1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə39/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   35   36   37   38   39   40   41   42   ...   98

 

    


187

 

 



uzaq-uzaq  coğrafi  məkanlarda  tapmaq  olur. 

Bizim  üçün  kiçik  bir  işartı  da  böyük 

əhəmiyyət kəsb edir. 

Bəzən  tapmacalarda  ifadələrin  köməyi 

ilə  rəssam  kimi  canlı  aləmin  bir  parçası  elə 

təsvir  olunur  ki,  insanı  heyrətdə  qoyur. 

Kərkük  folkorundan  alınmış  bir  nümunəyə 

diqqət yetirək: 

Bişirsən aş olur, 

Bişirməsən quş olur. 



(yumurta) 

Atalar 


sözlərindən 

fərqli 


olaraq, 

mənzum  tapmacalarda  rədifdən  geniş  istifadə 

olunur.  Gözü  təsvir  edən  mənzum  tapmacada 

canlı bir lövhə yaradılmışdır. 

 

O yanı pərçim, 



Bu yanı pərçim, 

Içində var şah göyərçin. 

 

Bənzətmələr  də  canlı  və  təbiidir.  Yumurta 



haqqında: 

Bir quyum var

Içində iki dürlü suyum var. 

Xoruzun əlamətləri, xasiyyəti, davranışı 

bir tapmacada necə də real verilmişdir. 

Azan oxur, namaz qılmaz, 

Arvad alar, nigah qıymaz. 



 

    


188

 

 



Və yaxud: ildə bir dəfə qabığını dəyişən 

ilan haqqında: 

Uzun-uzun uzanır, 

Hər ildə bir bəzənir. 

Məlumdur  ki,  ilan  ildə  bir  dəfə  qabıq 

qoyur,  elə  bil  ki,  köhnə  libasından  çıxır, 

bundan  sonra  daha  göyçək  görünür.  Qoyun 

haqqında 

olan 

tapmacada 



Azərbaycan 

folklorunda  olan  variantdan  fərqli  olaraq, 

bəzən  sözlər  dəyişir,  zəmi  otla,  bulaq  çayla 

əvəz olunur: 

Üstü otdu biçilir, 

Altı çaydı, içilir. 

Qarın  havadan  narın-narın,  dənə-dənə, 

ulduz-ulduz  yerə  düşməsinin  məziyyəti  çox 

bədii şəkildə təsvir olunur: 

Şəkərə bənzər dadı yox, 

Havada uçar qanadı yox. 

Balın  təsvirini  verən  tapmacaya  diqqət 

yetirək,  nə  qədər  bədii  və  təbii  qurulmuşdur. 

Özü də hazır bir şeir parçası təsiri bağışlayır: 

Lələm deyər: yağ gəti, 

Gətirirsən sağ gəti. 

Sağılmamış inəkdən, 

Əriməmiş yağ gəti. 

Kərkük  tapmacalarında  onu  tapmaq 

üçün  verilən əlamətlər, nişanələr də aydın və 

anlaşıqlıdır. 

Onun 


açması 

qarşıdakını 




 

    


189

 

 



müəyyən 

çətinliyə 

salsa 

da, 


yormur, 

bezdirmir,  əksinə,  bədii  zövq  verir.  Saat 

haqqında  da  poetik  bir  dillə  canlı  bir  lövhə 

yaradılır: 

Lələm düzgün oxunu, 

Kim var ona toxunu. 

Onun-bunun xətrinə, 

Haram edib yuxunu. 

Kölgə və xəyal haqqında: 

Yeriməzsən yeriməz, 

Yerdə gedər çürüməz. 

Nə yapmışam, nə tapmışam, 

Nə kimsədən borc almışam, 

Çox miskindi səsi çıxmaz, 

Nə kimsənin canın sıxmaz. 

Meyvə ağacı haqqında: 

Yaz gələndə sulanır, 

Qış gələndə sulanır, 

Barını ellər alır, 

Yarpağın yellər alır. 

Yenə də xoruz haqqında: 

Lələ deyər, köç gördüm, 

Köç üstündə heç gördüm. 

Burnu sümük, başı ət, 

Bir əcaib quş gördüm. 

 

Getdikcə  ibtidai  formasından  çıxıb, 



folklorun  çoxçeşidli  janrları  ilə  qovuşan, 


 

    


190

 

 



təsirlənən,  yeni-yeni  şəkillər  alan  mənzum 

tapmacalar  xalq poeziyasının gələcək inkişafı 

üçün zəmin hazırlayır. 

Mənzum 


ata 

sözlərinin 

tədqiqi 

nəticəsində 

öyrəndik 

ki, 


bu 

folklor 


nümunələri  daxilində  və  onun  qanunauyğun 

inkişafı  sayəsində  nəsihətamiz  bayatıların, 

ustadnamələrin,  hətta  cinaslı  bayatıların 

meydana çıxmasında bir zəmin olmuşdur

56



Tapmacaların bədii axarında da dodaq-



dəyməz təcnisin çox sadə, lakin təbii və gözəl 

bir  nümunəsi,  daha  doğrusu,  bu  nümunənin 

ibtidai forması meydana çıxmışdır. 

Yazılı  ədəbiyyatda,  eləcə  də  aşıq 

yaradıcılığında  çoxsaylı  nəsr  və  nəzm 

nümunələrinin  ilk  çeşnisi  bitib  tükənməyən 

folklor  xəzinəsindən  alınmışdır.  Əlbəttə, 

bunlar filoloji axtarışlar və təhlillərdir, dilçilik 

baxımından  başlanacaq  araşdırmalar  daha 

yeni,  daha  gərəkli  nəticələr  əldə  edəcəkdir. 

Bulağın  gözü  tapılandan  sonra,  onun  axarını 

müəyyənləşdirmək  o  qədər  də  çətinlik 

törətməz. 

Biz  nə  üçün  örnək  olaraq  Kərkük 

folkloruna,  onun  atalar  sözlərinə,  tapma-

                                                           

56

 Sədnik Paşa Pirsultanlı. Heca vəznli şeir və mənzum ata 



sözləri, Gəncə, “Əsgəroğlu” nəşriyyatı, 2001 


 

    


191

 

 



calarına  və  digər  janrlarına  müraciət  edirik? 

Bu  sualın  cavabını  professor  Qəzənfər 

Paşayev  daha  səmimi,  içindən  gələn,  onu 

ilgiləndirən  hisslərin  diktəsi  ilə  bizə  belə 

çatdırır:  “Çünki  Kərkük  dolaylarında  məskən 

salan bacı-qardaşlarımız da, biz də eyni xalqa 

mənsub olub, eyni dildə danışırıq”

57



Eyni  dildə olsa da, Kərkük  folklorunda 

ata sözlərində, tapmacalarda  bənzəri  olmayan 

ifadələr,  rəng-rəng  bədii  çalarlar  var  ki, 

onların  yanından  ötəri  bir  nəzərlə  keçmək 

olmur. 

Yer  alması  tapmacada  humay  quşuna 



bənzədilir və burada dərin bir məna, müşahidə 

də  diqqət  çəkir,  “çiçəksiz  nə  yemişdir?”. 

Tapmacaya nəzər salaq: 

Humay, çıxma yoxuşdur, 

Humay qanadlı quşdur. 

Humaydan xəbər aldım, 

Çiçəksiz nə yemişdir? 

 

 



Azərbaycan 

folklorunda 

qız-oğlan 

deyişmələri də  maraq doğurur:  

 

Mən aşiqəm nə şərdi, 



Nə xeyirdi, nə şərdi. 

                                                           

57

 “Arzu-Qəmbər”, Gənclik, Bakı 1971. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə