1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə115/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   111   112   113   114   115   116   117   118   ...   128

 

 

353 



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Ġdman 

Akademiyası üzrə 

 

Əmr 

 

10 yanvar 2017-ci il  

 

 

Bakı Ģəhəri, №3 

 

Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  İdman  Akademi-



yası  "Ümumi  və  idman  fiziologiyası"  kafedrasının  professoru 

M.H.Qarayevin  anadan  olmasının  70  illiyinin  qeyd  olunması 

haqqında. 

Əmr edirəm: 

 

Professor  Mir  Həsən  oğlu  Qarayevin  70  illik  yubileyinin 



keçirilməsi  Akademiyanın  Həmkarlar  İttifaqı  Komitəsinə  hə-

valə  edilsin  və  komitənin  yardım  fondundan  mükafatlandırma 

tədbiri görülsün. 

Əsas: “ümumi və idman fiziologiyası” kafedrasının müdiri, 

professor A.A.S-in təqdimatı. 

Rektor: (imza) S.A.A. 

 

Əmri hazırladı: 



Tədris şöbəsinin müdiri: (imza) S.Ə.Vahidov 

 

Razılaşdırıldı: 



HİK-in mühasibi: (imza) G.Ə.Əlibəyova 

 

*** 



 

9. ƏRĠZƏ 

 

"Ərizə" ərəbcə "ərz" sözündən olub "bir Ģey bildirmə", 

"Ģikayət  etmə",  "xahiĢ"  mənalarında  işlənir.  Məzmununa 

görə ərizənin iki növünə təsadüf olunur:  




 

 

354 



1. Şikayət xarakterli ərizə, 

2. Xahiş məqsədilə yazılan ərizə. 

Ərizələr müxtəlif məzmunlu olsa da, formaca eynidir. Əri-

zənin yazılış forması belədir: 

1.  Ərizə  vərəqin  sol  tərəfindən  4-5  sm  yer  buraxılmaqla 

ortadan  yazılır.  Nisbətən  sağda,  abzasdan  böyük  hərflə  təşki-

latın adı və ya müraciət edilən şəxsin vəzifəsi, titulu, adının və 

atasının adının baş hərfləri və soyadı yönlük halda qeyd olunur

2. Sonrakı sətirdə abzasdan ərizə verən öz kimliyini, adını 

və soyadını bütövlükdə çıxışlıq halda göstərir

3. Sonrakı sətirdə vərəqin ortasında böyük hərflə "Ərizə" 

sözü yazılır. 

4. Təzə sətirdən, abzasdan qısa, aydın və məzmunlu şəkil-

də ərizəçinin istəyi, fikri şərh olunur

5. Ərizənin sonunda ərizəçi şəxsi imzasını qoyur, aşağıdan 

sol tərəfdən ərizənin yazılma tarixini (gün, ay və ili) göstərir. 



 

Nümunə: 

 

Azərb. DBTĠA-nın "Ġdman oyunları" 

fakültəsinin dekanı A.A.S.  

həmin fakültənin II kurs, OA 16-03 

qrupunun tələbəsi Nüsrət Qulamhüseyn 

oğlu Kərimovdan 

 

Ərizə 

 

Masallı  rayonunda  atam  xəstədir.  Ona  baş  çəkmək  üçün 



mənə  üç  günlüyə  (24-26  fevral)  icazə  verməyinizi  xahiş 

edirəm.  

 

(imza) N.Q.Kərimov 



23 fevral 2017-ci il 

*** 



 

 

355 



Azərb. DBTĠA-nın rektoru cənab A.A.S. 

ADPU-nun  riyaziyyat  fakültəsinin  II 

kurs  tələbəsi  Təhminə  Süleyman  qızı 

Süleymanovadan 

 

Ərizə 

 

Əl  oyunları  ixtisasına  yiyələnmək  arzumu  nəzərə  alaraq 

mənim  ADPU-dan  Sizin  rəhbərlik  etdiyiniz  ali  təhsil  ocağına 

dəyişdirilməyimə razılıq verməyinizi xahiş edirəm. 

 

Ġmza:T.S.Süleymanova 

30 avqust 2016-cu il 



 

*** 

 

10. XAHĠġNAMƏ 

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi 

və Ġdman Akademiyasının rektoru, 

A.A.S. cənablarına 

 

Ġslam Museyib oğlu Əliyev  "Bədən tərbiyəsinin nəzəriy-

yəsi  və  metodika"sı  kafedrasının  dosentidir.  İ.Əliyev  Azərb. 

DBTİA-nı  1972-ci  ildə  bitirib  və  elə  həmin  ildən  də  burada 

işləyir. 45 illik pedaqoji müəllimlik stajına malikdir. O, işinin 

öhdəsindən layiqincə gəlir. Olduqca qayğıkeş və təvazökardır. 

Tələbələrimizə  mühazirə  və  seminar  dərslərini  yüksək  keyfiy-

yətlə  tədris  edir.  Pedaqoji  təcrübədə  onların  gələcək  müəllim 

və  məşqçi  kimi  yetişməsində  öz  bilik  və  bacarığını  əsirgəmir. 

2003-cü  ildə  namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  Mü-

dafiədən sonra beş metodik dərs vəsaitinin müəllifidir. Kollek-

tiv arasında böyük nüfuza malikdir. Dərs dediyi tələbələr fənn 

olimpiadalarında və elmi-praktik konfranslarda həmişə fərqlən-




 

 

356 



miş,  diplomlara  layiq  görülmüşlər.  Oktyabr  ayının  15-də  ana-

dan olmasının 70 ili tamam olacaqdır. İ.Əliyevin 70 illik yubi-

leyinin  oktyabr  ayında  Akademiya  səviyyəsində  təntənəli 

keçirilməsini xahiş edirik.  



 

“Bədən tərbiyəsinin nəzəriyyəsi və onun 

metodikası” kafedrasının müdiri: 

(imza) A.A.S.  

15 iyun 2017-ci il. 



 

*** 

 

11. XASĠYYƏTNAMƏ 

 

"Xasiyyətnamə"  ərəb  mənşəli  "xasiyyət"  və  fars  mənşəli 

"namə" (məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmiş-

dir, bir şəxsə, bir şeyə məxsus hal, xüsusiyyət mənasındadır. Bu 

sənəddə  bir  adamın  xüsusiyyətləri,  ictimai  və  əmək  fəaliyyəti, 

kollektivdəki  yeri  haqqında  ətraflı  məlumat  verilir.  Məktəb 

illərində  şagird  məsul  vəzifəyə  məsləhət  görüldükdə,  başqa 

məktəbə oxumağa köçürüləndə, orta məktəbi qurtarıb ali məktəbə 

təhsil almağa gedəndə, sonralar işə, müəyyən vəzifəyə seçildikdə 

ona oxuduğu və ya iş yerindən xasiyyətnamə tələb olunur. 

Xasiyyətnaməyə verilən tələblər bunlardır: 

1. Vərəqin  əvvəlində  ortada böyük hərflə  "Xasiyyətnamə" 

sözü yazılır. 

2.  Xasiyyətnamədə  şəxsin  həyatı,  milliyəti,  ailə  vəziyyəti, 

əmək  fəaliyyəti,  öz  işinə  münasibəti  obyektiv  şəkildə  ardıcıl 

verilir. 

3. Dövlət əhəmiyyətli xasiyyətnamələr müzakirə olunur və 

yoxlanılır. 

4.  Xasiyyətnamə  vahid  formada  yazılmaqla  həcmi  1-2 

səhifədən artıq olmur. 

5.  Xasiyyətnamədə  onun  kimə,  kimdən  və  haraya  təqdim 

olunması göstərilir. 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə