1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə33/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   29   30   31   32   33   34   35   36   ...   98

 

    


160

 

 



 

Bahar tapdım, bir bar dərmədi əlim

Fərat gördüm, suya dəymədi dilim.

 40


 

 

Yuxu  ilə  əlaqədar  olan  Nizaminin  bu 



misraları  aşağıdakı bir tapmacada  öz  ömrünü 

yaşatmaqdadır. Azərbaycanın qərb bölgəsində 

məşhur olan həmin tapmaca belədir: 

 

Şıldırım, şıldırım su keçdim, 



Şıldırım suya

41

 batmadım. 



Daraydan don geyindim, 

Qıtmığın da

42

 tapmadım. 



 

Mənzərə  belədir:  birinci  tapmacada 

yuxusunda  baharı,  Fərat  çayını  görən  şəxs 

yuxusundan  oyanarkən  əli  bahar  barına,  dili 

Fərat  çayının  suyuna  həsrət  qalmışdır.  İkinci 

tapmacada  da  şəlaləli  sulardan  keçən,  darayı 

don  geyinən  qız  və  ya  gəlin  yuxusundan 

oyananda  həmən  şəlaləli  suya  batmaq  həsrəti 

çəkmiş,  darayı  donun  nəinki  özünü,  hətta, 

kiçik bir parçasını belə tapa bilməmişdir.  

Hər  iki  tapmacanın  məzmunu  təxminən 

eynidir.  Bunları  bir-birindən  fərqləndirən 

                                                           

40

 N.Gəncəvi. “Xosrov və Şirin”, Bakı, 1962. Səh.66 



41

 Şıldırım- şəlaləli su. 

42

 Qıtmıq- bir parça, bir tikə, Azərbaycanın qərb dialektində. 




 

    


161

 

 



birincinin  şair  qələmi  ilə  öz  formasını 

dəyişməsi, 

ikincinin 

isə 


öz 

şəkli 


xüsusiyyətlərini qoruyub saxlamasıdır.  

Tapmacalar 

ağlın 

və 


kamalın 

məhsuludur.  Türklərin  “bilməcə”      adlan-

dırdıqları tapmacalarımız haqqında inqilabdan 

əvvəl  və  sonra  ayrı-ayrı  jurnal  və  qəzetlərdə 

məqalələr  nəşr  olunmuş,  keçən  əsrin  başlan-

ğıcında,  yəni  1928-ci  ildə  Hənəfi  zeynallı  və 

Vəli  Xuluflu  tərəfindən  iki  müstəqil  tapmaca 

kitabı nəşr olunmuşdur. İstər Hənəfi Zeynallı, 

istərsə  də  Vəli  Xuluflu  çap  etdirdikləri 

tapmaca  kitablarına  çox  dəyərli  elmi 

müqəddimələr  yazmışlar.  Müəlliflər  çox 

doğru olaraq tapmacaları real həyatla, məişə-

timizlə,  bizi  əhatə  edən  təbiətlə  əlaqələn-

dirirlər.  Firudin  bəy  Köçərli  “Balalara 

hədiyyə”  kitabında tapmacalara da xüsusi yer 

ayırmışdır.  O,  qoyunla  bağlı  tapmacanı  ön 

plana    çəkir  və  xalqda  yaşayan  aşağıdakı 

mənzum tapmacanı misal gətirir:  

   

Üstü zəmi –biçərlər, 



   

Altı bulaq-içərlər.  

Firudin  bəy  Köçərli  bu  tapmaca  ilə 

yanaşı,  mənzum  bir  atalar  sözü  ilə  qoyunun 

xalqımızın 

məişətində, 

yaşam 

tərzinin 



rahatlaşmasında  nə  qədər  lazımlı  olduğunu, 

insanlara kömək etdiyini göstərir:  




 

    


162

 

 



  Qoyunlu evlər gördüm, 

  Qurulmuş yaya bənzər.  

  Qoyunsuz evlər gördüm

  Qurumuş çaya bənzər.  

Hənəfi  Zeynallı  və  Vəli  Xulufludan 

sonra ardıcıl  olaraq, tapmacaların toplanması, 

nəşri və tədqiqi ilə ardıcıl olaraq folklorşünas-

alim Nurəddin Seyidov məşğul olmuşdur.  

Vaqif  Vəliyev  və  Paşa  Əfəndiyev  eyni 

vaxtda,  yəni  1970-ci  ildə  “Azərbaycan  şifahi 

xalq  ədəbiyyatı”    adlı  dərsliklər  nəşr  etdir-

mişlər.  Paşa  Əfəndiyev  və  Vaqif  Vəliyev  öz 

əsərlərini  təkmilləşdirərək,  yenidən  nəşr 

etdirmişlər.  Hər  iki  alim  tapmacaların 

tədrisinə  geniş  yer  ayırmışlar.  Azərbaycan 

folklorunda elə janrlar, elə folklor nümunələri 

var  ki,  onları  digər  türkdilli  xalqların  şifahi 

ədəbiyyatında axtarmağa dəyməz.  

Bütün  bunları  duyan  və  dərindən  dərk 

edən  professor  Ə.M.Dəmirçizadə  tədqiqatçı 

alimlərə  müraciətlə  yazırdı:  “Azərbaycanlılar 

öz  duyğu  və  arzularını,  təbiətə  və  insanlara 

münasibətlərini,  əmək  və  mübarizələrini 

söyləyən  dərin  mənalı  ifadələr,  hikmətli 

ibarələr,  ahəngdar  qoşmalar,  insan  sevgisinin 

və  sevincinin  tərənnümü  olan  ağılar,  həyatı 

dərk 

etdirən 


nağıllar,  heyrət  doğuran 


 

    


163

 

 



əfsanələr, insana qol-qanad verən dastanlar da 

yaratmışlar.  

Bütün  bunları  göz  önündən,  ürək 

gözündən, beyin  süzgəcindən  keçirən  hər  kəs 

azərbaycanlıların  qədim  və  yüksək  mədəniy-

yət  varisləri  olduqlarını  inamla  təsdiq  edir. 

Məhz buna görə də bu mədəniyyət dəfinəsinin 

hələ tapılmamış və ya dərindən öyrənilməmiş 

qiymətli  gövhərlərini  tapmaq  və  dərindən 

tədqiq  etmək  kimi  çox  müqəddəs  və 

təxirəsalınmaz 

bir  vəzifə  alimlərimizin 

qarşısında durmaqdadır”.

43

  



Bir  çox  nağıllarımızda  qız  onu  sevən 

oğlana  tapmaca  göndərir,  əgər  oğlan 

tapmacanı  tapa  bilsə,  ona  ərə  gedir  və  s. 

yaxud,  ilin  fəsilləri  haqqında  deyilən  “Üçü 

bizə  yağıdı,  üçü  cənnət  bağıdı,  üçü  yığıb 

gətirir,  üçü  vurub  dağıdır”  tapmacası  ehtimal 

ki, mövsüm mərasimləri ilə bağlı yaranıb. Bu 

cür mərasimlərdə, hətta. Cavan oğlanların çöl 

işlərində,  ailə  saxlamaqda,  cavan  qızların  isə 

ev  işlərindəki  bacarıqları  tapmacalarla 

yoxlanılmışdır.  

Azərbaycan  tapmacaları  xalq  həyatının 

bütün  sahələrinə  aid  yaranıb.  Xalq  ən  çox  

                                                           

43

 Prof. Ə.M.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının 



dili”, APİ-nin  nəşriyyatı, Bakı, səh.5-6. 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə