ləzzət boğazdadı. 

Axşamdan öküz öldü, 

Sabahdan boğazdadı. 

Burada fikir dolaşıqlığı yaradan axşam-

sabah  antonimidir.  Adam  inana  bilmir  ki, 

axşamdan 

ölən 


öküzü 

niyə 


sabah 

boğazlasınlar,  kəssinlər?  Burada  müəmmanı 

yaradan “Sabahdan” sözüdür. Dərindən təhlilə 

keçdikdə aydın olur ki, axşamdan ölən öküzü 

Sabahdan adlı oğlan boğazlamış, yəni öküzün 

başını o kəsmişdir. 

Sarı 

Aşıq 


antonimlərdən, 

cinas 


sözlərdən, xeyli aralı görünən fəsil adlarından 

istifadə  yolu  ilə  də  yaddaqalan,  mənası, 

məzmunu 

olan, 


heyrət 

doğura  bilən, 

qarşısındakını  düşündürən  bayatı-bağlamalar 

yarada  bilmişdir.  Cinaslarla  qurulmuş, 

epitetlərlə  bəzənmiş  bir  bayatı-bağlamaya 

diqqət  yetirək.  Bu  bayatı-bağlama  cinas  üstə 




 

    


202

 

 



qurulmaqla  bərabər  nə  qədər  dərin  mənaya 

malikdir. 

Mən aşiq, lala dərdim, 

Gül dərdim, lala dərdim. 

Güneydə qarı gördüm, 

Quzeydə lala dərdim. 

Əslində  burada  söhbət  qardan,  lalədən, 

güneydən,  quzeydən  getmir,  bu  təbiət 

təsvirləri,  epitetlər,  bədii  boyalar,  bəlkə  də, 

fikri,  xəyalı  yayındırmağa  xidmət  edir.  Aşıq 

bu  bayatısında  sadəcə  olaraq  gözəlin  sifətini 

təsvir  edir.  Aşıq  güney  tərəfdən  baxanda 

gözəlin  sifətində  qar  kimi  bir  ağlıq,  quzey 

tərəfdən  baxanda  isə  lalə  kimi  bir  qırmızılıq 

görmüşdür.  Ona  görə  də  aşıq  gözəlin  ağlı-

qırmızılı  sifətini  böyük  heyranlıqla  təsvir  və 

tərənnüm edir. 

Güneydə qarı gördüm, 

Quzeydə lalə dərdim. 

Sənətkarlıq  baxımından  tapmacaların 

yaratdığı  bayatılar,  ata  sözlərinin  meydana 

gətirdiyi  bayatılardan  daha  kamildir.  Çünki, 

tapmacalar 

əsasında 

yaranan 

bayatı-


bağlamaların  cinaslı  bayatılar  əsasında 

qurulması, 

nəinki, 

gələcəkdə 

qoşma-

qıfılbəndlər  üçün,  hətta  təcnis  binalarını 



qurmaq  üçün  də  bir  zəmin,  bir  başlanğıc 

olmuşdur. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə