1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə65/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   61   62   63   64   65   66   67   68   ...   98

 

    


315

 

 



şeirə  keçməkdə  aşıq  şeirinin  bu  növündən 

yaradıcı şəkildə istifadə etmişdir: 

Bəsti! Qələm çəkdik o günlərə biz! 

Günəşdən pay aldı azad nəslimiz! 

Dəyişdi sualların əvvəlki səsi, 

Dəyişdi dünyanın ilk xəritəsi. 

 

 

*** 



Azad yurdumuzda nə şam qaralır, 

Nə dağlar başını duman, qar alır, 

Öldü tanrıların səfil röyası, 

Doğdu ömrümüzün qızıl dünyası. 

 

 

*** 



Sənin də gözünə düşdü aydınlıq, 

Ömürlük zindandan çıxdı qadınlıq. 

Dahilər yaradan, ey böyük ana, 

Şeirimizin hər sözü alqışdır sana!.. 

 

 

*** 



Ah, səhər-səhər, 

Doğanda ülkər. 

Bəsti qoluna, 

Güvənir ellər. 

 

 

*** 



...Ey azad qadın, 

Gözlərin aydın! 

Mən nə yazardım 

Sən olmasaydın?

130

 

                                                           



130

 S.Vurğun, “İstiqbal təranəsi”, Bakı, 1947, səh.306-309. 




 

    


316

 

 



Aşıq  şeirinin  xalq  mənəviyyatına  necə 

təsir  etdiyini  böyük  maarifçi  Həsən  bəy 

Zərdabi  (Məlikov)  vaxtilə  çox    gözəl 

müşahidə  etmişdir:  “Bir  baxın,  bizim  aşıqlar 

toylarda  oxuduqda  onlara  qulaq  asanlara.  Bu 

zaman  bu  qulaq  asanlar  elə  hala  gəlirlər  ki, 

beistilahi-türk, 

ətini  kəssən  də  xəbəri 

olmaz”.

131


 

Xalq  öz  içərisində  yetişdirdiyi  aşıqlara 

sonsuz  etimad 

bəsləmiş, 

onun  sözünə 

inanmış,  sazın  məlahətli  təranələri  geniş 

kütlənin  bədii-estetik  tərbiyəsində  misilsiz 

qüdrətli təsir gücünə malik olmuşdur. 

Elə  böyük  bir  sənətkar  tapmaq  çətindir 

ki,  o  xalqın  tükənməz  sərvətindən-  folklor 

ədəbiyyatından 

faydalanmamış 

olsun. 

Akademik 



H.Araslı 

aşıq 


poeziyasının 

qüdrətindən,  onun  təsir  gücündən  danışaraq 

yazır:  “Aşıq  yaradıcılığı  Azərbaycan  mədə-

niyyəti  tarixində  çox  mühüm  yer  tutur. 

Aşıqlarımız,  şifahi  xalq  şeiri,  aşıq  şeiri 

üslubunda yazan sənətkarlarımız dərin mənalı 

və  bədii  cəhətdən  elə  mükəmməl  əsərlər 

yaratmışlar  ki,  bunlar  yazılı  ədəbiyyatımızın 

inkişafına  bəzən  istiqamət  vermiş,  ümumi 

                                                           

131

 H.Zərdabi. Xalq nəğmələri, “Həyat” qəzeti, 8 yanvar, 1906.  




 

    


317

 

 



mədəni 

inkişafımızda 

silinməz 

izlər 


buraxmışdır. 

“Dədə-Qorqud” dastanları Nizami yara-

dıcılığının  inkişafına  az təsir göstərməmişdir. 

Nizami  ədəbi  məktəbinin  yaranmasında  aşıq 

yaradıcılığının  qüvvətli  və  müsbət  təsiri 

olmuşdur.  Aşıq  şeiri  Şah  İsmayıl  Xətai, 

Vidadi,  Vaqif,  Səməd  Vurğun  və  Osmanlı 

Sarıvəllinin 

yaradıcılığına 

qüvvət 


ver-

mişdir”.


132

 

Azərbaycan  aşıq  yaradıcılığına  ümumi 



bir  nəzər  saldıqda  aydın  olur  ki,  onun 

dövrləri,  bir  çox  görkəmli  el  sənətkarlarının 

həyat  və  yaradıcılıqları  və  s.  mühüm  nəzəri 

problemlər hələ öyrənilməmiş qalır. 

Aşıq  yaradıcılığını  şifahi  və  yazılı 

ədəbiyyatdan  fərqləndirən  cəhətlər,  bu 

yaradıcılıq  qaynaqlarının  bir-biri  ilə  əlaqəsi, 

aşıq  şeiri  və  musiqisinin  tarixi  inkişaf  yolu, 

aşıq  poeziyasının  janrları  və  növləri  kimi 

məsələlərin 

öyrənilməsi 

folklorşünaslıq 

elmimizin vacib vəzifələri olaraq diqqəti cəlb 

etməkdədir. 

 

 

 



                                                           

132


 H.Araslı. Aşıq yaradıcılığı, Bakı, 1960, səh.14.  


 

    


318

 

 



*** 

Səbəb  nədir  ki,  eyni  vəznə, ölçü-biçiyə 

malik qoşmanın biri saza qovuşmuş, o biri isə 

seçilmiş, yaxud da çox hissəsi sazdan kənarda 

qalmışdır? 

Birincisi, aşıq qoşmaları yazılmır, sazın 

kök  və  pərdələri  ilə  bağlı  olaraq  bir  musiqi 

ahəngi  üstündə  düzülüb  qoşulur,  yəni  həmin 

şeir öz melodiyası ilə əkiz yaranır. 

İkincisi, aşıq  şeirinin  (əgər belə demək 

mümkünsə) yurdu olur. Xanəndə isə oxuduğu 

qəzəl  və  qoşmaya  yurd  düzəldib  danışmır. 

Aşıq dilində isə şeirin, sözün yurdu özü qədər 

şirin olur. 

Aşıqlar  bir  də  ona  görə  klassiklərin 

qoşmalarına az girişirlər ki, onlar bu şeirlərin 

yurdlarından  xəbərsizdirlər.  Aşıq  qoşmaları 

isə müəyyən bir səfərlə, yerlə, əhvalatla bağlı 

olduğu  üçün  yurd  düzəltməyə  geniş  imkan 

verir. 


Aşıq  yaradıcılığına  xas  şeir  və  dastan, 

hər  şeydən  əvvəl,  aşıq  ifaçılığına  daxil  olub, 

orada  özünə  müəyyən  mövqe  qazanması, 

zaman-zaman  şifahi  yolla  yaşaması  və 

kütləviləşməsi ilə səciyyələnir. 

Belə isə, bəs Xətai, Vaqif, Zakir, Nəbati 

kimi 

yazılı 


ədəbiyyatımızın 

görkəmli 

nümayəndələri  nə  üçün  aşıq  şeiri  tərzində 



 

    


319

 

 



qoşma,  gəraylı,  hətta,  təcnislər  yazıb 

yaratmışlar? 

Başlıca  səbəb  aşıq  şeirindən  istifadə 

yolu  ilə  farsdilli  şeirdən  uzaqlaşıb,  anadilli 

şeirə 

qovuşmaq, 



keçmək, 

hazır 


şeir 

formalarına 

yiyələnmək, 

aşıq 


şeirinin 

əsrlərdən  bəri  qazandığı  xəlqi  və  humanist, 

döyüşkən,  nikbin,  həssas  və  mütərəqqi 

keyfiyyətlərindən faydalanmaq istəyidir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə