1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə108/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   104   105   106   107   108   109   110   111   ...   128

 

 

329 



ÇalıĢma. Ad dəyişmə mənasında işlənən sözləri tapın, ha-

disənin,  anlayışın  adının  başqa  bir  adla  necə  əvəz  edilməsinə 

diqqət yetirin: 

 

Ləngərlənən meydana birdən yeni can gəlir



Azərbaycan, Türküstan, ardınca Turan gəlir. (X.R.Ulutürk) 

 

Ġbrahim xan (yuxudan təlaşla qalxaraq): 

- O yandan Türkiyə, bu yandan İran, 

Burdan da Rusiya göndərir fərman. 

Pozmaq istəyirlər cah-cəlalımı. (S.Vurğun) 

 

ÇalıĢma.  Bir tələbənin  imtahan ballarını toplaya bilmədi-

yinə  görə  Akademiyadan  xaric  olunması  haqqında  dekanın 

adından əmr hazırlayın. 

ÇalıĢma. Tədbir keçirilir. Qrup tələbələrinizin iştirakı ba-

rəsində dekana raport verin. 



ÇalıĢma. Şeiri ifadəli oxuyun, bədii təsvir və ifadə vasitə-

lərini tapın, ifadəliyin necə yaranmasına diqqət yetirin: 

 

Son payız dayanıb qışa müntəzir, 



Otların gözündə gilələnir yaş. 

Dağlardan sallanıb apana enir, 

Duman yavaş-yavaş, çən yavaş-yavaş. 

 

Ağaclar üsyana qalxıb, bozarıb, 



Bircə budaqda da görünməyir bar. 

Bağlarda yarpaqlar elə qızarıb, 

Deyirsən, indicə alışıb yanar. 

 

Külək xəzəlləri alıb döşünə, 



Qovur bağ-baxçanın hər bucağında. 

Torpaq da kökündən qopub düşənə

Yer vermək istəmir öz qucağında. 

 

Gecələr o qədər uzun olubdur, 



Deyirsən, bir daha açılmaz səhər. 


 

 

330 



Güllər elə yanıb, elə solubdur 

Bir də baş qaldırmaz bahara qədər. 

 

Kimsə yollanmayır tarlaya, çölə, 



Sanki təbiətin yuxusu gəlir. 

Günəşli günlərin özündə belə

Havadan yağışın qoxusu gəlir. 

 

Çılpaq budaqlarda qalan yuvalar, 



Uzaqdan qaralır bir yumaq kimi. 

Çırpına-çırpına əsir gilavar 

Hansı bir ağaca qonacaq kimi. 

 

Torpaq həsrətiylə ağlayır bulud, 



Çay olur, göl olur gözünün yaşı. 

Coşan sellər, sular şahə qalxan at

Əzir xıncım-xıncım qayanı, daşı. 

 

İsti hava qıtdır, çəkilib göyə, 



Geyinib təbiət əskəri paltar. 

Payızın möhləti qurtarır deyə, 

Uca zirvələrə çilənir ilk qar. 

 

Qar istəyir düzlər, barsız bağlar da, 



Çılpaq yerlərini örtsün, gizləsin. 

Ağsaqqal qış gəlir, payız dağlarda 

Çaşıb qalıb, bilmir, getsin, gözləsin. 

(Süleyman Hüseynov. Yaşanmış ömür. Bakı, 2001, səh.51-52) 

 

 



ÜSLUBĠ VASĠTƏLƏR 

 

Düzgün şifahi nitqə və yazıya  yiyələnmək hər bir adamın 

arzusudur. Məqsədə çatmaq üçün kiçik yaşlardan dilin fonetik, 

leksik və qrammatik normalarını mənimsəmək ilkin şərtdir. La-

kin bu, düzgün nitq üçün kifayət etsə də, gözəl nitq üçün kifa-



 

 

331 



yət  deyildir.  Gözəl  nitq  bacarığı  nümayiş  etdirmək  üçün  dilin 

daxili quruluşunu, onun qayda-qanunlarını mükəmməl bilmək-

lə dilin üslubi imkanlarına bələd olmaq vacibdir. Nitqin üslubi 

cəhətdən  düzgün  qurulması  isə  ünsiyyət  zamanı  onun  ahəng-

darlığına, obrazlığına, bədiiliyinə xüsusi qayğı ilə yanaşmaqla, 

dilin bədii təsvir və ifadə vasitələrindən konkret məqam və şə-

raitdə yararlanmaq bacarağı ilə reallaşır. Nitq üslubu dil vasitə-

lərindən,  onun  normalarından  məqsədəuyğun  istifadə  tərzidir. 

İndi bu söz daha çox yazı manerası, danıĢıq tərzi anlamında 

işlənir.  Üslub  ayrı-ayrı  sənətkarlara,  elmi,  siyasi,  tarixi  cərə-

yanlara,  bədii  janrlara,  müəyyən  bilik  sahələrinə  aiddir,  buna 

görə də hər üslub fərdidir. Gözəl nitq sahiblərinin özünəməxsus 

üslubu vardır. Deməli, üslub incəsənət sahələri ilə məşğul olan 

hər  hansı  bir  yazıçı,  bəstəkar,  rəssam  və  s.  kimi  sənətkarlar 

üçün bədii, musiqi və rəsm əsərləri, janr və cərayanlar üçün sə-

ciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məc-

musudur. Qədim dünyanın ən məşhur alimi və natiqi Aristotel 

üslubu nitq mədəniyyəti ilə əlaqələndirmiş, ona yüksək qiymət 

vermiş,  üslubun  nitqin  mövzusuna  uyğun  olmasını  əsaslandır-

mışdır. Qədim Romanın məşhur natiqi M.T.Siseron isə demiş-

dir: "Əsl natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər 

barəsində  əzəmətlə, orta  səviyyəli  işlər haqqında  isə  yuxarıda-

kılar  arasında  orta  mövqe  tutan  bir  üslubda  danışmağı  bacar-

sın". (20, səh.37) Dil vahidləri üslubi keyfiyyət qazanmaq üçün 

dilin  fonetikası,  leksikası  və qrammatikası  çərçivəsində üslubi 

çalarlığın  yaranmasına  xidmət  edir.  Leksik-semantik,  fonetik 

və  qrammatik  normalar  dilin  quruluşu  ilə  bağlıdır  və  nitqin 

düzgünlüyünün  xidmətindədir,  üslub  normaları  isə  nitqin  gö-

zəlliyini,  ifadəliyini  artırır,  ünsiyyətin  təsirli,  mövzuya  uyğun-

luğunu və məqsədə müvafiqliyini reallaşdırır. 

Dil vahidlərinin üslubiyyatı aşağıdakı qruplara bölünür: 

1. Fonetik üslubiyyat. 

Fonetikanın  nitqdə  kəsb  etdiyi  üslubi  keyfiyyətlərdən  ən 

başlıcası ahəngdarlıqdır. Ahəngdarlıq nitqin səlisliyi, axıcılığı, 



 

 

332 



təbiiliyi deməkdir. Nitq məhz bu keyfiyyətlər hesabına dinləyi-

cilərə və oxuculara xoş təsir bağışlayır, oxunarkən göz oxşayır, 

eşidilərkən qulaqlarda xalq musiqisi, muğamlar kimi gözəl səs-

lənir. Əlbəttə, bunun əsas səbəbi dilimizin sait səslərinin çoxlu-

ğudur ki, bu hesaba açıq hecaların üstünlüyü səslənmənin, sə-

danın, avazın ahəngdarlığına əvəzsiz təsir göstərir. Dilimizdəki 

doqquz  sait  və  dörd  sonor  samitin  yaratdığı  harmoniya  nitqdə 

avazlı, musiqili tonu gücləndirir. 

Atalar  sözündən  (Ağ  gün  adamı  ağardar,  qara  gün  qaral-

dar;  Ağzı  aşa  yetişəndə,  başı  daşa  yetişər;  Asta  elə,  usta  elə); 

xalq mahnılarından (Araz üstə, buz üstə; Kabab yanar köz üstə. 

Qoy məni öldürsünlər, Bir ala göz qız üstə); bayatılardan (Belə 

bağlar; Dost başın belə bağlar; Bülbül ağlar, gül açmaz, Veran-

dı belə bağlar), “Kitabi-Dədə Qorqud”dan başlayaraq İ.Nəsimi, 

Ş.İ.Xətai,  M.Füzuli,  M.P.Vaqif,  M.F.Axundzadə,  A.Ələsgər, 

C.Məmmədquluzadə,  M.Ə.Sabir,  Ü.Hacıbəyli,  M.Şəhriyar, 

S.Vurğun,  M.İbrahimov,  İ.Əfəndiyev,  B.Vahabzadə,  X.R.Ulu-

türk  və  başqa  onlarla,  yüzlərlə  söz  sənətkarının  nəzm  və  nəsr 

əsərlərində, pyeslərdə, faciələrdə, komediyalarda, mənsur şeir-

lərdə alınma sözlərdə saitlərin uzun tələffüzü, səs uyuşması, səs 

artımı  ([ayilə],  [Ģeyir]),  səs  düşümü  ([nefçi],  [dos  köməyi]), 

milli sözlərdə iki saitin, iki və ya üç samitin yanaşı işlənə bil-

məməsi, çoxhecalı sözlərin sonunda cingiltili samitlərin karlaş-

ması ([kənt], [kitap], [gəĢənk]), söz daxilində iki kar samitdən 

birinin  cingiltiləşməsi  ([hətda],  [asdar],  [seçgi]),  həmcins 

üzvlü  cümlələrdə  şəkilçilərin  və  hissəciklərin  ixtisarı  (“Kəndə 

yaxınlaşdıqca evlər seçilir, yollar ağarır, adamlar görünürdü”), 

tabesiz  mürəkkəb  cümlələrdə  axırıncı  xəbərin  ixtisarı  (Ağac 

acı,  can  şirin;  Ağın  adı  olur,  qaranın  dadı;  At  mənimdir,  don 

geyənin), ahəng qanunu, vurğu və s. kimi fonetik vasitələr nitq-

də ahəngdarlıq  yaradır, intonasiya, fasilə, səsin tembri, ritm və 

s. nitqin rəvanlığına səbəb olur. Azərbaycan dilinə musiqili dil 

deyənlər məhz bunları nəzərdə tutur.  



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə