360
2. İsmiyev Xəqan Mirzə oğlu - qrup OA 17 - 03
3. Namazov Əfsər Göyüş oğlu - qrup OA 17 - 04
"İdman oyun növləri" fakültəsinin dekanı: (imza) A.A.S.
***
14. ĠZAHAT
"Ġzahat" ərəb mənşəli "izah" sözünün cəm formasıdır,
bir işi, məsələni, hadisəni "açıqlama", "məlumat vermə"
anlamında işlədilir. İzahat müdiriyyətin, vəzifəli şəxsin tələbi
əsasında qısa və ya ətraflı, yazılı və ya şifahi ola bilər.
Vərəqin sol tərəfində 5-6 sm yer buraxmaqla izahatın
ünvanlandığı şəxsin vəzifəsi, adı və soyadı göstərilir. Yeni
sətirdən abzasdan izahat verənin kimliyi, adı və soyadı qeyd
olunur. Yenidən abzasdan vərəqin ortasında böyük hərflərlə
"İzahat" sözü yazılır. 2 sm yer buraxmaqla sətirbaşından iş,
hadisə haqqında ətraflı açıqlama verilir. Sonda izahat verən
imzasını qoyur, altından tarixi qeyd edir.
Nümunə:
Azərb. DBTĠA-nın "Ġdman oyun
növləri" fakültəsinin dekanı A.A.S.-ə
fakültənin II kurs OA 17-01-ci
qrupun nümayəndəsi Nuru Hacı
oğlu Əhmədovdan
Ġzahat
29 noyabr 2016-cı il tarixdə ikinci növbənin üçüncü
saatında (saat 17
00
-da) biz 412 nömrəli auditoriyada
pedaqogika dərsi keçərkən pəncərə açıq olduğundan qəfildən
əsən güclü külək təzyiqlə içəri daxil oldu, çərçivəyə möhkəm
361
bərkidilməmiş qapını vurub qırdı. Bu hadisədə tələbələrimizin
birbaşa günahı yoxdur. Bunu həmin vaxt bizə dərs deyən baş
müəllim Əli Məmmədov da təsdiq edə bilər.
Ġmza:Əhmədov N. H
30.XI.2016-cı il
***
15. QƏBZ
Mən, "İdman oyun növləri" fakültəsinin I kurs OR 17-1-ci
qrupun nümayəndəsi Qəhrəmanova Aynur Kamran qızı
Akademiyanın oxu zalından məşğələ zamanı tələbələrin
istifadə etməsi üçün 25 (iyirmi beş) ədəd "İngilis dili" (Bakı,
2016, İ hissə) dərsliyi götürdüm.
Ġmza:Aynur Qəhrəmanova
26 fevral 2017-ci il
***
16. MƏQALƏ
Çempionla görüĢ
Bu günlərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasında Olimpiya və iki dəfə dünya çempionu Fərid
Mansurovla tələbə və müəllimlərin görüşü keçirilmişdir.
Görüşdə Fərid Mansurovla yanaşı Olimpiya çempionu Elnur
Məmmədli, dünya və Avropa çempionu Rövşən Bayramov,
Avropa çempionu Həsən Cəbrayılov da iştirak edirdilər ki, bu
da tələbələrin böyük marağına səbəb olmuşdu. Akademiyanın
idman işləri üzrə prorektoru, professor D.Q.Quliyev F.
Mansurovun həyatından, müxtəlif illərdə dünya və Avropa
çempionatlarında, xüsusən XXX Olimpiya oyunlarında
apardığı mübarizədən olduqca maraqlı epizodlar danışdı. O,
yazmış olduğu kitabda, eləcə də xaricdə çap olunmuş qəzet və
jurnallarda Fərid haqqındakı fikirləri nəzərə çatdırdı.
362
Akademiyanın “Güləşmə və onun metodikası” kafedrası-
nın müdiri, professor A.A.S., kafedranın müəllimlərindən do-
sentlər C.Yaqubov, İ.Abdulqədirov və başqaları çempionun
uğurlarının tələbələrimiz üçün örnək olmasını vurğuladılar.
Sonda Fərid Mansurov çıxış edərək gələcək planlarından
danışdı və tələbələrlə xatirə şəkli çəkdirdi.
Nüsrət Məmmədli,
"Ġdman təkmübarizliyi" fakültəsinin tələbəsi
***
17. MƏLUMAT
Məlumat ərəb mənşəli "məlum" sözünün cəm formasıdır,
aydın, aĢkar, bilinən mənasındadır. Hər hansı bir xəbər haq-
qında bildiriş xarakteri daşıyır. Elanlar lövhəsində bir vərəqdə
yazılır, məlumatı rəsmi şəkildə çatdırmaq məqsədi daşıyır.
***
Nümunə:
Məlumat
Azərb. DBTĠA-nın bütün əməkdaĢlarının, müəllim və
tələbələrin nəzərinə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral
2010-cu il tarixli qərarı ilə Novruz bayramı 20-27 martda
keçiriləcəkdir və həmin günlər iş günü hesab edilmir.
Tədris hissəsi
***
18. MÜQAVĠLƏ
"Müqavilə" ərəb mənşəli söz olub, "qarĢılıqlı razılaĢ-
ma", "anlaĢma" deməkdir. Məzmununa görə müqavilənin
müxtəlif növləri vardır: sülh müqaviləsi, ticarət müqaviləsi,
təhsil müqaviləsi, icarə müqaviləsi və s.
363
Müqavilələr müəyyən şərtlərlə bağlanır və hər iki tərəfin
nümayəndələri tərəfindən təsdiqlənir. Müqavilə tərəflərin
imzalandığı gündən qüvvəyə minir və nəzərdə tutulmuş vaxta
qədər qüvvədə qalır. Müqavilələr dörd nüsxədə tərtib edilir və
hər tərəfdə eyni qüvvəyə malik 2 nüsxə saxlanılır.
Nümunə:
Müqavilə
Bakı Ģəhəri
12 mart 2017-ci il
Biz, aşağıda imza edənlər-sonradan "Nicat" adlanacaq
ticarət kompleksinin direktoru Y.Ə.Nuriyev və gələcəkdə
"İcarəçi" adlanacaq satış birliyinin direktoru C.N.Hüseynli belə
bir müqavilə bağladıq:
1. Bakı şəhəri H.Ə.Əliyev küçəsi-89, 1-ci mərtəbə, 105 kv
metr sahəsi olan otaqları satış müəssisəsi yaratmaq məqsədilə
"Nicat" ticarət kompleksi "İcarəçi"yə kirayəyə verir, "Nicat"
isə kirayə götürür.
2. Kirayə müddəti müəyyənləşdirilib: 02.03.2017-ci ildən
02.03.2020-ci ilə qədər.
3. Tərəflərin razılığına görə kirayə haqqı hər kvadrat metr
üçün 20 (iyirmi) manatdır.
4. Bu müqavilədə göstərilən hüquqların başqasına verilmə-
si yalnız "Nicat"ın qeyd olunmuş yazılı razılığı ilə mümkündür.
5. "İcarəçi" hər rübün birinci ayının 10-a qədər rüblük
kirayə haqqını ödəməlidir.
6. Müqavilə iki nüsxədə imzalanmaqla biri "Nicat"a, digəri
"İcarəçi"yə verilir.
Tərəflər:
"Nicat" ticarət kompleksi
Bakı şəhəri, H.Əliyev küçəsi-89,
Hesab 9876543
və Bakı, H.Cavid prospekti-156,
Hesab 3210567 mərkəzi bank
Ticarət kompleksinin sahibi: (imza) Y.Ə.Nuriyev
"İcarəçi"nin müdiri: (imza) C.N.Hüseynli
***
Dostları ilə paylaş: |