1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə30/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   26   27   28   29   30   31   32   33   ...   98

 

    


146

 

 



Başqa bir misal: 

Ağun adı var, 

Qaranın dadı var. 

 

Qazax, özbək, türkmən və digər türkdilli 



xalqların  mənzum  atalar  sözləri  içərisində 

istənilən  qədər  belə  nümunələr  seçmək  və 

tədqiqata cəlb etmək olar. 

Mənzum  atalar  sözünə  diqqət  yetirdikcə 

onun  şeiriyyəti  insanı  heyrətdə  buraxır. 

Xüsusilə,  yeddi  hecalı  mənzum  atalar  sözləri 

bizim  üçün  daha  bitkin  görünür.  Onlar  həm 

forma  etibarilə  bitkin,  məzmunca  çox  zəngin 

olurlar. Məsələn:  

  Qarğa görüb quş demə

  Xəşil yeyib aş demə.  

Və yaxud: 

 

Dama-dama göl olar



 

Daşa-daşa sel olar.  

 

 

*** 



 

Gülmə qonşuna, 

 

Gələr başına.  



 

 

*** 



 

Yayda başın bişirər, 

 

Qışda aşın bişirər.  



                                                                                                         

34

 Yenə orada, səh.117, son beytin mənası budur: 



Sev səni sevəni iki dişli qarı olsa da, 

Sevmə səni sevməyəni göydən enmiş huri isə. 




 

    


147

 

 



        Bu, əslində mənzum atalar sözü olmaqla 

yanaşı, həm də iki misralı tapmacadır. Birinci 

misrada  yenicə  dən  tutmuş  sünbüldən,  onun 

sütül-sütül  qovrulub  yeyilməsindən,  ikinci 

misrada 

isə 


artıq 

sünbülün 

dənə 

çevrilməsindən  və  onu  döyüb  aş  bişirməkdən 



söhbət gedir. Elə mənzum atalar sözlərinə rast 

gəlirik  ki,  “Kitabi-Dədə  Qorqud”    nümu-

nələrini andırır. Məsələn:  

 

İy bilməyən tülkü olmaz, 



 

Dərisini kola verməz.  

Və yaxud:  

 

Yağış ilə yer göyərər, 



 

Alqış ilə ər öyünər.  

 

 

*** 



 

Usta yanında əl saxla, 

 

Alim yanında dil saxla.  



Bu  cür  dərin  məzmunlu  mənzum  atalar 

sözünün sayını istənilən qədər artırmaq olar.  

  Arsız adam güləyən olar

  Südsüz heyvan mələyən olar.  

Və yaxud:  

 

Arvad var-buğda unundan daş eylər, 



 

Arvad var-arpa unundan aş eylər.  

        Bunlar  dəyərli  atalar  sözünə  misal 

olmaqla 


bərabər, 

həm 


də 

gözəl 


şeir 

nümunələridir.  Qeyri-bərabər  mənzum  atalar 

sözü  içərisində  elə  nümunələr  var  ki,  onlar 



 

    


148

 

 



bizdə  inam  yaradır  ki,  sərbəst  şeir  növü  də 

ibtidai  formada  xalq  poeziyası  daxilində 

yaranmışdır:  

 

Bitmişdi hər yarağı, 



 

Qalmışdı saqqal darağı.  

Və yaxud:  

 

Qurd getdi yazıya, 



 

Meydan qaldı tazıya.  

Bütün  bunlar  xalq  poeziyası  daxilində 

mənzum  atalar  sözlərinin  nə  kimi  rol 

oynadığını  bir    daha  təsdiq  edir.  Atalar 

sözünün,  həqiqətən,  hər  biri  bir  incidir.  Xalq 

bunları  yüzillər  boyu  yaratmış,  yaşatmış,  bu 

gün də yaşadır və yaradır.  

Atalar  sözləri  ipə-sapa  düzülməmişdir, 

ağızdan-ağıza  keçir,  dildən-dilə  gəzir,  söz 

sərrafları,  müdrik  babalar,  ağbirçək  nənələr, 

el-oba  bu  incilərin  yeni  gözəl  nümunələrini 

yaradır,  bu  zəka  və  söz  sənətini  daim  cavan, 

təzətər  saxlayırlar.  Bu  inciləri  nə  qədər 

toplayırsansa  topla,  sonu,  nəhayəti  yoxdur. 

Gah  bu  kənddə,  gah  o  qəsəbədə,  gah  bir 

məclisdə  və  ya  söhbətdə  elə  bir  inicyə  rast 

gəlirsən,  elə  bir  hikmətli  sözü  eşidirsən  ki, 

dərin  mənaya,  az  sözdəki  böyük  ifadəyə, 

yığcam  ifadədəki  böyük  həqiqətə  heyran 

qalırsan.  Bu  tapıntıya  sevinir,  həm  də 

fikirləşirsən  ki,  təmsil  etdiyin  xalq  nə  qədər 




 

    


149

 

 



istedadlı,  nə  qədər  ağıllı,  nə  qədər  böyük 

hikmət sahibidir.  

Dilin 

müxtəlif 



təzahür 

formaları 

obyektiv varlığın bütün sahələrini  əks etdirir. 

Dil  min  illərlə  yaşayır,  xalqların  keçmişi 

haqqında danışa bilən tarixi sənəd əhəmiyyəti 

kəsb  edir.  O,  xalqların  tarixinin  büllur 

aynasıdır.  

Atalar  sözləri  xalq  ədəbiyyatının  başqa 

növlərinə  nisbətən  daha  çoxcəhətlidir.  Bunlar 

demək  olar  ki,  həyatın  bütün  sahələrinə  aid 

olurlar.  Atalar  sözləri  elə  bir  dirilik  bulağıdır 

ki,  onun  suyundan  dadan  sənətkarların  da 

xalqla  əlaqəsi  daha  möhkəm  olur.  Xalq  isə 

həmişə  ağıla,  kamala,  müdrikliyə  yüksək 

qiymət  vermişdir.  Yerində  deyilmiş  atalar 

sözü  fikrin  məna  dəyərini,  onun  bədii  zərbə, 

təsir  gücünü  birə-on  artırır.  Xalq  ağıl  və 

mərifət sahibini layiqincə qiymətləndirir.  

Bu  tədqiqatın  qarşıya  qoyduğu  vəzifə 

Azərbaycan 

mənzum 

atalar 


sözləri 

kontekstində  heca  vəzninin  təşəkkülünü, 

təkamülünü 

və 


inkişafını 

izləməkdən 

ibarətdir.  Mənzum  atalar  sözlərinin  bir 

ömrünü də xalq bayatılarımızda görürük: 

 

Əzizim kasad olmaz, 



Mərd əli kasad olmaz. 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə