1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə34/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   30   31   32   33   34   35   36   37   ...   98

 

    


164

 

 



məşğul olduğu peşə, gündəlik təmasda olduğu 

əşya,  rastlaşdığı  hadisə  haqqında  tapmacalar 

yaradır. Tapmacaları mövzu etibarilə ayırmaq 

da olar:  

A)

 

Ev əşyaları; 



B)

 

Geyimlər; 



C)

 

Heyvanlar aləmi; 



D)

 

Bitkilər aləmi; 



E)

 

Alətlər; 



F)

 

Insan və onun bədən üzvləri; 



G)

 

Ərzaq; 



H)

 

Meyvələr; 



I)

 

Səma cisimləri



J)

 

Yer, təbiət, təbiət hadisələri; 



K)

 

Mücərrəd hadisələr;  



L)

 

Elm, texnika haqqımda. 



Bütün bu göstərilən mövzularda yaranan 

çoxsaylı  tapmacalar    xalqımızın  dünəni, 

həyata  baxışı,  yaşamı,  ənənələri  haqda 

məlumat  verir.  Təsərrüfat  sahələri,  əkinçilik 

və  maldarlıq,  bitkilər  aləmi  haqqındakı 

tapmacalar daha obrazlıdır. Məsələn:  

Bir sandığım var, mərəndi, 

Nə qıfılı var, nə bəndi.  

Elə açılır, elə yumulur, 

Heç kəs bilməz bu fəndi.  

 



 

    


165

 

 



Son  beyt  vasitəsilə  kələmin  əlamətləri 

nəzərə 


çatdırılır.  Ancaq  ilk  baxışdan 

tapmacanın açmasını tapmaq çətin görünür.  

Hacılar haca gedər

Cəhd edər gecə gedər. 

Bir  yumurta içində, 

Yüz əlli cücə gedər.  

   

*** 


Əkdim noxud, 

Çıxdı söyüd. 

Tut yarpağın, 

Dər şabalıd.  

 

Vətənimizdə 



mövcud 

olan 


bütün 

meyvələr,  bitkilər  haqqında  dolğun  məlumatı 

tapmacalardan  almaq  olar.  Bu  tapmacalar 

nəsildən nəsilə ötürülür, cilalanır, tamamlanır, 

inkişaf  edirlər.  İnsanlar  bacardıqca  bu  və  ya 

digər  meyvənin  əsas  xüsusiyyətlərini  kiçicik  

bir  tapmaca  daxilində  verməyə  can  atırlar. 

Nəticədə, maraqlı nümunələr meydana çıxır:  

Anası yayma xatın, 

Atası həprim qoca. 

Qızı ellər gözəli, 

Oğlu evlər dəlisi.  

 

Tapmacada    meynə,  üzüm  tənəyindən 



danışılır.  Həprim  qoca-meynənin  kökü, 


 

    


166

 

 



gövdəsi,    yayma  xatın-qol  budağı,  ellər 

gözəli-üzüm,  evlər  dəlisi-hazırlanan  şərabdır. 

Yaxud:  

Qutu qutu içində, 

Qutu sandıq içində.  

Babamın ağ yaylığı, 

O da onun içində. (şabalıd) 

 

Bəşər  övladı  ən  balaca  iynədən  tutmuş, 



çəltikdən  düyü  çıxaran  dingə  qədər,  bütün 

alətlər haqqında tapmacalar yaradıb:  

Aləmi bəzər, özü lüt gəzər. 

Yaxud:  


 

Anam, atam var mənim, 

 

Suda xatam var mənim.  



 

Dörd anadan olmuşam, 

 

On iki atam var mənim.  



 

 

Bu  janrın  böyük  bir  qismini  heyvanlar 



haqqında olan tapmacalar təşkil edir.  

 

Tap tapmaca, 



 

Gül yapmaca. 

 

Məməli xatun, 



 

Dişləri yox.  

 

 

Maraqlıdır  ki,  xalq  həmişə  əksəriyyət 



üçün  bir  növ  sirli  olan  heyvanları,  onların 

müəyyən 


xüsusiyyətlərini 

əks 


etdirən 


 

    


167

 

 



tapmacalar  yaradarkən      məcazlardan  daha 

çox istifadə edir:  

Gedər-gedər, ayağı yox, 

Adam öldürər, əli yox.  

Köynəyi var, tikişi yox

Yumurta salar, tükü yox. (ilan) 

Yaxud:  

 

Biz idik, bizlər idik, 



 

Otuz iki qızlar idik, 

 

Bizi üzdülər, 



 

Telə düzdülər. (barama qurdu) 

 

 

Ay, günəş, ulduzlar, səma, bulud, yağış 



və s. haqqında da çoxlu tapmacalar vardır.  

 

Anamın bir donu var, 



 

Qatlamaq olmaz. 

 

Üstü dolu ağ əşrəfi, 



 

Sanamaq olmaz.  

 

 

Burada  səma  və  ulduzlar  haqqında 



danışılır.  Bəzən  xalq  təbiət  hadisələrinin 

onların yaşamına mənfi, yaxud müsbət təsirini 

dilə gətirərək tapmaca yaradır:  

 

Uçan bir quş gərəkdir, 



 

İşi tamam kələkdir. 

 

Dəyirmana can verər



 

Xırmana da gərəkdir. (külək) 

 



 

    


168

 

 



 

Elm  və  texnikanın  inkişafı  ilə  də  yeni-

yeni  tapmacalar  meydana  gəlmişdir.  Hər 

dövrün,  zəmanənin  öz  tələbatı  vardır  ki,  bu 

tapmaca yaradıcılığından da yan keçmir. Ona 

görə  də  hər  tapmacanın  öz  dövründə 

yazılması  mühüm  əhəmiyyətə  malikdir. 

Çünki,  zamanla  tapmaca  dəyişikliyə  uğraya, 

yeni motivlər qazana bilir. Köhnə təsərrüfatla 

bağlı alət yeniləndikcə tapmacanın obrazlılığı 

da dəyişikliyə məruz qalır.  

 

Bir quşum var canı yox, 



 

Qanadı var, qanı yox, 

 

Uçar uzaq yerlərə



 

Elə çoxdur, sanı yox. (təyyarə) 

 

Tapmaca  da  folklorun    digər  janrları 



kimi  bədii  əsərdir.  Onun  da  öz  funksiyası 

vardır.  Bəs    tapmacalar  nə  məqsədlə  yara-

dılıb?  Birinci,  atalar  sözü  və  məsəllərdə 

olduğu kimi, tapmacalarda da xalqın fikirləri, 

düşüncələri,  gəldiyi  qənaətlər  özünə  yer  alıb. 

İkinci,  xalq  öz  biliyini,  fəhmini,  hazırca-

vablığını,  həyat  müşahidəsinin  zənginliyini 

sınamağa cəhd edir.  

Tapmacalar  həm  də  uşaq  folklorunun 

gözəl nümunəsi hesab  olunur. Bu  janr uşağın 

zehninə,  düşüncəsinə  böyük  kömək  göstərir. 

Onda  düşünmə,  axtarıb  tapma  qabiliyyətini 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə