1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə44/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   40   41   42   43   44   45   46   47   ...   98

 

    


213

 

 



dönürdü,  əlindəki  saz  qılıncdan,  toppuzdan 

betər  olurdu.  Koroğlu  oturduğu  yerdə  dəli 

nərəmi  çəkə  bilərdi,  “Misri”,  “Cəngi”  saz 

havalarını necə çalıb oxuyardı? 

Koroğlu,  “Koroğlu”  dastanı  Azərbaycan 

torpağının,  xalqının,  onun  folklorunun 

bağrından qopmuşdur. Koroğlunun sazı neçə-

neçə ürəkləri fəth edən qəhrəmanlıq qoşmaları 

və cəngi havaları yaratmışdır. 

Qoşmanın, 

təcnisin, 

ustadnamənin, 

qoşma-qıfılbəndlərin  ən  bitkin,  mükəmməl 

dərin  mündəricəli  nümunələrini  Xəstə  Qasım 

yaratmışdır.  Folklorşünas  Əhliman  Axun-

dovun topladığı “Xəstə Qasım və Mələksima” 

dastanında  yeddi  qıfılbənd  verilmişdir.  Üst-

üstə    Xəstə  Qasımın  dastanında  yetmiş  iki 

qoşma-qıfılbənd  bəndi vardır.  Xalq poeziyası 

çeşməsindən  qaynaqlanan  Xəstə  Qasımın 

qoşmalarından da bayatı ətri gəlir: 

Xəstə Qasım yazlarımız yazlanar, 

Qızılgüllər pardaqlanar, nazlanar. 

 

Xəstə  Qasım  XVII-XVIII  əsrin  çox 



böyük  azman  sənətkarıdır.  Xəstə  Qasım 

özündən  sonra  gələn  aşıq  poeziyasının 

inkişafı  üçün  zəmin  yaratmış,  aşıq  poezi-

yasının qıfılbənd, təcnis, cığalı təcnis, qoşma-

müstəzad  kimi  şeir  növlərindən  bitkin 



 

    


214

 

 



örnəklər qoyub getmişdir. Real tarixi dastanın 

da  ilk  nümunəsi  “Xəstə  Qasımın  Dağıstan 

səfəri”nin  timsalında  meydana  çıxmışdır.  O, 

cığalı  təcnislərində  cinaslı  bayatılar  işlətmək 

ənənəsi  qoymaqla,  aşıq  poeziyasının  mürək-

kəb forma və şəkillərini poeziyaya gətirmiş və 

onu daha da inkişaf etdirmişdir. 

Xəstə    Qasım  xalq  poeziyası  ilə  aşıq 

poeziyası,  eləcə  də  yazılı  poeziya  arasında 

möhkəm  dayaqları  olan  keçid  körpüsüdür. 

Xalq  poeziyası  çeşməsindən  qaynaqlanan 

Xəstə Qasım yaradıcılığı özündən sonra gələn 

sənətkarlara örnək olmuşdur. 

Xalq  poeziyasında  Sarı  Aşığın  cinaslı 

bayatılarının, 

bağlama-bayatılarının 

yeri 

göründüyü  kimi,  aşıq  poeziyasında  da  Xəstə 



Qasımın  təcnislərinin,  qoşma-qıfılbəndlərinin 

yeri  görünməkdədir.  Hər  iki  sənətkarın 

poeziyamızın  inkişafındakı  tarixi  xidmətləri, 

mövqeləri eyni dərəcədə qiymətlidir. Hər ikisi 

Azərbaycan  ədəbiyyatında  əvəz  olunmaz, 

rəngarəng,  bənzərsiz,  çoxşaxəli  yaradıcılığa 

malik sənətkardır. Sarı Aşığın bir çox bayatı-

bağlamaları, Xəstə Qasımın sehrli-sirli, əsrarlı 

qoşma-qıfılbəndləri  əsrlərdən  bəri  baş  sındır-

salar da, açılmamış qalmaqdadır. 

 

 



 

    


215

 

 



Sarı Aşığın açılmamış bayatı bağlamaları: 

Ağ at biyan içində, 

Quyruğu qan içində. 

Getdim atı tutmağa, 

Qaldım biyan içində. 

   


*** 

Mən aşiqəm, ay mələr, 

Bulud altdan ay mələr. 

Cəzirədə qoç doğub, 

Məmə deyin, ay mələr. 

Sarı  Aşıq  bayatı-bağlamalarının  ilk 

misrasını  elə  qurur  ki,  adi  söz,  sual,  sorğu 

təsiri  bağışlayır,  bununla  da  vəziyyət  dəyişir, 

bilərəkdən sınaq məqsədilə dolaşıqlıq yaradır. 

Xəstə  Qasımın  açılmamış  qoşma-

qıfılbəndləri: 

Bir otaq istərəm gümüşdən kanı, 

Onun kərpicini gətirən hanı? 

Bir heyvan istərəm qırx iki canı, 

Başı qoltuğunda, döşü bir ola. 

Və yaxud: 

Səhrada on yeddi qazı əyləşmiş, 

Bir taxtın üstündə xub qərarı var. 

Hər birində doxsan iki əl gördüm

Cəsəd bir, gərdən üç, altı səri var. 

Ləzgi 

Əhmədi 


mat 

qoyan 


bu 

qıfılbəndlər  hələ  də  açılmamış  qalır.  Cinas 

bayatılar  və  təcnislər  dilimizin  söz  lüğətinin 



 

    


216

 

 



zənginləşməsində geniş imkan yaratdığı kimi, 

bayatı-bağlamalar  və  deyişmələr  də  fikrin, 

zehnin itiləşməsinə kömək etmişdir. 

Sarı  Aşıq  və  Xəstə  Qasım  öz  ecazkar 

yaradıcılıqları və yaratdıqları sənət inciləri ilə 

çoxlarını, hətta, ən istedadlı sənətkarları, aşıq-

şairləri  heyrətdə  buraxmışlar.  Hər  iki 

sənətkarın  heca  vəznli  şeirin  inkişafında 

müqayisəsi 

mümkün 


olmayan 

dərəcədə 

xidmətləri  vardır.  Onlar  xalq  poeziyasında, 

aşıq  yaradıcılığı  sahəsində  böyük  ənənələr 

qoyub  getmişlər.  Onlar  bu  qüdrəti,  bu  gücü, 

biliyi  xalq  ədəbiyyatı  xəzinəsindən  almışlar. 

Gəlin, 

heç 


də 

Sarı  Aşığın  bayatı-

bağlamalarından,  Xəstə  Qasımın  qıfılbənd-

lərindən  geri  qalmayan  xalq  ədəbiyyatı 

örnəklərinə diqqət yetirək. 

Çoxsaylı 

bayatılarımız 

içərisində 

ictimai məzmuna malik, məcazlarla bəzənmiş 

elə  nümunələrə  rast  gəlirik  ki,  onlar  da  çox 

zaman  bayatı-bağlamaların  yerində  işlənilir. 

Xalq  ədəbiyyatının  özünəməxsus  xüsusiy-

yətlərinə,  bədii  təsvir  vasitələrinə  bələd 

olmadan, 

bəlkə 

də 


həmin 

bayatıların 

məzmununu  açmaq,  mənasını  başa  düşmək 

çətin olar. Məsələn: 

Bir at mindim başı yox, 

Bir çay keçdim daşı yox, 




 

    


217

 

 



Burda bir igid ölüb

Yanında yoldaşı yox. 

Bayatının məzmununu, mənasını aydın-

laşdırmaq  və  açmaq  üçün  hər  iki  misraya 

xüsusi  diqqət  yetirək.  “Bir  at  mindim  başı 

yox”-məlumdur ki, qəm atının nə başı olur, nə 

də  cilovu,  sən  onu  tutub  bir  səmtə  çəkəsən. 

Bir  sözlə,  o  başsız  at  kimi  insan  xəyalını 

istədiyi səmtə aparır. 

“Bir  çay  keçdim,  daşı  yox”-  çay  neçə 

dağdan,  dərədən  keçir,  gah  daşır,  gah  coşur, 

özü  ilə  daş-çınqıl  gətirir,  çaylaq  yaradır.  Ona 

görə  də  çayın  dibində  çaylaq  daşları  olur. 

Amma  qanlı  müharibələrdə  insan  qanı  çay 

əmələ  gətirsə  də,  çaylaq  yaranmır,  belə 

çaylarda,  əsasən,  daş  olmur.  Bu  bayatının 

yaradıcısı da məhz belə bir dəhşətli səhnə ilə 

qarşılaşmış,  daşsız  çaya  rast  gəlmişdir. 

“Daşsız  çay”ın sahilində onun diqqətini daha 

çox  yanında  yoldaşı  olmayan,  ölmüş  bir  igid 

cəlb etmişdir: 

Burda bir igid ölüb, 

Yanında yoldaşı yox. 

Əlbəttə, bu izah və təhlil müstəqil məna 

daşıyır, məcazi mənada isə göz yaşı da daşsız 

çaya  bənzədilə  bilər.  Bu  cür  tarixi  mahiyyət 

daşıyan bayatılar çoxvariantlı olurlar. 

Məsələn: 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə