1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə38/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   34   35   36   37   38   39   40   41   ...   98

 

    


183

 

 



bitkinin,  göy  cisimlərinin  və  s.  müəyyən 

əlamətləri,  nişanələri  büruzə  verilir  ki, 

bununla  da  bu  biri  tərəf  qarşıdakı  tərəf 

müqabilinin  suallarını  zehninin,  ağlının, 

biliyinin gücü ilə cavablandıra bilir. 

İnsan  beynini,  zəkasını  sınağa  çəkmək, 

işlətmək yolu ilə təbiət və cəmiyyət haqqında 

öz 


bilik 

xəzinəsini 

zənginləşdirir, 

öz 


təfəkkürünün 

inkişafına  meydan  verir, 

hazırcavablıq qazanır.  

 Məqsədimiz tapmacaların şifahi  ədəbiy-

yatımızdakı  mövqeyini  müəyyənləşdirmək, 

yaxud  da  onun  insan  zəkasını,  ağlını  inkişaf 

etdirmək  sahəsindəki  əhəmiyyətindən  bəhs 

etmək  deyildir.  Məqsədimiz  Azərbaycan 

folkorunun ana qoynunda pərvəriş tapan heca 

vəznli  tapmacaların  təkamül  və  inkişafını, 

tapmacaların  öz  ibtidai  şəklindən  çıxaraq, 

bayatı 


biçimli 

bayatı 


tapmacalara, 

qıfılbəndlərə  çevrilməsini,  heca  vəznli  şeirin 

zirvəsi  olan  qoşmaya  qovuşması  prosesini 

izləmək,  nəhayət,  aşıq  poeziyasında  qoşma-

qıfılbənd  kimi  şeir  şəklinin  yaranması  üçün 

bir  zəmin  olduğunu  araşdırıb  üzə  çıxar-

maqdan ibarətdir. 

Kərkük  folklorunun  tədqiqatçısı,  türk 

alimi  Dr.  Çingiz  Ketene  bildirir  ki,  mənzum 



 

    


184

 

 



bilməcələr  vəznli  və  qafiyəlidirlər

51

.  Əlbəttə, 



o,  mənzum  tapmacalardakı  vəzndən,  qafiyə 

sistemindən  söz  açır.  Onu  da  xatırladır  ki, 

Kərkük folklorunda “bilməcə və ya tapmaca” 

adı  müştərək  işlənməkdədir.  Lakin  onun 

gətirdiyi  misallar  hamısı  tapmacadır  və 

içərisində bir dənə də olsun bilməcə yoxdur. 

Kərkük 

folklorunun 



bilicisi 

və 


araşdırıcısı professor Qəzənfər Paşayev yazır: 

“Kərkük  tapmacaları  da  bizdə  olduğu  kimi, 

həm  nəzmlə  və  həm  də  nəsrlədir.  Lakin 

nəzmlə  olan  tapmacalar  daha  çoxdur.  Bunlar 

iki və daha artıq misralı, vəzn və qafiyəsi yerli 

yerində olan parçalardan ibarətdir”

52



Kərkük 



tapmacaları  içərisində  elə 

örnəklərə  rast  gəlmək  olur  ki,  bu  mətnlər  az 

qala  “Dədə  Qorqud”  söyləri  (şeirləri)  ilə üst-

üstə  düşür,  onları  bir-birindən  ayırmaq, 

fərqləndirmək, seçmək çətinlik törədir. Üslubi 

xüsusiyyətləri,  deyim  tərzləri  onları  oğuz 

söylərinə  (şeirlərinə)  yaxınlaşdırır,  bir-birinə 

bağlayır. 

                                                           

51

 Dr. Çingiz Ketene. Kərkük xalq ədəbiyyatından seçmələr, 



TÜrk dünyası ədəbiyyatı, Ankara, 1990, səh. 128 

52

 Qəzənfər Paşayev. Kərkük tapmacaları haqqında 



(müqəddimə), Kərkük tapmacaları (tərtib edəni Qəzənfər 

Paşayev), Bakı, 1984, səh. 4 




 

    


185

 

 



Məhz  həmin  nümunələr  o  zaman  təkrar 

olunur ki, tapmaca deyən şəxs onu aça bilmir, 

tapmaca  deyəni  sıxma-boğmaya  salırlar.  O 

zaman  tərəf  müqabillər  söz  güləşdirir,  bir-

birlərini  qınayır,  sözlə  məsxərəyə  qoyur, 

tənəli ifadələr işlədirlər. Məsələn: 

 

Mən mindim ala ata, 



Sən mindin qotur bəgirə. 

Mən zaxtaladıqca

53

 baldan yağ yeyərəm, 



Sən zaxtaladıqca qanla ayran yeyərsən. 

Və yaxud: 

Mən çağırdım at gəlsin, 

Sən çağırdın it gəlsin. 

Mənim üçün bir al at gəldi

Sənin üçün bir tazı gəldi. 

Mən mindim al ata, 

Sən mindin tazıya

54



 



“Kitabi-Dədə Qorqud”un “Salur Qazan 

dustaq  olub  oğlu  Uruz  çıxardığı”  boyda 

oxuyuruq: 

 

İt kimi gu-gu edən çirkin xırslı! 



Küçücük donuz şülənli! 

                                                           

53

 Zaxtaladıqca-yəni çalxaladıqca 



54

 Bu bədii nümunə Qəzənfər Paşayevin toplayıb tərtib etdiyi 

“”Kərkük tapmacaları kitabından götürülmüşdür. Bax: səh.4 



 

    


186

 

 



Bir torba saman döşəkli! 

Yarım kərpic yastıqlı! 

Yonma ağac tanrılı! 

Köpəyim kafir! 

Oğuzu görürkən, səni öyməyim yox

55



Bir  sözlə,    hər  iki  şeir  parçasında 

qarşıdakı düşmən obrazına çevrilir, söz deyən 

isə,  özündə  cəsarət  tapır,  özünün  yaxşı 

keyfiyyətlərini  göz  önünə  gətirir.  Özü  ata 

minir,  namərd,  aciz  hesab  etdiyi  şəxs  isə 

tazıya  minir.  Cəsarətlinin  payına  at,  acizin 

payına  tazı  düşür.  Qazan  xan  isə  düşmən 

hesab  etdiyi  kafirin  iyrənc  sifətini,  özündən, 

Oğuz 

ellərindən 



çox 

fərqli 


olan 

xüsusiyyətlərini bir-bir sadalayır. 

 Kərkük folklorundan alınan örnəkdə də 

qarşıdakının çalxalanmış ayran içdiyi, özünün 

isə  bal,  yağ  yediyi  söylənilir.  Hər  necə  olsa 

da,  bu  paralelin,  müqayisənin  özündə  də 

genetik yaddaşdan  gələn bir şey var. Bunların 

ən  azı  folklorda  qan  yaddaşının  izləri 

olduğunu  da  unutmaq  olmaz.  Qədim 

nişanələri,  adət-ənənələrin  izlərini,  arxaik 

deyimləri  çox  zaman  əlyetməz,  ünçatmaz, 

təkamüldən qalmış, inkişafının axarı dəyişmiş 

                                                           

55

 Kitabi-Dədə Qorqud, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 



1962, 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə