1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə54/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   50   51   52   53   54   55   56   57   ...   98

 

    


263

 

 



parçalardır.  Bunlardan  başqa  saz  şairlərinin 

yaratmış olduqları ədəbiyyat tarixşünaslarımız 

və  lisançılarımızın  çalışa  bilməsi  üçün  ən 

geniş bir sahə və ən dəyərli materialdır. Hələ 

bu  günkü  şairlərimiz  üçün  dilin,  təbiətin  və 

fikrin 


zənginliyini 

tərənnüm 

edən 

bu 


ədəbiyyatın  iqtibasən  qələmə  alınacaq  nə 

qədər qiymətli  mövzular  vardır”.

95

  Bu  çağırış 



biz tədqiqatçıların da qarşısında yeni vəzifələr 

qoyur. 


 

        

*** 

 Aşıq  sənəti,  aşıq  yaradıcılığı,  yəni 

aşığın  həm  sazı,  həm  səsi,  həm  də  sözü 

müxtəlif    adlarla  da  olsa  “Kitabi-Dədə 

Qorqud”a  qədər də, ondan sonra da daimi bir 

inkişaf prosesi keçmişdir. 

El  sənətkarlarından  öyrəndiyimiz  80 

saz 


havasının  18-i  gəraylılarla, 

51-i 


qoşmalarla.  3-ü  bayatılarla,  2-si  xalq  

mahnıları ilə, 1-i təxmislə, 2-si divani ilə, 3-ü 

isə  müxəmməs  kimi  şeir  formaları  ilə  əlaqəli 

meydana  gəlmişdir.  Başqa  sözlə  deyilsə,  saz 

havalarının  əksəriyyəti  qoşmalarla  əlaqəli 

yaranmışdır.  Bu,  o  deməkdir  ki,  tarixən  aşıq 

                                                           

95

 Abdulla Şaiq. Əsərləri. Dördüncü cild, Azərbaycan Dövlət 



nəşriyyatı, Bakı, 1977, səh.350.  


 

    


264

 

 



şeirinin  ən  kütləvi  forması  qoşma  olmuşdur. 

Ona görə də, uzaq keçmişlərdə, ümumiyyətlə, 

aşıq  şeiri  sadəcə  olaraq  “qoşqu”  və  “qoşma” 

adlandırılmışdır.  Qoşqu  və  qoşma  adı  aşığın 

şeir yaratmaq vərdişi ilə əlaqədardır. Aşıq öz 

şeirini  sazın  köməyi  ilə  düzüb-qoşur.  Saz 

pərdələrinin  mərkəzində  -  ana  xəttində  Şah 

pərdə  durduğu  kimi,  əsrlərdən  bəri  çağlayıb 

gələn çoxşaxəli aşıq poeziyasının ana xəttində 

də qoşma durur. 

Qoşmalarla bağlı saz havaları içərisində 

çoxluğu 


“Koroğlu” 

və 


“Əsli-Kərəm” 

dastanları  ilə  əlaqədar  havalar  təşkil  edir. 

“Koroğlu”  eposu  ilə  əlaqəli  on  dörd,  “Əsli-

Kərəm”  dastanı  ilə  əlaqəli  on  iki  saz  havası 

vardır.  Bu  o  deməkdir  ki,  əsrlərdən  bəri 

vətənpərvərlik 

baş  mövzusu  olmuşdur, 

bunlardan  da  ən  geniş  yayılanları  “Koroğlu” 

və Əsli-Kərəm”dir. 

Bəzi  saz  havalarını  dinləyəndə  insan 

kədərlənir,  bəzisi  insanda  sevinc  duyğuları 

yaradır,  bəziləri  isə  insanı  mübarizəyə, 

döyüşə,  qəhrəmanlığa  çağırır.  Bu,  aşıq 

şeirlərində  ifadə  olunan  bəşəri  hisslərlə 

əlaqədardır. 

Kədər duyğularını ifadə edən 30, sevinc 

hisslərini  ifadə  edən  40,  insanı  mübarizəyə, 



 

    


265

 

 



döyüşə və qəhrəmanlığa çağıran 10 cəngi saz 

havası vardır. 

Bu,  o  deməkdir  ki,  el  sənətkarı  olan 

aşıqlar həmişə xalqa yaxın olmuş, onunla bir 

oturub  durmuş,  bir  nəfəs  almış,  xalq 

kədərlənəndə  o  da  kədərlənib  sazında  kədərli  

mahnılar, xalq sevinəndə o da sevinib sazında 

sevinc  mahnıları,  lazım  gəldikdə  isə  xalqı 

döyüşə,  mübarizəyə  ruhlandırmaq  üçün 

sazında qəhrəmanlıq mahnıları, cəngi havaları 

çalmışdır.  

Aşıq  şeirini  yazılı  poeziya  nümunə-

lərindən  fərqləndirən  əsas  cəhətlərdən  biri  də 

odur  ki,  o,  musiqili  şeirdir,  daha  doğrusu,  o 

sazla,  sazın  kök  və  pərdələri  ilə,  ayrı-ayrı 

musiqi motivlərilə bir doğulur, birgə dil açır. 

Aşıq  şeiri  musiqili  olduğu  üçün  tez 

əzbərlənir  və    müəyyən  bir  musiqi  motivinə 

bağlılıq 

onu  yaddaşda  möhkəmləndirib 

saxlayır.  Aşıq  şeirinin  zehinlərdə,  şüurlarda, 

ürəklərdə  uzun  illər  yaşamasının  başlıca 

səbəblərindən biri budur. 

Hər hansı şairin şeirinə bəstəkar musiqi 

yazıb  mahnı  yaradır,  aşıq  şeiri  isə  başqadır. 

Onun  öz  aləmi,  öz  ahəngi,  öz  təbiəti  vardır. 

Aşıq şeirinin formasını bəzən musiqi dəyişir. 

Aşıq  poeziyasında  şeirlə  musiqi 

qarşılıqlı, bir-birinə təsir    edə-edə,  bir-birinin 



 

    


266

 

 



qoynunda,  ürəyində  inkişaf  edir.  Aşıq  şeirini 

bu  qədər  oynaq  və  məlahətli  edən  onun 

musiqili dilidir. 

Təkrirlər  və  rədiflər  şeirdə  musiqililiyi 

artırdıqları  üçün,  söz  yaradıcısı  olan  aşıqlar 

çalışırlar  ki,  düzüb-qoşduqları  şeirlər  rədifli 

olsun.  Hər  bəndin  sonunda  təkrar  olunan 

rədiflər şeirdə bir növ nəqarət rolunu oynayır. 

Sazın  kök  və  pərdələrinə,  ayrı-ayrı 

musiqi  havalarına bələd olmadan, nəinki aşıq 

poeziyasının  inkişaf  xəttini  öyrənmək  olmaz, 

hətta  şeir  və  musiqi  yaradıcısı  olan  ustad 

aşıqların  tarixi  xidmətlərini  də  düzgün 

qiymətləndirmək  mümkün  deyil.  Xüsusilə, 

sazın  danışan  (işlək)  və  lal  pərdələri  bu 

baxımdan hələlik oxunmamış, qatı açılmamış 

bir kitabdır. 

Saz  on  bir  heca  ölçüsündə  düzəldil-

mişdir.  Şah  pərdə  sazın  ana  pərdəsi  sayılır. 

Aşıq  Şeirinin  doğma  janrı  olan  qoşma  ilə  bu 

pərdənin  ölçüsü  birdir.  Daha  doğrusu,  Şah 

pərdə  aşıq  şeirinin  ən  kütləvi  forması  olan 

qoşma  ilə  əkiz  yaranmışdır.  Sazın  kök  və 

pərdələri  ilə  əlaqəli  şeiri  tənzim  edən  daxili 

ahəng qanunu vardır. Bu qanunun  ölçü vahidi 

hecadır. 

Aşıq  şeirinin  vəznləri  sazla  əlaqəli, 

daha doğrusu, sazın kök və pərdələrinin təsiri 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə