1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə29/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   25   26   27   28   29   30   31   32   ...   98

 

    


141

 

 



Ata yumaqlanar, 

Oğul budaqlanar. 

Və yaxud: 

Qələmin ucu, 

Qılıncın gücü. 

 

Başqa bir misal: 



Alim qələmlə, 

Tacir sələmlə. 

 

Bu cür hikmətləri anlamayan, öz gücünü, 



hünərini  bilməyən  adamlar  satirik  şeirlərdə 

olduğu    kimi,  güclü  istehzaya  məruz  qalır, 

hamını  özünə  güldürür,  onu  açıqdan-açığa 

məsxərəyə qoyurlar. 

 

Ayranı yox içməyə, 



Kür axtarır keçməyə. 

Və yaxud: 

Qudurasan ay qurbağa, 

Gəlir adam vurmağa. 

 

Klassik  ədəbiyyatla  təmasda  yaranan 



mənzum atalar sözləri də mövcuddur: 

 

Gir Məcnun gözünə



Bax Leylinin üzünə. 

 



 

    


142

 

 



Bəzən  mənzum  atalar  sözünün  hər 

beytinin  birinci  misrasından  fərqli  olaraq, 

ikinci misrasının sonunda rədif işlənir və çox 

zaman  atalar  sözündəki  mətləbi  həmin  rədif 

tamamlayır. Bu cür mənzum atalar sözlərində, 

demək  olar  ki,  təkamül  hələ  tam  başa 

çatmamışdır. Bəlkə də, həmin mənzum atalar 

sözü  məzmununa  uyğun  olaraq  elə  belə 

qalacaqdır. Bu proses bizə bəlli olmayan  bir 

şəkildə,  folklorun  daxili  qanunlarına  uyğun 

olaraq, öz təkamülünü və inkişafını, yaxud da 

sabitliyini qoruyub saxlayacaqdır. Əlbəttə, hər 

bir  folklor  nümunəsi  ilkin  olaraq,  bir  fərd 

tərəfindən deyilir, söylənir və yaradılır. Lakin 

bu zaman-zaman ağızda-dildə gəzir, nəsildən-

nəsilə,  əsrdən-əsrə  dəyişmələrə  məruz  qalır, 

cilalanır,  bəzən  bir  ifadəsi,  misrası  dəyişir, 

folklor  qazanında  qaynayıb  bişəndən  sonra 

bitkin bir folklor nümunəsi kimi qəbul olunur, 

həmin  gündən  yaşamaq  hüququ  qazanır  və 

həyat vəsiqəsi alır. 

Nəzmlə-şeirlə  deyilən  söz  daha  təsirli 

olur  və  söz  insanın  qanına,  iliyinə  işləyir. 

Dahi  şairimiz  Nizaminin  əsrləri  yarıb  gələn 

poeziyasında belə bir hikmət var: 

 

İstəsən övladın ola pak ürək, 



Bir ana, bir ata tanısın gərək. 


 

    


143

 

 



Atalar  sözünün  də  özünəməxsus  deyim 

tərzi  vardır.  Bir  mənzum  atalar  sözündə 

deyilir: 

Ərə də bir dəfə, 

Gora da bir dəfə. 

Ön  qafiyə,  son  rədif,  sözlərin  qeyri-adi  

düzülüşü,  deyim  tərzi,  sözlərin  bu  şəkildə 

ifadə  olunması,  sözün  insan  tərbiyəsində  nə 

qədər güclü rol oynadığını əyani şəkildə sübut 

edir. 


Söz  hədəfi  sərrast  vurur  və  insan 

zehnində, şüurunda, qəlbində dərin iz buraxır. 

“Kitabi-Dədə  Qorqud”  kimi  şifahi  və 

yazılı  ədəbiyyatımızın  ölməz  abidəsində  də 

atalar sözləri tağ daşları yerində işlənir. Orada 

oxuyuruq: 

“Əl-aqibət uzun yaşın, 

Ucu ölüm, axırı ayrılıqdır”. 

 

Mətləb  şeirlə  mənzum  atalar  sözləri  ilə 



tamamlanır: 

Gəlimli, gedimli dünya, 

Son ucu ölümlü dünya.

28

 



 

Yenə həmin abidənin müqəddiməsində: 

                                                           

28

 Kitabi Dədə Qorqud, Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 



1962, səh.156. 


 

    


144

 

 



Ayağım başmaq, 

Yüzüm, yaşmaq görmədi.

29

 

 



İkinci  misradakı  “Görmədi”  rədifi 

təkamülünü  başa  çatdırdıqdan  sonra  birinci 

misra  da  “görmədi”  rədifini  qəbul  edəcəkdir. 

Bu beyt o zaman tam şeirə çevriləcəkdir.  

Əlbəttə,  bu  beş-üç  günün  işi  deyil,  bu 

yaradıcılıq  prosesi  qərinələri,  əsrləri  arxada 

buraxa  bilər.  Bəlkə  də  heç  dəyişməz,  necə 

varsa  elə  qalar.  Xalq  nəyi  necə  deməyi,  öz 

mətləbini  qarşıdakına  necə  çatdırmağı  yaxşı 

bilir. 


“Kitabi-Dədə  Qorqud”  abidəsində  şifahi 

xalq  ədəbiyyatının  bir  çox  janrlarından,  o 

cümlədən  atalar  sözlərindən    əzəmi  dərəcədə 

istifadə olunmuşdur. 

Tədqiqatçı-alim  Kamil  Vəliyevə  görə: 

“Dədə Qorqud”da hazır şəkildə istifadə edilən 

atalar  sözləri  türkdilli  xalqların  ilk  şeir 

örnəkləridir”.

30

 

Tədqiqatçı  onu  da  qeyd  edir  ki,  “Dədə 



Qorqud”da misra sabit deyil”.

31

 



“Dədə Qorqud” şeirlərinin bu keyfiyyəti 

qeyri-bərabər hecalı mənzum atalar sözlərinin 

                                                           

29

 Kitabi-Dədə Qorqud, Bakı, Gənclik, 1978, səh.17. 



30

 Kamil Vəliyev. Dastan poetikası, Yazıçı, Bakı, 1984, səh.108. 

31

 Yenə orada. Səh.10. 




 

    


145

 

 



təbiətinə çox uyğun gəlir. Ümumiyyətlə, heca 

vəzni 


Azərbaycan 

şeirinin 

təbiətindən 

doğmuşdur. 

Samət  Əlizadənin  1964-cü  ildə  nəşr 

etdirdiyi  “Oğuznamə”də  təxminən  iki  min 

atalar sözü və məsəl cəmləşir. Samət Əlizadə 

yazır:  “Oğuznamə”  ulu  babalarımızın  dil  və 

təfəkkür  incilərini  sistemli  şəkildə  bizə 

çatdıran,  Azərbaycan  və  türk  dilləri  tarixini 

müxtəlif  cəhətdən  öyrənmək  işinə  xidmət 

edəcək çox qiymətli yazılı ədəbi abidədir”.

32

 

“Oğuznamə”dəki  mənzum  atalar  sözləri 



içərisində  qulaq  qafiyələri  daha  çox  diqqəti 

cəlb edir. Həmin atalar sözü xüsusi ahəngi və 

səsi ilə həmqafiyə olduğunu biruzə verir. 

Daha çox müəyyən poetik əsərdən qopub 

yaddaşlarda  qalmış  hazır  misraları  xatırladır. 

Ayrı-ayrı  misraların  məna  yükü  də  diqqəti 

cəlb edir. 

Bay qaftan geysə, qutlu olsun deyərlər, 

Yoxsul  qaftan  geysə  “qandan  buldun”  -

deyərlər.

33

Və yaxud: 



Sevgi səni sevəni iki dişli qarı isə, 

Sevmə səni sevməyəni,  

Göydən enən hürisə.

34

 



                                                           

32

 Oğuznamə. B.Yazıçı, 1987, Müqəddimə:  müdrikliyin 



sönməyən işığı. Səh. 15.  

33

 Oğuznamə, səh.72. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə