1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə111/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   107   108   109   110   111   112   113   114   ...   128

 

 

339 



Elmi üslubda yazılmış əsərlər daha çox öz sahəsinə aid mütə-

xəssislər  arasında  yayılır,  işlədilir  və  elə  onlar  tərəfindən  də 

tam  və  əhatəli  şəkildə  başa  düşülür.  Çünki  hər  hansı  bir  elm 

sahəsinin özünəməxsus, sfesifik sözləri və terminləri vardır ki, 

bu terminlər, əsasən, başqa dillərdən alınan sözlərdir, onlar  ya 

olduğu kimi  işlənir,  ya tərcümə olunur,  ya da  kalka üslulu ilə 

yeni sözlərin meydana gəlməsi ilə reallaşır. Orta məktəbdə təd-

ris  olunan  fizika,  riyaziyyat,  həndəsə,  kimya  fənləri,  ali  mək-

təbdə keçilən informatika, idman metrologiyası, idman psixolo-

giyası,  insan  fiziologiyası  fənləri,  gimnastikaya,  su  idmanı 

növlərinə aid dərslik və dərs vəsaitləri xüsusi terminlər üzərin-

də qurulmaqla bədii üslubda yazılmış əsərlərdən dil və üslubu-

na görə fərqlənir. Tələbələr öyrəndikləri hər hansı dərsliyin bir 

səhifəsinə,  hətta  bir  abzasına  belə  baxan  kimi  onun  hansı  elm 

sahəsinə aid olduğunu müəyyənləşdirə bilirlər. 

 

Sual və tapĢırıqlar: 

1.  Elmi  üslub  nədir  və  elmi  üslub  nümunələri  hansı  for-

malarda təzahür edir? 

2. Elmi üslubun ən əlamətdar cəhəti nədən ibarətdir? 

3.  Elmi  üslubda  məcazi  mənalı  sözlərə,  yoxsa  terminlərə 

çox yer verilir? 

4.  Kalka  üslulu  ilə  yaranmış  sözlərdən  nümunələr  verin. 

Onların kalka üslulu ilə yarandığını necə bilmək olar? 

5.  Akademiyada  hansı  elm  sahələri  ilə  tanış  olduğunuzu 

deyin və onlara aid 5-10 termini nümunə gətirin. 

6.  Dəqiqlək  nədir?  Onu  hansı  üslubun  səciyyəvi  xüsusiy-

yəti hesab etmək olar? 

7.  Elmi  nitq  hansı  formalarda  təzahür  tapır  və  onlarda 

xarakterik olan cəhətlər nədən ibarətdir? 

8. Elmi nitqin əsas janrları hansılardır? 

ÇalıĢma.  Mətni  oxuyun,  hansı  terminlərin  işləndiyini 

göstərin  və  onların  hansı  elm  sahəsinə  aid  olduğunu  deyin. 

6.2.2 Oksigenin qanla nəqli Diffuziyanın köməyi ilə oksigenin 

qana keçməsindən sonra onun taleyi  hemoqlobinlə birləşmədə 




 

 

340 



olur.  Yalnız  oksigenin  0,3  həcm  %  qanda  həll  olur  (yaxud 

1,5% arterial qandakı oksigen), qalan hissəsi isə hemoqlobinlə 

birləşir. Oksigen hemoqlobinlə (Hb) birləşərək oksihemoqlobin 

əmələ  gətirir.  Hemoqlobin,  zülal  hissəsi  olan  qlobindən  və  4 

ədəd dəmir tərkibli hemdən ibarət mürəkkəb zülaldır. HHb onu 

göstərir  ki,  hemoqlobin  zəif  turşu  təsirlidir,  bərpa  olunmuş 

hemoqlobin  isə  oksihemoqlobinə  nisbətən  daha  zəif  turşudur. 

Arterial  qan  oksigenlə  96-97%  zənginləşir.  Bu  hadisə  çox  sü-

rətlə, 0,25-0,30 san. baş  verir (Rafiq Qayıbov.  İnsan fiziologi-

yası, Bakı, 2009, səh. 163) 



ÇalıĢma. Mətni oxuyun, onun hansı elm sahəsinə aid oldu-

ğunu aydınlaşdırın, bu sahəyə aid spesifik sözləri qeyd edin: 

3.  Hədəfi  nişan  almaqla  hərəkət  fəaliyyəti  minimuma  en-

dirilmiş  idman  növləri.  Belə  idman  növlərindən-kamandan  ox 

atmaq,  odlu  silahdan  güllə  atmaq,  pnevmatik  silahdan  güllə 

atmaq, bilyard oyunu, darts oyunu və s. misal göstərmək olar. 

4. Modellər üzərində yarışlar keçirilən idman növləri: Bu-

rada idmançılar hazırladıqları modelləri müəyyən qaydalar əsa-

sında  yarışlara çıxarırlar. Misal  olaraq-avio,  avto, raket,  qayıq 

modelizmi və s. növlərini göstərmək olar. 

5. Abstrak idrakın köməyi ilə rəqibə qalib gəlməklə xarakte-

rizə  olunan idman növləri. Belə  idman növlərindən-şahmat, da-

ma,  qalaqapı  və  digər  intellektual  idman  növlərini  qeyd  etmək 

olar (Nazim Məcidov. İdman nəzəriyyəsi, Bakı, 2009, səh. 20) 



ÇalıĢma. Yol verdiyiniz bir səhv hərəkətə (hadisəyə) görə 

izahat yazın. 

 

 

PUBLĠSĠSTĠK ÜSLUB 

 

Publisistik üslubu mətbuat və ya qəzet üslubu da adlandı-



rırlar. Publisistik üslub kütləvi və çox işlək üslubdur. Bu üslub 

mətbuat səhifələrində-qəzet və jurnallarda çap olunan müxtəlif 

növ  yazıları,  ictimai-publisistik  və  tənqidi  məqalələri  əhatə 

edir. Radio-televiziya verilişləri də bu üslubda aparılır. Verilişi 




 

 

341 



müəlliflər, redaktor və rejissorlar yazılı şəkildə hazırlayır, apa-

rıcılar həmin materialı oxuyub tanış  olduqdan sonra şifahi şə-

kildə dinləyici və tamaşaçılara çatdırırlar. Publisistika üslubiy-

yatın ən aktual, ən canlı janrıdır. Zamanın, əsrin, xalq həyatının 

bugünkü,  bu  saatkı  vəziyyətini  əks  etdirmək  və  irəli  sürdüyü 

vacib  suallara  cavab  vermək  publisistikanın  əsas  vəzifəsidir. 

Bu üslubda siyasi, sosial, iqtisadi məsələlər, həyatda baş verən 

müxtəlif  hadisələr,  faktlar  müəllif  dili  ilə  sadə  şəkildə  öz  ifa-

dəsini tapır. Qəzet və jurnallarda istehsalatla bağlı oçerklər, yol 

qeydləri,  səyahət  düşüncələri,  xatirələr,  məzəli,  gülməli  əhva-

latlar,  felyetonlar  da  dərc  olunub  oxucuların  ixtiyarına  verilir. 

Mətbuat üslubunda geniş oxucu kütləsi üçün anlayışlar, hadisə 

və əhvalatlar mənası aydın olan sözlər və ifadələrlə, imkan da-

xilində  sadə  cümlələrlə  ifadə  olunur,  fikirlər  təhkiyə  üsulunda 

çatdırılır. Burada məcaziliyə, obrazlığa əsasən yer verilmir, ter-

minlər az işlədilir. Publisistik üsluba aid qəzet materialları baş 

redaktorun,  məsul  katibin  müdaxiləsi  nəticəsində  nəşr  olunsa 

da, müxbirlər, ayrı-ayrı müəlliflər tərəfindən yazıldığından on-

larda ədəbi dil normalarından uzaqlaşma hallarına təsadüf olu-

nur. Məsələn: "Yeniyetmə stolüstü tennisçilər ölkə birincilərini 

Şəkidə müəyyən edəcəklər. Martın 1-dən 5-dək keçiriləcək ya-

rışda  müxtəlif  şəhər  və  rayonlardan  təxminən  120  tennisçi 

1992, 1994, 1995-ci  illər təvəllüdlü  və  daha kiçik  yaş qrupları 

üzrə mübarizə aparacaqlar"; "Yarışa qatılan Nicat Məmmədov 

mübarizəyə fin Samps Nisti üzərində qələbə ilə başlayıb"; "On-

lar  medal  yolunda  3  qələbədən  sonra,  yarımfinalda  hindistanlı 

gələcək  qalibə  yeniliblər"  və  s.  ("İdman"  qəzeti,  16  fevral, 

2010-cu il); "Yeniyetmə stolüstü tennisçilər" əvəzinə "Stolüstü 

tennis üzrə yeniyetmələr", "müxtəlif şəhər və rayonlar" əvəzinə 

sadəcə  "şəhər  və  rayonlar",  "120  tennisçi  1992,  1994,  1995-ci 

illər təvəllüdlü və daha kiçik yaş qrupları üzrə" əvəzinə "1992, 

1994,  1995-ci  illərdə  anadan  olmuş  və  daha  kiçik  yaş  qrupu 

üzrə 120 tennisçi" yazılsa idi, fikir daha dəqiq və düzgün ifadə 

edilmiş olardı. 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə