1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə53/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   49   50   51   52   53   54   55   56   ...   98

 

    


258

 

 



və  qafiyə  sisteminin  zənginləşməsində    əruz  

şeirindən bəhrələndiyi kimi, türk əruzunda bir 

növ  “heca-əruz”  vəzni  xüsusiyyətləri  əldə 

etmişdir”.

92

 

Bununla  belə,  Azərbaycan  xalq  şeiri 



qanunauyğun  olaraq,  tarixən  öz  axarı  ilə 

davam  etməkdədir.  Vaxtı  ilə  qürbət  ellərə 

aparılan  qızlar öz  fəryad  səslərini bayatılarda 

ifadə edirdilər: 

Apardı tatar məni, 

Qul edib satar məni. 

Vəfalı yarım olsa, 

Axtarıb tapar məni. 

Artıq  gənc  oğlan  və  qızların  fəryadı, 

ahı,  vətən  həsrəti  tək-tək  bayatılara  sığmırdı, 

çoxbəndli gəraylılar və qoşmalar yaranırdı. O 

qoşma  və  gəraylılar  maddeyi-tarixdir,  öz 

dövrünün  tarixi  salnaməsidir.  Eyni  zamanda, 

həmin  nadir  şeir  örnəkləri  Azərbaycan  xalq 

şeirinin  inkişaf  tarixinə  işıq  tutur,  şahidlik 

edir. Yeddi bəndlik “Durna, yara salam eylə” 

şeiri  buna  misal  ola  bilər.  Bu  şeiri  heç  kəs 

həyəcansız  oxuya  bilməz.  “Ayrılıq  ölümdən 

betər”,  “Üzüyüm  apar  nişana”  misraları 

insanın  qəlbini  şan-şan  edir.  Şeirin  bir 

                                                           

92

 Kamil Hüseynoğlu. Azərbaycan şeir mədəniyyəti, Bakı, 



“Ozan” nəşriyyatı, 1996, səh.82.  


 

    


259

 

 



misrasını,  bir  bəndini  belə    ixtisar  etmədən 

burada nümunə veririk: 

 

Durnam gedər qatar-qatar, 



Cığasın boynundan atar, 

Ayrılıq ölümdən betər, 

Durna, yara salam  eylə. 

 

*** 



Durnam gedər Qaradaşa, 

Qarlı dağlar aşa-aşa . 

Həm qohuma, həm qardaşa, 

Durna, yara salam eylə. 

 

*** 


Durnam, gedirsən Kaşana, 

Quma döşənə-döşənə, 

Üzüyüm apar nişana, 

Durna, yara salam eylə. 

 

*** 


Durnam, gedirsən Bağdada, 

Yollar üstə yata-yata

Ayaqların gülə bata, 

Durna, yara salam eylə. 

 

*** 


Durnam, gedirsən Vətənə, 

Bac vermirsən hər yetənə

Bir iltimasım var sənə, 

Durna, yara salam eylə. 

 



 

    


260

 

 



 

*** 


Durnam gedər bəhri-bozlar, 

Laçın vurar, tükün tozlar, 

Yolum gözlər gözəl qızlar, 

Durna, yara salam eylə. 

 

*** 


Durnam gedər düzüm-düzüm, 

Boynu qanadından uzun, 

Budur sənə axır sözüm, 

Durna, yara salam eylə. 

 

Nə üçün bayatılarımızda bu qədər qəm-



kədər olduğunu  akademik  M.Arifin  aşağıdakı 

sətirlərindən çox aydın başa düşmək olar: “Bu 

torpaqdan  kimlər  keçməmişdir!  Bu  yerdən 

axan  çayların,  bulaqların  suyundan  kimlər 

içməmişdir!  Qəzəbli  hökmdarların,  istilaçı 

orduların  hücumuna,  qanlı  müharibələrinə 

meydan  olan  bu  ölkəyə,  əsrlərdən  bəri  çox 

ağır  zərbələr  dəymişdir.  Yadellilər  dumduru 

suyumuzu  dönə-dönə  bulandırmış,  atlarının 

nalı  ilə  daşlarımızı  yaralamışlar.  Bunların  izi 

torpağımızda,  mənəvi  abidələrimizdə,  o 

cümlədən  qədim  bayatılarımızda  qalır  və 

qalacaq.  Bunlar  ulularımızdan  bizə  miras 

qalmış,  qəlbimizdə,  hissimizdə,  həyəcan-




 

    


261

 

 



larımızda  yaşayır  və  bundan  sonra  da 

yaşayacaqdır”.

93

 

Dörd  misralı  milli  heca  vəznli 



şeirimizin  özəyi,  ən  mükəmməl    nümunəsi 

bayatılar,  gəraylılar  və  qoşmalardır.  Bunların 

üçü  də  Azərbaycan  xalq  şeirinin    ana 

qoynunda göz açıb sənət dünyasına gəlmiş və 

özlərinə  həyat  vəsiqəsi  almışlar.  Akademik 

H.Araslı  əlyazmalarının  birində  Qulam 

Məmmədlinin  rast  gəldiyi,  yad  ölkələrə  əsir 

aparılan    qızların  dilindən  bir  qoşmanı  ürək 

yanğısı ilə bizlərə çatdırır. 

Göydən ötən bölük-bölük durnalar, 

Bizdən salam olsun əcəm elinə! 

Yaşıl geymiş, sarı telli durnalar, 

Bizdən salam olsun əcəm elinə! 

 

 



*** 

Bizi ayırdılar ata-anadan

Yarəbbim, sən qurtar bu qəmxanadan! 

İstanbul şəhrindən- Qəstəntinodan, 

Bizdən salam olsun əcəm elinə! 

 

 



*** 

Beş qız idik bir arada, bir yerdə, 

Ya İlahi, dərman eylə bu dərdə! 

 

                                                           



93

 M.Arif. Azərbaycan xalq ədəbiyyatı, Azərbaycan Dövlət 

Nəşriyyatı, Bakı, 1958, səh.3 



 

    


262

 

 



Canım durna, hər Vətəndən ötəndə, 

Bizdən salam olsun əcəm elinə! 

 

 

*** 



Budur, gəldi əsirlərin karvanı, 

Çağıraram, ya mövlana, ya qəni! 

Qara geydi Əcəm pirü-cəvanı, 

Bizdən salam olsun Əcəm elinə! 

 

 

*** 



Bizi keçirdilər şahi-cisirdən, 

Rum ölkəsi varı doldu yesirdən, 

Ol Şamü-Hələbdən, şəhri-Misirdən, 

Bizdən salam olsun Əcəm elinə!

94

 

 



Bu  təkcə  lirik  bir  qoşma  deyil,  böyük 

bir  dövrün  salnaməsidir,  qara  hərflərlə,  göz 

yaşları  ilə  yazılmış  bir  tarixdir.  Bütün  bu 

sızıltılı  bayatılar,  gəraylılar,  qoşmalar  saza 

can  atmış,  sazla  qovuşmuş,  səs-səsə  verərək, 

eli-obanı  bir  olmağa  çağırmış,  qəmdən 

soyumuş  ürəklərə  istilik,  dünyadan  əlini 

üzmüş  insanlara  təpər  gətirmiş,  hünər  bəxş 

etmişlər. Budur, sözün-sazın möcüzəsi. 

Abdulla Şaiq yazır:    “...saf və səmimi 

duyğuları  tərənnüm  edən  qoşmalar  lirik 

ədəbiyyata 

nümunə 

olaraq 


ən 

gözəl 


                                                           

94

 H.Araslı. Aşıq yaradıcılığı, Birləşmiş nəşriyyatı, Bakı, 1960, 



səh.40-41.  


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə